Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Və ya mənasız iddiaları ortaya qoyanlarla polemikaya girməyin mənası varmı?
Bu bir həqiqətdir ki, Azərbaycan azad və demokratik ölkə kimi kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün kifayət qədər əlverişli mühit yaradıb. Qəbul olunmuş qanunlar, atılmış addımlar, dövlət yardımları KİV–lərin maneəsiz fəaliyyətini təmin edir.
Amma çox təəssüf ki, bir çox KİV–lər yaradılmış bu xoş ab–havadan öz maraq və mənafeləri naminə sui–istifadə edirlər. Ötən nömrələrimizdə bu KİV–lərin biri, ABŞ Konqresinin vəsaiti hesabına maliyyələşən "Azadlıq" radiosunun Bakı bürosunun fəaliyyətindəki bəzi qaranlıq məqamlar, onun anti–Azərbaycan fəaliyyəti haqqında məqalələr dərc etdirmişdik. Bu məqalələr dərc olunarkən ümid edirdik ki, sadaladığımız nöqsanlar nəzərə alınacaq və radio öz fəaliyyətini qanun, həmçinin, KİV–in prinsiplərinə uyğunlaşdırmaq baxımından hansısa zəruri addımlar atacaq. Amma aradan bu qədər vaxt keçməsinə baxmayaraq, müsbətə doğru heç bir irəliləyiş qeydə alınmadağı kimi, vəziyyət daha da mürəkkəbləşib.
Bildiyimiz kimi, KİV–in əsas vəzifəsi cəmiyyəti dəqiq, qərəzsiz, obyektiv və tərəfsiz informasiya ilə təmin etməkdir. Üstəlik, bu prinsiplər "Azadlıq" radiosunun rəsmi saytında elan olunmuş öncəliklər sırasındadır. Amma radionun fəaliyyətində bu prinsiplərdən əsər – əlamət yoxdur. Bunu sübuta yetirmək üçün isə sadəcə olaraq, radionun bir həftəlik verilişlərini izləmək kifayət edir.
Beynəlxalq təcrübədə də var ki, elektron KİV–lərin öz verilişlərini maraqlı etmək, auditoriyanı daha geniş siyasi cəbhələrin düşüncəsi ilə tanış etmək üçün təşkil etdiyi debatlarda müxtəlifyönümlü mövqelərin müzakirəsi daha konkret şəkildə özünü biruzə verməlidir. Ancaq "Azadlıq" radiosu bir qayda olaraq, müxalifətin ruporu rolunda çıxış edir və bütün verilişlərini müxalif cəbhənin mövqeyi üzərində qurur. Əlbəttə, müxalifətin də fikirləri KİV–də özünə yer tapmalıdır və buna heç kəs mane ola bilməz. O da nəzərə alınmalıdır ki, Azərbaycanda müxalif düşüncə təmsilçilərinin öz sözlərini söyləməsi üçün kifayət qədər geniş imkanlar var. Hətta bir sıra qəzetlər müxalifət partiyalarının orqanı olmaqla, sırf onların təbliğatı işini aparır. Müxalifət liderləri həmin qəzetlər vasitəsilə öz mövqelərini (baxmayaraq ki, bu mövqe bir çox hallarda qərəzli, böhtan, şər, yalan olur – red.) sərbəst şəkildə ifadə edirlər. Sadəcə olaraq, biz "Azadlıq" radiosunun öz fəaliyyətində paritetliyi qorumaması məsələsinə diqqəti yönəltmək istəyirik.
Bu gün "Azadlıq" radiosu müxalifət liderlərinə böyük meydan verərək, onların hakimiyyət əleyhinə şər və böhtan xarakterli fikirlər söyləməsinə şərait yaradır. Radioda müxtəlif vaxtlarda hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri də efir vaxtı alıb və kifayət qədər əsaslandırılmış və məntiqə söykənən fikirlər səsləndiriblər. Amma təəssüf ki, bu polemikalarda məsələnin əsas tərəfinə deyil, radionun müxalifətin ruporuna çevrilməsinə yönəlmiş siyasət yeridilib. İndi də bu siyasət davam edir. Hakim partiya təmsilçilərinin və bəzi heç bir partiya üzvlüyü olmayan siyasətçilərin radionun qərəzli mövqeyinə etiraz və s. kimi müxtəlif səbəblərdən radionun verilişlərində iştirak etməməsindən istifadə edib, mövqeyi onsuz da əvvəlcədən bəlli olan şəxsləri verilişlərinə dəvət etməklə, guya hakimiyyət–müxalifət polemikası görüntüsü yaratmağa çalışır. Əslində isə, dəvət olunanlar nə bitərəf ekspertlər olur, nə də ki, onların mövqeyi hakimiyyətdəki partiyanın mövqeyi ilə üst–üstə düşür.
Bir sözlə qeyd etmək istərdik ki, "Azadlıq" radiosu ABŞ vergiverənlərinin ödədiyi vergilər hesabına Azərbaycanda birbaşa müxalifət dairələrinin fikirlərinin, daha dəqiq desək, onların hakimiyyət əleyhinə çağırışlarını yaymaqla məşğuldur. Əlbəttə, bu yolverilməzdir. KİV tərəfsiz olmalı, onun əsas vəzifələri qanunda əksini tapan prinsiplərə və Azad mətbuat kodeksinə uyğun olmalıdır. Biz bunu bu gün "Azadlıq" radiosunun verilişlərində görmürük. Onu da vurğulamaq istərdik ki, bizim "Azadlıq" radiosu ilə heç bir qərəzimiz yoxdur. Biz "Azadlıq" radiosunun tərəfkeşlikdən, qərəzlilikdən və müəyyən konyukturadan sözün həqiqi mənasında azad olmasını istəyirik.
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istəyirik ki, "Azadlıq" radiosunun yetkililəri YAP təmsilçilərinin müxalifət liderləri ilə polemikaya getməməsindən gileylənirlər. Amma unutmamaq lazımdır ki, bu gün radionun efirini "işğal etmiş" siyasətçilər hər seçkidə nəinki polemikanı, ümumi seçkilər prosesini uduzmuş adamlardır. Həmin insanların fikirlərində hansısa bir yenilik olmadığı kimi, onların "Azadlıq" vasitəsilə auditoriyaya söylədikləri də tapdalogiyadır. Onlarla polemikaya getməyin özü də mənasızdır. Elə isə mənasız iddiaları ortaya qoyanlarla polemikaya girməyin mənası varmı?
"Yeni Azərbaycan"ın
analitik qrupu

Siyasət