Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
MDB–də ən aşağı qiymətlə Rusiyadan qaz alan (110 dollar) Ermənistan üçün yaradılmış eksklüziv vəziyyət bu il dəyişə bilər. Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib ki, "Qazprom" gələn ildən bu ölkəyə satdığı qazın qiymətini 165 dollaradək qaldıracaq.
"Qazprom" artıq 2011–ci ilədək Ermənistana satdığı qazın qiymətini Avropa bazarlarında olan qiymətlə uyğunlaşdırmaq istəyir. Yaranmış kritik vəziyyətə baxmayaraq, öz ərazisində "Qazprom"a, eyni zamanda, digər Rusiya şirkətlərinə strateji sahələrdə əlverişli şərait yaradan Ermənistan hələ də MDB–də ən aşağı qiymətlərlə qaz alan dövlətlərdən biridir. Bu cür vəziyyət, həmçinin, Belarus üçün də məqbuldur.
Amma aşağı qiymət Belarus üçün dəyişməzdir. Çünki, Minskin Moskvaya təzyiq rıçaqları daha çoxdur. Movsisyan xatırladıb ki, hələ tərəflər danışıqlar aparır və son qiymət müəyyənləşdirilməyib: "Ermənistan əldə olunmuş razılığa əsasən, bu ilin sonunadək Rusiyadan aldığı qazın hər min kubmetrinə görə 110 dollar ödəyəcək. Bu, bu gün MDB məkanında ən aşağı qiymətdir. Hətta müttəfiq Belarus bu ildən idxal etdiyi qazın hər min kubmetrinə görə 119 dollar ödəməyə başlayıb. Amma "Qazprom" ikinci dövriyyədə Minsk üçün qiyməti 127 dollara qədər artırmaq istəyir. Digər MDB ölkələri, məsələn, Gürcüstan 235 dollar, Moldova 253 dollar ödəyir. Əldə olunmuş razılığa əsasən, 2008–2009–cu illərin sonunadək bu qiymət dəyişməz qalacaq".
Mövcud məsələ ilə bağlı "Qazprom"dan heç bir açıqlama verilməyib. Eyni zamanda, ekspertlər düşünür ki, konsern MDB–nin bütün dövlətləri ilə 2–3 il ərzində Avropa bazarında satılan qazın qiymətinə uyğun bazarlaşma aparmaları üçün gücləndirilmiş iş rejimində işləyir. UFG Asset Managementin baş direktoru Andrey Podoynitsn bildirib ki, "Qazprom" siyasi və iqtisadi faktorlara görə, müəyyən güzəştləri olan müttəfiqləri ilə də bazarlaşmanı dünya qiymətləri ilə aparmaq üçün hazırlıq görür. Şirkəti bu addımı atmağa vadar edən məsələ isə gələn ildən Türkmənistanın Rusiyaya satdığı qazın qiymətini artırmasıdır. "Tinvest" şirkətinin analitik şöbəsinin rəhbəri Dmitriya Puşkarevanın rəyinə görə, Rusiyanın Belarus və Ermənistana satdığı qazın qiyməti baş verən proseslərdən asılı olmayaraq MDB–də ən aşağı olacaq. Bununla belə, Minsk bir çox faktorlarla qazın aşağı qiymətlərlə satılmasını özü üçün təmin edə bilər: "Belarusun Rusiyaya təzyiq edə biləcək iqtisadi və siyasi rıçaqları mövcuddur. Bu səbəbdən Minsk maksimal olaraq aşağı qiymətlə qazın idxalını təmin edə biləcək. MDB məkanının digər dövlətlərinə gəlincə isə, ikiqat qiymət artımını 2010–cu ildə gözləmək olar. Bu, bir il və yaxud da sonra baş versə də, qiymət artımı bütün dövlətləri əhatə edəcək".
"2K Audit– İşguzar Konsultasiya Şirkəti"nin investisiya layihələndirmə proqramının rəhbəri Svetlana Savçenko söyləyib ki, Ukrayna və Belarus kimi tranzit ölkələr digər dövlətlərə nəzərən daha çox üstünlüklərə malikdir: "Ortamüddətli perspektivdə reallaşdırılacaq "Nort Stream və South Stream" kəmərlərindən sonra onlar bu faktorlardan məhrum olacaqlar. Ermənistanın isə bu sahədə ticarət aparmaq üçün imkanları məhduddur. Ölkədə faktiki olaraq tranzit qaz kəmərləri yoxdur. Onu qeyd edim ki, bu cür neft–qaz kəmərləri "Qazprom" üçün daha cəlbedicidir. Bu ölkədə, həmçinin, rus kapitalının oturduğu erməni aktivləri də Rusiyanın nəzarətindədir. "Qazprom" artıq "Armrosqazprom"un səhmlərinin 72,16 faizinə və qaz infrastrukturunun bir çox hissələrinə sahibdir. Bununla yanaşı, Ermənistanda Rusiyanın kapitalının artması da gözləniləndir. Buna misal olaraq, çəkiləcək İran–Ermənistan qaz kəməri layihəsində Moskvanın iştirakını göstərə bilərik. Ümumiyyətlə, bu layihədə əsas dövlətlərin nəzarət imkanları məhduddur".

Siyasət