Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
"Vəzifədən çıxarıldığımı jurnalistlərdən öyrəndim. Hansı səbəbdən işdən kənarlaşdırıldığımı bilmirəm. Heç vecimə də deyil. Bu iş çiynimdə yük idi".
APA–nın məlumatına görə, bu sözləri "Hürriyet" qəzetinə açıqlamasında iyulun 22–də Türk Tarix Qurumunun sədri postundan uzaqlaşdırılan professor Yusuf Halaçoğlu deyib. Hazırda Bodrumda istirahətdə olan Y. Halaçoğlu hökumətin bu qərarının Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlı olub–olmadığına dair sualı belə cavablandırıb: "Mən hər zaman nə bilirəmsə, onu söylədim. Kreslo dərdində olan adam deyiləm. Ən gözəl vəzifə alimlikdir. Alimliyimi kimsə əlimdən ala bilməz. Bundan sonra da tarixçi alim kimi fəaliyyətimi davam etdirəcəyəm. Amma 15 il dövlətə xidmət etmişəm, heç olmasa təşəkkür etməliydilər. Bu, onların nəzakət və tərbiyəsinə uyğun bir hərəkətdir". Y. Halaçoğlu nə dövlətə, nə də millətə küskünlüyünün olmadığını, hər zaman öz millətinə xidmət etdiyini, bunu millətin də, Allahın da bildiyini vurğulayıb.
Qeyd edək ki, "Hürriyet" qəzeti Y.Halaçoğlunun Türkiyə və Ermənistan diplomatlarının İsveçrə görüşündən dərhal sonra vəzifədən uzaqlaşdırıldığını xüsusi vurğulayıb. Bu, Türkiyənin Ermənistanla bağlı siyasətində yumşalma əlaməti kimi qiymətləndirilir. Çünki Y. Halaçoğlu ermənilərin soyqırım iddialarını qəti şəkildə rədd edən və soyqırımın baş vermədiyini tarixi sənədlərlə sübuta yetirən millətçi alim kimi tanınır.

Siyasət