"NABUCCO" layihəsinin tərəfdaşları Azərbaycan qazına ümid bəsləyir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Budapeşt sammitində kəmərin çəkilişi ilə bağlı saziş imzalana bilər
Macarıstanın baş naziri Ferenç Dyurçanın iyulun əvvəllərində ölkəmizə səfəri çərçivəsində hökumət nümayəndələri ilə keçirdiyi görüşlərin uğurlu olması rəsmi Budapeşti enerji siyasətini gücləndirməyə həvəsləndirib. Macarıstan hökuməti Azərbaycandan neft və qaz əldə etmək barədə intensiv danışıqların müsbət nəticələnəcəyinə ümid edir və bu məqsədlə "NABUCCO" kəmərinin çəkilişinin sürətləndirilməsi istiqamətində işlərə başlayıb. Baş nazir Ferenç Dyurçan bildirib ki, "NABUCCO" layihəsi ilə bağlı yaxın vaxtlarda siyasi sammit keçiriləcək.
Onun fikrincə, bu tədbir layihənin reallaşdırılmasını sürətləndirəcək. Sammitdə qaz kəmərinin keçəcəyi ölkələrin, təbii qazın istehsalçılarının və layihəni dəstəkləyən Avropa Birliyi dövlətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Toplantıya ABŞ–ın enerji siyasəti üzrə yüksək vəzifəli nümayəndələrinin, dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın da qatılacağı gözlənilir.
Xatırladaq ki, Macarıstanın baş nazirinin ölkəmizə səfəri zamanı Macarıstanın təbii qaza və neftə olan tələbatının ödənilməsində Azərbaycanın rolu barədə geniş müzakirələr aparılıb. Macar hökuməti Azərbaycanın yanacaq ehtiyatlarının Avropaya nəqlində NABUSSO layihəsinin imkanlarından yararlanmaq istəyini bəyan edib. Avropa Birliyinin enerji siyasətinin tərkib hissəsinə daxil olan Macarıstan Odessa–Brodı–Qdansk–Plotsk kəmərinin tranzit ərazisi hesab olunur. NABUCCO layihəsində bu ölkənin MOL korporasiyası yaxından iştirak etmək niyyətindədir. Dəyəri təxminən 6 milyard dollar hesab olunan NABUCCO–nun reallaşması üçün tərəflər istənilən yardımı göstərməyə hazır olduqlarını vəd edir. Rəsmi Budapeşt bu marşrutun çəkilməsində Baltikyanı dövlətlər, Ukrayna, Rumıniya, Bolqarıstan və Avstriya ilə birgə konsorsiumda təmsil olunacaq. Türkiyənin "BOTAŞ", Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "TransAEz", Avstriyanın "OMV" və digər şirkətləri ilə əməkdaşlıq münasibətlərinə malik olan Macarıstan MOL korporasiyası Dövlət Neft Şirkəti və "KAZMUNAYQAZ"la tərəfdaşlığa çalışır. 2020–2025–ci illərdə Avropanın təbii qaza olan ehtiyacı 20 faiz də artacaq və bu tələbatın ödənilməsi Xəzər regionu dövlətləri tərəfindən mümkündür. Avropa İttifaqı gələcəkdə enerji təhlükəsizliyini də məhz üç ölkənin – Türkmənistan, Qazaxıstan və Azərbaycanın ehtiyatlarında görür. Onun fikrincə, Aİ–nin energetika məsələləri üzrə komissarı Andrius Pibalqs artıq bu regional marşrutun gerçəkləşməsi üçün Türkmənistan hökuməti ilə danışıqların intensivləşdirilməsinə çalışır. Rəsmi Budapeşt əmindir ki, sammit kəmərin çəkilişi ilə bağlı sazişin imzalanmasında həlledici mərhələ ola bilər. Ümumiyyətlə, bir çox ekspertlər həmin tədbirdə NABUCCO ilə bağlı sazişin imzalanmasını mümkün sayır.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009