Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Konsern perspektivdə Liviyanın ixrac olunan bütün neft və qazını əldə etməyi planlaşdırır
Rusiyanın qaz monopolisti "Qazprom" dünya qaz ehtiyatının böyük bir hissəsini nəzarətə alaraq "qaz inhisarı" yaratmaq planlarını davam etdirir. Şirkətin rəhbəri bu dəfə söyləyib ki, "Qazprom" perspektivdə Liviyanın ixrac olunan bütün neft və qazını əldə etməyi planlaşdırır: "Bizim Avropada böyük ambisiyalarımız var. Lakin Rusiyanın qaz nəhəngi "Qazprom" hətta Şimali Afrikada da genişmiqyaslı layihələr həyata keçirir".
Hələ aprel ayında sabiq prezident V.Putinin Liviyaya rəsmi səfəri zamanı "Qazprom"un rəhbərinin rəsmi şəxslər sırasında olması dünya ictimaiyyətinə belə bir siqnal ötürmüşdü ki, "Qazprom" birbaşa olaraq Kremlin nəzarətindədir. Bu səfər zamanı "Moskva Tripolinin 4,6 milyard dollar borcunu "çoxmilyardlı" müqavilələrlə, xüsusilə "Qazprom"la bağlanmış sazişlərlə əvəzlədi. Konsern hətta ötən ilin dekabrında Liviyanın cənubundakı 3 qaz yatağını istismar etmək hüququ əldə etdi. Bununla belə, bu gün gündəmə gələn xəbərlər "Qazprom"un nəhəng ambisiyalarının olduğunu sübut edir. Yəni, şirkət, həmçinin, Avropaya qaz nəql edən Nigeriya və Əlcəzairdən keçən kəmərlərin inşası layihəsində iştirak etməyə maraq göstərir. Rusiyanın qaz nəhəngi bundan əlavə Tripolinin, ən böyük qaz idxalçısı İtaliya ilə Liviya arasında çəkilən sualtı qaz kəmərində də iştirak etmək istəyir.
Rusiya–İtaliya
alyansı...
Ümumiyyətlə, Rusiya ilə İtaliyanın gözəl əlaqələri "Qazprom"un Afrika layihələrində rolunu yaxşılaşdırır. İtaliyanın "ENİ" və Rusiyanın "Qazprom" şirkəti arasındakı əlaqələrin yüksək səviyyədə olması da Putin və Berluskoninin produktiv fəaliyyəti üçün əlverişli şərait yaradır.
2006–cı ildəki strateji müqaviləyə əsasən, "ENİ" və "Qazprom"un Afrikadakı layihələri təkcə qaz kəmərləri ilə məhdudlaşmır. Ruslar, həmçinin, Liviyanın "National Oil Company" şirkəti ilə birlikdə bir çox işlər həyata keçirmək istəyir: neft və qaz yataqlarının kəşfi, nəqli, mübadiləsi, eləcə də neftayırma zavodlarının inşası və qaz elektrik stansiyalarının tikilməsi.
Şimali Amerikada
sərmayələr...
Qaz inhisarçısı "Qazprom"un ambisiyaları təkcə Şimali Afrika ilə məhdudlaşmır. Avropanın tələb etdiyi qazın 1/4–ni nəql edən "Qazprom" bu qitədə də özünün distribütorluğunu pozitivləşdirmək istəyir.
Xatırladaq ki, may ayında Kvebek vilayətində yerləşən Rabask metan terminalına qazın çatdırılması üzrə müqavilə imzalanarkən "Qazprom" Şimali Amerika qəzetlərinin manşet yazısı olmuşdu. "Qazprom" Rusiyanın özündə isə qaz ehtiyatının 9/10–nu nəql edir. Bəlkə də dünyanın "mavi qızılının" yarısını...
Ramil VƏLİBƏYOV

Siyasət