Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Mətbuat Şurası bununla bağlı qərar qəbul edib
Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov Azərbaycan Mətbuat Şurasına müraciətində "Azadlıq" qəzetində dərc olunmuş "Oliqarx məmurlar YAP–ı ələ keçirir" (22 iyul 2008–ci il) və "YAP–da pul davası" (25 iyul 2008–ci il) sərlövhəli yazılarda bu təşkilatın ictimai nüfuzuna xələl gətirmək üçün növbəti dəfə böhtan və yalana əl atıldığı göstərilib. Ə.Əhmədov yazıb ki, nəşrin səhifələrində Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədar belə xarakterli məlumatların dərc edilməsi ilə bağlı etirazımızı dəfələrlə Mətbuat Şurasına bildirmişik. MŞ–nin "Azadlıq" qəzetinə iradlarına baxmayaraq, orada Yeni Azərbaycan Partiyasının fəaliyyətini və hakimiyyətin siyasətini təhrif edən bu kimi qərəzli məqalələr dərc olunmaqdadır.
Müraciətin MŞ–nin Şikayətlər üzrə Komissiyasının 22 avqust 2008–ci il tarixli iclasında müzakirəsi zamanı partiyanın təmsilçisi vurğulayıb ki, "Oliqarx məmurlar YAP–ı ələ keçirir" sərlövhəli yazının "Reytinq" qəzetində gedən material əsasında verildiyi göstərilsə də, məqalədə "Azadlığ"ın məsələyə sırf sərbəst yanaşması, öz mövqeyini ortaya qoyması aşkar duyulur. Bu baxımdan da məsələ ilə əlaqədar Mətbuat Şurasına müraciət məntiqi əsaslara malikdir. Şikayətçi tərəf məqalədə Yeni Azərbaycan Partiyasının Nizamnamə tələblərinə uyğun şəkildə keçirilən konfransların təyinat xarakterli toplantılara bənzədilməsini, bir sıra vəzifəli şəxslərin yerli təşkilatların sırf təsiri altında olmasını, maxinasiyalarda ittihamlandırılmasını, partiya üzvlərinə etimadın olmaması və digər uydurma fikirlərin qabardılmasını iftira adlandırıb, konkret faktlara, sənədlərə, dəlil–sübutlara əsaslanmayan böhtan olduğunu deyib. Adı çəkilən qəzetdə yazılan fikirlərin etik prinsiplərə sayğısızlıqla verildiyini göstərən YAP təmsilçisi Azərbaycan Mətbuat Şurasından məsələnin müzakirə olunmasını və müvafiq tədbir görülməsini xahiş edib.
"Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov MŞ Şikayətlər üzrə Komissiyasının 22 avqust 2008–ci il tarixli iclasında Yeni Azərbaycan Partiyasının bu nəşrlə bağlı müraciətinin müzakirəsində iştirak edəcəyini bildirsə də, naməlum səbəbdən tədbirə qatılmayıb.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq qərara alıb:
1. "Azadlıq" qəzeti nəşrin builki saylarında gedən "Oliqarx məmurlar YAP–ı ələ keçirir" (22 iyul) və "YAP–da pul davası" (25 iyul) sərlövhəli yazılarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı birinci prinsipinin 1.1 bəndinin "jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır", 1.2. bəndinin "jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaratmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir. "İnformasiya qaynaqlarına sayğılı yanaşma" adlı 2–ci prinsipinin 2.2. bəndinin "qeyri–rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır", "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı üçüncü prinsipinin 3.4. bəndinin "jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır. Düzəliş zamanı aydın olmalıdır ki, əvvəl verilən məlumat tam, yoxsa konkret hansı hissədə səhvdir" tələblərini pozub.
2. "Azadlıq" qəzetinə nəşrin builki saylarında gedən "Oliqarx məmurlar YAP–ı ələ keçirir" (22 iyul) və "YAP–da pul davası" (25 iyul) sərlövhəli yazılarla əlaqədar qarşı tərəfdən – Yeni Azərbaycan Partiyasından üzr istəməsi, təkzib, yaxud onun mövqeyini əks etdirən məktubunu verməsi tövsiyə olunsun.
3. Qərar "Azadlıq" qəzetinin növbəti sayında dərc olunsun.

Siyasət