"Bomba çantası"ndan 150 min dollar çıxdı

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
İstanbulda dəniz avtobusunda qəribə hadisə baş verib. Lent.az–ın məlumatına görə, Eminönü qəsəbəsinə hərəkət edən dəniz avtobusunda sahibi olmayan bir çanta tapılıb. Gəmisinin işçisi Hikmət Verməz adlı şəxs sərnişinlər endikdən sonra bir küncdə bir çanta görüb. Çantanın içində bomba olduğundan şübhələnən Hikmət Verməz dərhal polisə xəbər verib. Hadisə yerinə gələn polislər çantanı partladaraq zərərsizləşdirmək istəsələr də, sonradan onun içinə baxmaq qərarına gəliblər. Nəticədə çantada 151150 dollar aşkarlanıb.
Araşdırma zamanı pulun valyutadəyişmə məntəqəsinin sahibinə məxsus olduğu ortaya çıxıb. Pul sahibinə təhvil verilib. Həmin şəxs pulu tapan Hikmət Verməzə 1500 dollar hədiyyə edib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009