Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Parisdə gündəlik nəşr olunan Fransanın ən nüfuzlu "Mond" qəzetinin 11 sentyabr tarixli nömrəsində "İqtisadiyyat və Maliyyə" rubrikası altında dərc olunmuş məqalədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının illik hesabatı ilə bağlı məqalə dərc edilib. Məqalədə dünyanın müxtəlif dövlətlərində biznes mühitinin yaradılması və onun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar görülmüş işlərdən söhbət açılıb, bu sahədə böyük müvəffəqiyyət qazanmış ayrı–ayrı ölkələrin adları çəkilib.
Məqalədə son vaxtlar Azərbaycanda biznesin inkişafından bəhs edən maraqlı fikirlər öz əksini tapıb. Dünya biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan 10 ölkə arasında Azərbaycanın lider olduğu qeyd edilib. 2008–ci ilin yanvarından Azərbaycanda biznes fəaliyyəti və mülkiyyət satışı üzrə prosedurun və vergi ödənişi qaydalarının sadələşdirildiyi, biznes şəraitinin yaxşılaşdırılması istiqamətində islahatların aparıldığı diqqətə çatdırılıb.
Yazıda, həmçinin bu ilin son altı ayında yeni müəssisələrin yaranması sahəsində Azərbaycanda 40 faiz sıçrayış olduğu və xüsusi mülkiyyətin qeydə alınmasının 61 günə deyil, 11 günə həyata keçirildiyi xüsusi vurğulanıb.
Məqalə Azərbaycanda gedən uğurlu iqtisadi yüksəliş, münbit biznes mühitinin yaradılması barədə fransız oxuculara məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Siyasət