Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
Azərbaycanda hazırlanan yeni xəritələr ən yüksək dəqiqliklə koordinatları müəyyən etməyə imkan verir. Bu barədə "APA–Economics"ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədovun sözlərinə görə, Komitə yeni xəritələri qlobal mövqe müəyyən etmə alətləri (GPS) ilə hazırlayır: "Əgər Bakı şəhərinin ətrafını gəzsək, 0,5 sm–ə qədər xəta edə bilərik. Amma əvvəlki xəritələrdə on kilometrlərlə qüsurlar olub".
Q.Məmmədov bildirib ki, hazırda Azərbaycanda xəritəçəkmə bazası yaradılıb. Eyni zamanda çoxsaylı və təcrübəli kadrlar mövcuddur. Komitə sədrinin sözlərinə görə, Azərbaycanın bütün ərazisi, o cümlədən coğrafi, kənd təsərrüfatı və s. sahələri əhatə edən rəqəmli xəritələr tərtib olunub.
Qərib Məmmədov həmçinin bildirib ki, Azərbaycanda torpaq sahələrinin hərrac və müsabiqələr vasitəsi ilə satılması mexanizminin tətbiqinə dair müvafiq qaydalar hazırlanıb. Qaydaların layihəsi artıq baxılmaq üçün Nazirlər Kabineti və Prezidentin İcra Aparatına təqdim olunub. Yaxın vaxtlarda sənədin təsdiq olunması gözlənilir. Q.Məmmədovun sözlərinə görə, əvvəllər qanunda göstərilirdi ki, bələdiyyələr torpaqları birbaşa müsabiqə və hərrac yolu ilə sata bilər: "Bu "birbaşa" ifadəsi də qanunsuz torpaq satışlarına yol açdı. Bələdiyyələr hərrac və müsabiqə keçirmədən torpaqları birbaşa satırdılar. Birbaşa verilmiş torpaqlar dövlət reyestrindən gizlədilir, biz də uçot və qeydiyyatı apara bilmirdik".
Qeyd edək ki, hazırda Azərbaycanda 2 777 bələdiyyə var.

Siyasət