"Yeni bir tarix yazılır"

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 6 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi Türkiyə mətbuatının diqqət mərkəzində olub
İyulun 24–də Bakı–Tbilisi–Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi qardaş ölkənin mətbuatının diqqət mərkəzində olub.
"Milliyet" qəzetinin mərasim haqqında "Avropanı Asiyaya dəmirdən xətt bağlayacaq" məqaləsində deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev, əvvəllər təkcə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinə deyil, neft və qaz kəmərləri layihələrinə də şübhə ilə yanaşıldığını, amma Azərbaycan, Türkiyə və Gürcüstanın bu şübhələrə son qoyduğunu vurğulayıb.
Nüfuzlu "Hürriyet" qəzetinin mərasim barədə "Qarsda dəmir yolu görüşməsi" sərlövhəli yazısında bildirilir ki, "Dəmir İpək yolu" adlandırılan Bakı–Tbilisi–Qars dəmir yolu Ermənistanın öz işğalçı siyasəti üzündən kənarda qaldığı daha bir mühüm layihədir. Yaxın gələcəkdə bu xətt Bakı–Türkmənbaşı–Almatı–Çin dəmir yolu magistralının mühüm bir parçası olacaq.
"Zaman" qəzeti "Qafqazlar dəmir xətlər vasitəsilə Türkiyəyə bağlanır" məqaləsində Azərbaycanın Prezidentinin "yeni bir tarix yazılır" sözlərini xüsusi olaraq vurğulayıb, onun nitqindən geniş sitatlar verib.
"Yeni Şafak" qəzeti "Dəmirlə dostluq bağları hördülər" sərlövhəli yazısında prezidentlər Abdullah Gül, İlham Əliyev və Mixail Saakaşvilinin Qarsda, Azərbaycanın dövlət başçısının dediyi kimi, dünyada analoqu olmayan bir əməkdaşlığı daha da genişləndirdiklərini vurğulayır. Məqalədə dövlətimizin başçısının Azərbaycan–Türkiyə dostluq və qardaşlıq əlaqələrinə dair fikirlərinə geniş yer ayrılıb.
Türkiyənin ən çox tirajla nəşr olunan qəzetlərindən biri olan "Sabah"ın "Güclü iradə dəmir İpək yolu xəyallarını reallığa çevirdi" məqaləsində layihənin əhəmiyyətindən bəhs olunur. Yazının müəllifi Azərbaycan Prezidentinin güclü siyasi iradəsini və dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün nümayiş etdirdiyi əzmkarlığı xüsusi vurğulayıb.
Türkiyənin digər qəzetləri, informasiya agentlikləri də Azərbaycan Prezidentinin Qarsda keçirilmiş mərasimdəki nitqinə geniş yer ayırıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009