"Rusiyanı "böyük səkkizlər"in sırasından çıxarmaq lazımdır"

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Con Makkeyn: Rusiyanı ona görə "böyük səkkizlər"in sırasından çıxarmaq lazımdır ki, o, daxili
siyasətdə demokratiyanı tamamilə rədd edib, xarici siyasətdə isə hədə ilə öz maraqlarını təmin edir
ABŞ–da prezidentliyə respublikaçı namizəd Con Makkeyn Rusiyanı "böyük səkkizlər"in sırasından çıxarmaq istəyir. Ötən gün seçiciləri qarşısında çıxış edən namizəd deyib ki, Rusiya artıq avtokratik yola qədəm qoyub. O, həmçinin ABC News jurnalistinin sualını cavablandıraraq əlavə edib ki, sabiq prezident Vladimir Putin öz ölkəsini "pis yolla" apararaq avtokratiyaya gətirib çıxarıb: "Rusiya hökumətinin atdığı addımları biz yaxşılaşdırmalıyıq".
Rusiya neftinin Çexiyaya çatdırılmasında fasilələrin yaranması məsələsinə münasibət bildirən Con Makkeyn söyləyib ki, "Çexiya bizimlə müqavilə imzaladığı üçün bu problemlə üzləşib". O, eyni zamanda bildirib ki, bp–nin Rusiyadan qovulması, Gürcüstan və Ukraynaya güclü təzyiqlərin olması onları BMT–nin iclaslarında İranla bağlı qətnamələrə qarşı çıxmağa vadar edir.
Respublikaçı namizəd bununla yanaşı bildirib ki, əvvəl prezident, indi isə baş nazir olan Vladimir Putin ölkəni sonu görünməyən yolla aparır. Makkeynin sözlərinə görə, Vladimir Putin hələ də dövlətin vacib idarəetmə strukturlarını əlində saxlayır: "Mən əminəm ki, o, ölkəni idarə edir. Mən düşünürəm ki, o, hakimiyyətdə qalmaq üçün özünə varis seçdi".
Ağ Evə rəhbərlik etmək üçün namizədliyini irəli sürmüş respublikaçı Con Makkeynin sərt çıxışlarına cavab olaraq rusiyalı diplomatların tənqidləri özünü çox gecikdirməyib. Belə ki, bir çox nüfuzlu rus diplomatları xəbərdar ediblər ki, əgər Rusiya "böyük səkkizlər"in sırasından çıxarılarsa, Rusiya–ABŞ əlaqələri tamamilə kəsilə bilər. Anonim olaraq, jurnalistlərə açıqlama verən diplomatlardan biri söyləyib ki, Rusiya asanlıqla ABŞ–la əlaqələrə son qoya bilər: "Biz istənilən ssenariyə hazırıq".
Bütün bunlar onu göstərir ki, senator Makkeynin Rusiyanın ünvanına söylədiyi tənqidi fikirlər daha çox Kremldə təlaş yaradıb. Respublikaçı namizəd bildirib ki, Rusiyanı ona görə "böyük səkkizlər"in sırasından çıxarmaq lazımdır ki, o, daxili siyasətdə demokratiyanı tamamilə rədd edib, xarici siyasətdə isə hədə ilə öz maraqlarını təmin edir. Kreml isə bu cür tənqidləri əsassız sayır və iddia edir ki, ABŞ digərlərinin hərəkətlərini qınamaq haqqını çoxdan itirib.
Rusiya telekanalları ABŞ–dakı prezident seçkiləri kampaniyasını diqqətlə izləyir ki, iki namizəddən hansı daha çox Rusiyaya isti münasibət bəsləyəcək. Son günlərin müşahidələrinin nəticəsi olaraq demək olar ki, bu, demokratlardan olan namizəd Barak Obamadır. O deyir ki, Rusiya ilə dialoqa getmək lazımdır. Rusiya diplomatlarının sözlərinə görə, prezident Corc Buşun Ağ Evdən getməsi ərəfəsində Rusiya–ABŞ əlaqələri ciddi şəkildə pozulub. Belə ki, son illər iki ölkə arasında İranın mübahisəli nüvə proqramına, Pentaqonun Şərqi Avropada raketdən müdafiə sistemləri yerləşdirmək planları kimi səbəblərə görə fikir ayrılıqları meydana gəlib. Diplomatların sözlərinə görə, soyuqlaşan münasibətlər fonunda ABŞ prezidenti ilə Rusiyanın baş naziri arasında isti işgüzar əlaqələr var. Son zamanlar isə prezident Dmitri Medvedev Putinin sərt çıxışlarını yumşaltsa da, xarici siyasətdə heç bir dəyişiklik etməyib. Yüksək çinli diplomat ABŞ seçicilərinə məsləhət görüb ki, öz seçimlərinə görə məsuliyyət daşısınlar. O, qeyd edib ki, hesablanmamış addımların atılması əlaqələrin qırılması riskini yarada bilər: "Elə bir an gələ bilər ki, biz Amerikanı maraqlandıran məsələlərin müzakirəsini dayandırarıq".
Ramil VƏLİBƏYOV
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009