"Ergenekon" işinin 2455 səhifəlik ittihamnaməsi məhkəməyə göndərilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən yerli vaxtla saat 10.45–də İstanbulun Beşiktaş rayonundakı Ağır Cəza Məhkəməsinin həyətində İstanbul cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin ictimaiyyətə ""Ergenekon" prosesi" kimi təqdim edilən istintaqın ittihamnaməsini açıqlayıb. APA–nın Türkiyə bürosunun xəbərinə görə, baş prokuror 13 aydır gözlənilən ittihamnamənin gec elan edilməsinin səbəbini istintaq prosesində yüz minlərlə səhifədən ibarət sənədin araşdırılması, bunun nəticəsində yeni həbslərin aparılması, bir çox həbsdən sonra məhkəməyə şikayətlərin daxil olması ilə əsaslandırıb. O, ittihamnamənin 2455 səhifə olduğunu bildirib. A. C. Engin ittihamnamədə adı keçən 48 nəfərin terror təşkilatı qurmaq, onu idarə etmək, hökumətin fəaliyyətini əngəlləmək məqsədilə xaos yaratmaqda ittiham olunduğunu söyləyib. Baş prokuror "Ergenekon" adının istintaqa prokurorlar tərəfindən verilmədiyini, həbs edilən şübhəli şəxslərin öz fəaliyyətlərində belə bir addan istifadə etdiklərini deyib. O, iyulun 1–də həbs edilmiş 10 nəfər haqqında hələlik ittihamnamə hazırlanmadığını, bu şəxslər barədə hazırlanacaq ittihamnamənin prosesə əlavə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, "Ergenekon" işi üzrə istintaq 2007–ci il iyunun 12–də İstanbulun Ümraniyyə səmtində 27 əl qumbarasının tapılmasından sonra başlayıb. İstintaq çərçivəsində "Musanın çocukları: Tayyip ve Emine", "Musanın Gülü", "Musanın mücahidi: Bülent Arınç", "Musanın AKP–si" adlı kitabların müəllifi Ərgün Poyraz, istefada olan general–mayor Vəli Kiçik, İşçi Partiyasının sədri Doğu Pərinçək, ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün kimi tanınmış şəxslər həbs edilib. İstanbuldakı 13–cü Ağır Cəza Məhkəməsi 15 gün ərzində baş prokurora məhkəmə istintaqının başlayıb–başlamayacağına dair cavab verəcək.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009