Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
Türkiyənin ən iri neft–kimya şirkəti – "Petkim Holding"in 51%–nə sahib olan "SOCAR–Turcas–İnjaz" (Azərbaycan–Türkiyə–Səudiyyə Ərəbistanı) alyansı holdinqin 2015–ci ilə qədər bazar payının 40%–ə çatdırılmasına nail olmaq üçün istehsal gücünün artırılmasına 5 mlrd. ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır.
"APA–Economics"ın məlumatına görə, müəssisənin inkişaf proqramına uyğun olaraq, işlər üç mərhələdə – qısa, orta və uzunmüddətli mərhələdə həyata keçiriləcək. Beynəlxalq maliyyə qurumlarından vəsaitlərin cəlb edilməsi yolu ilə yeni neft–kimya məhsullarının istehsalına 2 mlrd. dollar, neftayırma zavodları infrastrukturunun yaradılmasına isə 3 mlrd. dollar xərclənəcək. Ümumi sərmayə qoyuluşu nəticəsində şirkətin istehsal gücünün və işçi heyətinin iki dəfə artacağı gözlənilir.
Qeyd edək ki, "Petkim"in 51%–lik səhm paketinin satışı ilə bağlı tender 2007–ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən "TransCentralAsia Petrochemical Holding" Qazaxıstan–Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək "SOCAR–Turcas–İnjaz" alyansını tenderin qalibi elan edib.