Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
İsrailli nazir İran prezidentinin məhkəmə qarşısına çıxarılacağını iddia edir
İsrailin "MOSSAD" kəşfiyyat xidmətinin keçmiş rəhbərlərindən olan Rafi Eytan İran prezidenti Mahmud Əhmədinejadla bağlı sensasion bəyanatla çıxış edib.
Lent.az–ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda sosial məsələlər üzrə dövlət naziri postunu tutan Eytan İsrailin Əhmədinejadı beynəlxalq məhkəmə önünə çıxartmaq üçün oğurlaya biləcəyini bəyan edib.
Nazir Almaniyanın nüfuzlu "Der Spiegel" jurnalına müsahibəsində İran prezidenti kimi bir şəxsin yerinin beynəlxalq məhkəmə olduğunu vurğulayıb. Qeyd edək ki, Eytan "MOSSAD" agentlərinin 1960–cı ildə keçmiş faşist liderlərindən olan Adolf Eicmanı necə qaçırdıqları və "ölüm mələyi" adı alan doktor Yosef Mengelenin qaçırılmasının niyə təxirə salındığını açıqlaması ilə gündəmə gəlmişdi. Alman jurnalına müsahibəsində də yenidən həmin mövzuya qayıdan israilli nazir "belə əməliyyatların tarixə atıldığını güman etməyə dəyməz" deyib. Jurnalistin bu bəyanatla nə demək istədiyi sualını cavablandıran Eytan Əhmədinejadın oğurlana biləcəyini bildirib: "Bəyanatımda tam ciddiyəm. Zəhər saçan, başqa millətləri məhv etmək istəyənlər bu cür aqibət yaşayacaqlarını gözləməlidirlər".

Siyasət