Şahin İmranov ilk döyüşünü azərbaycanlıya qarşı keçirəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Pekin Yay Olimpiya Oyunlarının boks turnirinin püşkü atılıb. Bununla da, Azərbaycan milli komandasının üzvlərinin qarşılaşacağı rəqiblərin kimliyinə aydınlıq gəlib. Püşkə əsasən, yığmamızın kapitanı Şahin İmranov (57 kq) ilk döyüşünü avqustun 11–də Qalib Cəfərova qarşı keçirəcək. Əslən azərbaycanlı olan idmançı Qazaxıstanı təmsil edir. Bu döyüşdə üstün olan boksçu 1/8 finalda Gürcüstan və Botsvana təmsilçiləri arasında keçiriləcək döyüşün qalibi ilə qarşılaşacaq. Olimpiadadakı sonuncu həmyerlimiz Samir Məmmədov isə avqustun 12–də rinqə çıxacaq. 51 kq çəki dərəcəsində yarışan boksçumuz 1/16 finalda mərakeşli Nhaila Abdelillahı sınağa çəkəcək. S.Məmmədov bu səddi adlayacağı təqdirdə, Tailand və Qvatemala boksçularının qarşılaşmasında üstün olan idmançı ilə üz–üzə gələcək.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009