Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra öz müqəddaratını təyinetmə bumeranqı Moskvanın öz üzərinə qayıdıb. Belə ki, artıq dünya mətbuatı Rusiya daxilindəki separatçı meyllərin oyanmasından bəhs edirlər.
"The New York Times" qəzeti xəbər verir ki, Tatarıstan Cənubi Osetiyadan uzaq məsafədə yerləşir və müharibə vaxtı Cənubi Osetiya Gürcüstanın kasıb ərazilərindən biri kimi tanınırdı: "Həmin vaxt Tatarıstanın Rusiyanın mərkəzində güclü elektrostansiyası vardı və o, özünün neft resursları və siyasi sabitliyi ilə lovğalanırdı. Lakin bu iki yerin 1 ümumi cəhəti vardı: Sovet İttifaqı dağılandan sonra hər iki bölgədə separatçılıq hərəkatı başladı".
Qəzet qeyd edir ki, Rusiya Prezidenti D.Medvedev iki həftə əvvəl Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini formal olaraq tanıdıqdan sonra Kazandakı aktivistlər bu haqda məlumatlandırıldılar: "Bütün tatar vətəndaşları mərkəzi kimi tanınan Millətçi qruplar cəmiyyəti dərhal müraciətnamə hazırlayıb Rusiyaya ünvanladılar. Burada yaxın vaxt ərzində Rusiya tərəfindən tatarların da müstəqilliyinin tanınması məsələsi ifadə olunurdu".
Lakin Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması tatarıstanlı Raşit Axmetovu ümidsiz olmamağa vadar etdi. "Zvezda Povolzya" qəzetinin müəllifi R.Axmetov bildirib ki, Rusiya mənəvi hüquqlarını itirdiyi üçün tatarların da müstəqilliyini tanımır.
Qəzet, həmçinin, vurğulayır ki, Medvedevin mübahisəli Gürcüstan ərazilərinin müstəqilliyini formal olaraq tanıması uzun müddət Moskvanın xarici siyasət aləminin müzakirə obyekti olub: "Medvedevin bu qərarından sonra Rusiya və onun Qərbdə bir vaxtlar danışıqlar apardığı tərəfmüqabilləri aralarındakı yarğan dərinləşdi. Onlardan bəziləri Moskvanın ədalət naminə uzunmüddətli inadından əl çəkməsinin və etnik qruplar üçün muxtariyyət və ya müstəqillik tələb etməsinin də şahidi oldular".
Qlobal ziddiyyətləri həll edən və onların aradan qaldırılmasına çalışan Beynəlxalq Böhran Qrupunun Qafqaz proqramının rəhbəri Zarens Skot bildirib: "Onlar artıq özlərinin ölüm sərəncamlarını imzalaya bilərlər. Bu indi mücərədd bir anlamdır, lakin 20 illik bir yol ayrıcında belə bir mücərəddlik ola bilməzdi".
Avqustun əvvəllərində gürcülər əhalinin müdafiə edilməsi məqsədilə Cənubi Osetiyanın paytaxtına raket və artilleriya hücumuna keçən zaman rus qoşunları da sərhəd boyunca hücumlarını genişləndirdilər: "Putinin köməkçisi Dmitri Peskov bildirib ki, "biz xüsusilə Qafqazın simasında bir neçə separatist hərəkət, bir neçə ekstremist elementlər nümayiş etdirdik. Lakin onlar parçalanmış kiçik qruplardan ibarət olub azlıq təşkil edirdilər".
O, həmçinin, Cənubi Osetiya və Abxaziyanın vəziyyətinin fərqli bir kateqoriyaya uyğun gəldiyini də qeyd edib.
Mənbə bununla yanaşı, bildirir ki, Putin hakimiyyətə gəldikdən sonra hər şey dəyişdi. 1990–cı ildə prezident Yeltsin bütün regionları "istədikləri qədər müstəqillik götürə biləcəklərinə" inandırmışdı. O, zaman Rusiyanın çox mühüm ərazilərində hakimiyyətə yiyələnmək üçün hərəkatlar başlamışdı. Neft sənayesi ilə yanaşı, ağır sənayenin vətəni olan Tatarıstanda, təbii qazın mənbəyi Başqırdıstanda, kömür istehsal olunan Komidə, Şimali Qafqazda – ən böyük neft ərazisi olan Çeçenistanda geniş vüsət aldı. Çeçenistan müstəqilliyini birbaşa elan edən yeganə ərazi idi. 1994–cü ildə Rusiya ordusu oraya hücum etdi və iki il davam edən döyüşlərdə 1000–ə qədər əsgər həlak oldu. 1999–cu ildə Şimali Qafqazdakı zorakılıq sürətlə artdı. Putin xaricdə baş vermiş müharibə vasitələri ilə Çeçenistandakı hərəkatı yaddaşlardan sildi. Rəsmi Moskvanın xəbərdarlığı olduqca aydın idi.
Politoloq Sergey Karaqanov deyib ki, "Rusiya qeyri–insani hərəkətləri ilə ərazi bütövlüyünü saxladı. Çeçenistandakı müharibə yalnız çeçen üsyançılarına yox, hər kəsə qarşı yönəlmişdi. Separatizm qorxusu genişləndiyi üçün Putin regionlara daxili azadlıq verdi. Hətta Rusiyanın bəzi regionlarında dövlət müsəlman əhaliyə Məkkəyə getməsi üçün kömək edirdi. Sahibkarlar milli iqtisadiyyatı inkişaf etdirdi. Tatarıstan bunun ən mühüm göstəricisidir. Yeltsin isə regionları müstəqilliyə inandıranda Tatarıstan bunu böyük həvəslə yerinə yetirdi. Vergilər aradan qaldırıldı. Əhalinin 48 faizini təşkil edən tatarlar öz məktəblərini açdılar. Tatar parlamenti Volqaboyunda heç bir dövlətlə müharibə aparmamaq barəsində qərar qəbul etdi".
Putin regionlarda seçki keçirilməsini ləğv etdikdən sonra Tatarıstan Prezidenti Mintimer Saimiyev buna etiraz etdi və planı "vacib və effektivsiz" adlandırdı. Bu arada isə Kazanda çıxan müxalif qəzetin redaktoru Axmetov muxtariyyət üçün yeni perspektivlərin yarandığı fikrini irəli sürüb: "Biz başa düşürük ki, prezidentimiz 24 saat ərzində istənilən vaxt hakimiyyətdən uzaqlaşdırıla bilər. Ancaq Medvedevin Cənubi Osetiya və Abxaziyanı tanıması bizim müstəqilliyimizə olan ümidlərimizi artırdı. Moskva bütün regionda siyasi hakimiyyəti əlində saxlayacağını düşünsə də, bunda yanılır. Bu yaxın 10–20 il ərzində dəyişə bilər. Özünü məhv etmə toxumları muxtariyyət sistemində yaranır. Bu Moskvanın səhvidir".
Qəzet, eyni zamanda, yazır ki, təşvişlər neft kimyasının əsas mərkəzi olan və əhalisinin 30 faizini başqırdlar təşkil edən Başqırdıstanda yaranıb. Dövlət məktəblərində başqırd dilini tədris edən "Kuk Bure" təşkilatı manifestlə çıxış edib. Manifestdə Moskva ikili standartlarda günahlandırılıb. Həmçinin, qeyd edilib ki, Rusiya Abxaziya və Osetiya kimi xalqları dəstəklədiyi təqdirdə başqırdların siyasi təşkilat platformasını rədd edir: "Qrup internet səhifələrində məlumat yayaraq bildirib ki, Başqırdıstanda sayı 1000–ə çatmış hər bir federal məmurdan Başqırdıstan camaatı üçün etdiklərini soruşmağın vaxtı çatıb".
Corctaun Universitetinin dövlət işləri və beynəlxalq məsələlər üzrə professoru Çarlz Kinq söyləyib ki, Rusiyanın hərəkətləri 1999–cu ildə şimal–qərbi Qafqazda muxtariyyət qazanmaq istəyən qrupların susdurulması situasiyasını xatırladır.
Etnik tərkibdən asılı olmayaraq, çərkəzlər də Abxaziyada baş verən hadisələri diqqətlə izləyilər. Çərkəzlərin hələ də çox hissəsi Rusiyada yaşayır, kənarda olanlar isə doğma Qafqaza qayıtmaq istəyirlər.
Pəri Mirəliyeva,
Xəyalə Musayeva

Siyasət