2009-cu ildə inflyasiyanın səviyyəsinin aşağı salınması üçün təxirəsalınmaz tədbirlər görüləcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Prezident İlham Əliyev hökumət üzvlərinə süni qiymət artımının qarşısını almaq barədə tapşırıqlar verib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə imzaladığı fərman ölkəmizin sosial-iqtisadi inkişafı, makroiqtisadi və maliyyə sabitliyi, sərmayə mühitinin yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün əhəmiyyətli baza yaradır. Dövlət başçısı ölkənin ali maliyyə sənədində iqtisadi və sosial islahatların dərinləşdirilməsi, maliyyə sabitliyinin möhkəmləndirilməsi, eləcə də investisiya fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq hökumət strukturları qarşısında ciddi tapşırıqlar qoyub.
Mühüm sosial və investisiya layihələrinin reallaşmasına təminat verən 2009-cu ilin dövlət büdcəsində bir sıra istiqamətlər üzrə əlavə maliyyə mənbələrinin ayrılması bir daha hökumətin sosial-iqtisadi islahatların miqyasını artırmaq məqsədlərini təsdiqləyir. Xatırladaq ki, gələn ilin büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərclər isə 12 milyard 355 milyon manat nəzərdə tutulub. Büdcənin əsas maliyyə mənbələrini vergi ödənişləri və gömrük rüsumları təşkil etsə də Dövlət Neft Fondundan transfertlər də böyük çəkiyə malikdir. Belə ki, DNF-dən büdcəyə daxil olan vəsaitlərin məbləği 4 milyard 915 milyon manat təşkil edir. Gələn il üçün mühüm əhəmiyyət daşıyan faktorlardan biri xarici neft şirkətlərinin vergi ödənişlərinin artması ilə bağlıdır. Xatırladaq ki, gələn il ölkəmizdə fəaliyyət göstərən xarici neft kompaniyaları tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatından əldə olunan vəsaitlərdən büdcəyə ödənilməsi nəzərdə tutulan mənfəət vergisinin həcmi əhəmiyyətli dərəcədə artaraq 1 milyard 230 milyon manat təşkil edəcək. Artıq xarici neft şirkətlərinin ödədiyi mənfəət vergisinin məbləği Dövlət Neft Şirkətinin büdcəyə ödədiyi vəsaitlərin həcminə yaxınlaşmaqdadır. DNŞ-nin isə 2009-cu il üzrə büdcə öhdəlikləri 1 milyard 450 milyon manata bərabərdir.
Qeyd etdiyimiz kimi, yeni büdcə ilində ölkəmizin iqtisadi həyatı üçün əhəmiyyət daşıyan layihələrin icrası nəzərdə tutulub. Dünyada maliyyə böhranının dərinləşdiyi və bir sıra ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı çətinliklərlə üzləşdiyi halda Azərbaycanın öz ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etməsi ümumi iqtisadi strategiyanın əsas təməllərindəndir. Hökumət bu istiqamətdə tədbirləri daha da genişləndirmək üçün əlavə maliyyə vəsaitləri ayırmağı nəzərdə tutub. Bu məqsədlə gələn il həyata keçiriləcək “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı 60 milyon manat vəsaitin sərf olunması qərara alınıb. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün 2009-cu ildə tədbirlərin miqyası daha geniş xarakter alacaq. Məsələn, istehsalçılara məhsul istehsalı üçün istifadə etdikləri mineral gübrənin dəyərinin 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, texnika ilə təminatı üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 37 milyon 500 min manat ayrılması nəzərdə tutulub. Bundan başqa, fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 10 milyon manat ayrılacaq, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kameraların və tədarük məntəqələrinin yaradılması və digər tədbirlər üzrə 386 min manat sərf ediləcək. Həmçinin, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağa və motor yağına görə, 53 milyon 600 min manat veriləcək. Fermerlər, həm də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulan 74 milyon manat vəsait hesabına da öz layihələrini maliyyələşdirə biləcəklər. Ümumiyyətlə, özəl sahibkarlıq və biznes layihələri ilə bağlı başqa bir mənbə də mövcuddur ki, bu istiqamət üzrə xərclər 104 milyon manat təşkil edir. Yeri gəlmişkən, dövlət başçısı hökumət qurumlarına kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin səmərəsini artırmaq məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə həmin sahəyə dövlət büdcəsindən ayrılan subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıqlar verib. Eləcə də ölkədə sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitin daha səmərəli istifadəsini təmin etmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi və sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulur.
2009-cu ildə hökumətin əsas hədəflərindən biri inflyasiyanın səviyyəsinin aşağı salınması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Antiinflyasiya tədbirlərinin səmərəliliyinin artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə antiinhisar qanunvericiliyinin pozulması hallarına yol verən şəxslərə qarşı müfaviq tədbirlərin görülməsi bu hədəflərin əsas detallarını təşkil edəcək. Ölkə başçısı “Azərenerji”, “Azəriqaz”, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” ASC-lərin və “Şəki Regional Enerji Təchizatı” MMC-nin rəhbərlərinə istifadə edilmiş elektrik enerjisi və təbii qazın, mazutun dəyərinin tam ödənilməsi üçün zəruri tədbirlər görməyi də tapşırıb. Bununla yanaşı, “Azərenerji”, “Azəriqaz”, “Azərsu”, “Azərbaycan Hava Yolları” səhmdar cəmiyyətlərinin və “Azərikimya” Dövlət Şirkətinin rəhbərləri qarşısında elektrik enerjisinin, təbii qazın və neft məhsullarının istehlakı ilə bağlı maliyyə intizamının ciddiləşdirilməsi barədə vəzifələr qoyulub.
ELBRUS

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009