Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Xalq onların iç üzünü tanıdı
Seçki demokratiyanın əsas atributlarından sayılır. Yəni, ölkədə mövcud olan, yeni yaranan, fəaliyyət göstərən siyasi qüvvələr hər hansı bir şəkildə bu prosesdə yer almağa bir növ həm də mənəvi şəkildə borcludurlar. Çünki ümumiyyətlə, siyasi qüvvənin–siyasi partiyaların əsas yaranma səbəbi seçkilərdə iştirak edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaqdır.
Demokratik dünyanın bir parçası olan Azərbaycanda da xalqın iradəsi ilə reallaşan seçkilər azad, şəffaf, demokratik şəraitdə keçir. Bir neçə gün öncə beynəlxalq aləmin müşahidəsi ilə keçirilən prezident seçkiləri də məhz belə azad və demokratik şəraitdə reallaşdı. Bu fakt həm seçkini müşahidə edən beynəlxalq missiyaların nümayəndələri, həm də seçkidə iştirak edən bütün siyasi qüvvələr tərəfindən etiraf edildi. Demokratiya yolunda irəliləyən Azərbaycan artıq seçki standartlarını Qərb standartlarına uyğunlaşdırır.
Seçkidə iştirak etməyən, qeyri–adi bəyanatla seçkinin nəticələrinə hələ seçkidən öncə etiraz edən bir neçə müxalifət partiyasının rəhbəri isə antidövlət təbliğatını davam etdirir. Ümumilikdə, prosesə nəzər saldıqda, bir şey aydın olur. Gücü olmayan, ətrafında heç bir elektoratı mövcud olmayan bu partiya rəhbərlərinin yalnız özlərini sığortalamaq üçün ard–arda absurd fikirlər səsləndirməsi onların çıxılmaz vəziyyətə düşdüklərinin göstəricisidir.
MƏM–də (Müxalifətin Əməkdaşlıq Mərkəzi) birləşib, hazırda VƏM–ə çevrilmək istəyən partiyaların bu istiqaməti tutması maraqlı situasiya yaradıb. Seçkidən öncə AXCP–nin şantajı ilə seçkini boykot yolu seçən bir neçə partiyanın sonradan nəticələri tanımamaqla bağlı sənəd imzalaması "boykot" müəlliflərinin özlərini çıxılmaz vəziyyətə salıb. Çünki hələ seçkidən əvvəl AXCP və onun nəzarətində olan II "Azadlıq" blokunun ortaya çıxardığı bu sənəd həmin partiyanın bir neçə düşərgədaşı tərəfindən vətənə, dövlətçiliyə xəyanət kimi dəyərləndirildi. Bu xəyanət yolunu seçməkdə isə həmin "boykotçu" partiyaların, konkret AXCP–nin öz məqsədi vardı. Başına topladığı bir neçə partiya ilə birgə müxalifət adını inhisarda saxlamaq, özlərini guya Azərbaycanda haqqı tapdanan kimi qələmə verərək xaricdən ianə, qrant almaq istəyən Əli Kərimlinin bir neçə dəfə bu istiqamətdə absurd addımları müşahidə olunub.
Onu da vurğulamaq yerinə düşər ki, bir araya gəlmələrindən cəmi bir neçə gün öncə AXCP–nin nəzarətində olan qəzetdə Müsavat Partiyası, "Yeni Müsavat" qəzetində isə AXCP xarici kəşfiyyat orqanlarına işləməkdə suçlanırdı. Cəmi üç gündən sonra isə bu partiyalar hansısa xəyali blokda birləşdi və xalqın, dövlətin mənafeyinə əks olan mövqe tutdular. Amma elə öz daxillərindən onların bu korporativ mövqelərinə əks çıxanlar, onları antidemokratiklikdə suçlayanlar tapıldı. AXCP–dən ayrılan məlum funksioner, hətta seçkilərə qatıldı və prosesin demokratik və azad şəkildə getdiyini söylədi.
Müsavat Partiyasında isə situasiya fərqli istiqamətlər aldı və tez–tez dəyişikliyə uğradı. İlk olaraq seçkiyə qatılacağını bəyan edən Müsavat Partiyasının daxilində qeyri–rəsmi olaraq hakimiyyəti ələ alan qüvvələrin təhriki ilə boykota üstünlük verildi. Bu qüvvələr partiya sədrini öz iradələrinə tabe etməklə istəklərini həyata keçirməyə nail oldular. İradəsi zəif partiya rəhbəri isə gələcək yaşamını təmin etmək üçün onların dediyi ilə oturub–durmağa məcbur idi. Seçkidə iştiraka üstünlük verən müsavatçılar isə AXCP–dən ayrılan namizədin təbliğat işlərində fəal surətdə iştirak etdilər və seçkidə fəallıq göstərdilər. Hətta seçki günü həmin partiyaların bir sıra rayon təşkilatları seçkinin demokratik keçdiyi haqda bəyanat da yaydılar.
Bu məqamları göz önünə alanda bir daha demək olar ki, köhnə partiya sədrləri, hətta öz nəzarətlərində olan siyasi qüvvələri belə şəxsi maraqlarının xidmətçisinə çevirib. Elə bu səbəbdən də ətrafında heç kim qalmayan həmin partiya rəhbərləri ölkədəki demokratik mühitdən narahat olurlar. Çünki dövlətin inkişafı, siyasi qüvvələr arasında olan normal münasibətlər insanların hakimiyyətə inamını daha da artırır. Digər tərəfdən, 2008–ci il prezident seçkilərində iştirak edən siyasi qüvvələrin nümayiş etdirdiyi yeni seçki fəlsəfəsi Azərbaycanda yeni siyasi dövrün əsasını qoydu. Artıq bir–birini səngərdə yatan düşmən gözündə görməyən, sadəcə arqumentli tənqid və ya təkliflərə əsaslanan iqtidar–müxalifət münasibətləri ölkənin gələcək həyatının inkişafı hədəfləməsinə daha yaxşı zəmin yaradacaq. Öz ömürlərini hər zaman dedi–qoduya həsr edən, xalqın, millətin adından danışıb, pafoslu çıxışlar edən, həqiqətdə isə öz şəxsi maraqlarından başqa heç nəyi düşünməyənlər isə tarixin qaranlıq səhifəsinə döndülər. Xalq seçkilərdə iştirak etməklə həmin "boykotçular"ın fikirlərinin heç bir əsasının olmadığının və ümumiyyətlə, onların qeyri–ciddiliyini ortaya qoydu. Çünki Azərbaycan xalqı demokratiya yolu, Ümummilli liderimiz Heydər Əliyev yolu ilə inkişafı qarşısına məqsəd qoyub və bu yolda durmadan irəliləyir.
PƏrviz