Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
- "Qazprom"dan müttəfiqləri üçün sürpriz Ermənistan üçün eksklüziv vəziyyət dəyişə bilər
Avropa ölkələri çıxış yolu kimi Azərbaycan, Türkmənistan və Qazaxıstanı da əhatə edən NABUCCO-nun çəkilişinə başlamaq istəyir
Rusiya ilə Avropa İttifaqı arasında qaz münaqişəsinin gərginləşməsi Avropa dövlətlərini yeni yanacaq mənbəyi axtarmağa məcbur etməkdədir. Artıq Avropa ölkələri Kremlin, demək olar ki, hər il təsadüf olunan “qaz spekulyasiyalarından” bezib və Rusiyanın öz tərəfdaşları ilə enerji əməkdaşlığında səmimi olmadığını qəti şəkildə yəqin ediblər. Avropa İttifaqı Rusiya ilə növbəti yanacaq böhranının meydana çıxmayacağına əmin deyil, buna heç inamı da yoxdur. İstənilən vaxt Moskvanın siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz amilindən istifadə edəcəyi şübhə doğurmur. Bir sözlə, Avropa ölkələri mövcud problemi birdəfəlik həll etmək üçün daha etibarlı və təminatlı yanacaq marşrutu üzərində tədbirlərə başlamağa qərar verib. Həmin marşrut isə NABUCCO hesab olunur.
İndiki böhran bir daha Avropaya xəbərdarlıqdır
Son hadisələr sözügedən layihəyə marağın bir qədər də artmasına səbəb olub. NABUCCO-nun layihə rəhbəri Raynhard Miçek bildirib ki, yeni qaz dəhlizinin yaradılması regionda sabit iqtisadi mühitin formalaşmasına əsaslı zəmin yaratmış olur. Cənab Miçekin qənaətinə görə, gec-tez Rusiyanın bu addımının müqabilində Avropa ölkələri ondan imtina edib özlərinə etibarlı tərəfdaşlar tapmağa məcbur olacaqlar. Həmin tərəfdaşlar isə Azərbaycan, Türkmənistan və Qazaxıstan hesab olunur. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andrieas Piebalqs isə bildirib ki, qaz böhranı adi məsələ deyil. Bu, heç də Rusiya tərəfinin iddia etdiyi kimi anlaşılmazlıq da deyil. Onun fikrincə, bu məsələdə siyasi maraqlar da az rol oynamır. A.Piebalqsın qənaətinə görə, hazırkı böhran bir daha Avropaya xəbərdarlıqdır. Avropa indi qəti bir qərarın gerçəkləşməsi üzərində düşünür, bu, Rusiyadan qaz asılılığını azaltmaq üçün dəyəri 12 milyard dollar olan NABUCCO kəmərinin inşasına nail olmaqdır.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı hesab edir ki, yeni kəmər işə salınarsa Rusiyanın Avropanın qaz bazarında payı 2 dəfədən çox azalmış olacaq. Xatırladaq ki, Rusiya bu gün dünya enerji resurslarının təminatında həlledici mövqeyə malikdir. Kreml bir ildə 80 milyard kub.metrdən çox təbii qaz satır. Bu gün Avropanın qaz təminatında Moskvanın payı 50 faizə yaxındır. Hətta bəzi Avropa ölkələrinin Rusiyadan qaz asılılığı 80 faiz təşkil edir. Məsələn, Bolqarıstan yanacağa görə tamamilə bu ölkədən asılıdır. Rəsmi Moskva bundan başqa, il ərzində Avropaya 500 milyon tondan çox neft ixrac edir, Şərqi Avropa ölkələrinin 40, Qərbi Avropanın isə 30 faizi Rusiyanın nefti hesabına yanacaq ehtiyaclarını tənzimləyir. Son iki ildə bu ölkənin neft və qaz ehtiyatlarının satışından əldə etdiyi gəlirlər 600 milyard dollardan çoxdur.
Rusiyanın qaz idxalından asılılıq son dərəcə təhlükəlidir...
Mütəxəssislər ötən ilin sonlarında Sankt-Peterburqda Qaz OPEK-inin yaradılmasına dair forumun keçirilməsindən sonra Rusiyanın açıq-aşkar yanacaq bazarında inhisarçılığı artıracağını güman edirlər. Onların fikrincə, rəsmi Moskva yeni karteli yaratmaqla əslində Avropada siyasi məqsədlərini diqtə etmək niyyəti güdür. Bu isə normal əməkdaşlıq prinsiplərinə ziddir. Rusiyanın enerji mübadiləsi fonunda siyasi-hərbi-iqtisadi güc mərkəzinə çevrilmək planı qorxulu tendensiya yarada bilər.
Məsələ ondadır ki, indiyədək NABUCCO ilə bağlı ciddi səy göstərməyən dövlətlər də bu kəmərin perspektivindən başqa təhlükəsiz enerji marşrutu olmadığını bəyan etməyə başlayıb. Məsələn, Rusiya ilə ən iri qaz layihəsində təmsil olunan Yunanıstan, Rumıniya, Bolqarıstan da (Burqas-Aleksandrapulos marşrutu) artıq rus qazından imtina edərək yeni yanacaq marşrutunun perspektivi barədə təşəbbüslərə qoşulub. Onlar həmin kəmərdən daha çox NABUCCO-ya bel bağladıqlarını etiraf edir. NABUCCO-nun aktuallığı və əhəmiyyəti barədə fikirləri möhkəmləndirən daha bir bəyanat Almaniya hökuməti tərəfindən səsləndirilib. Berlindəki İqtisadi Araşdırmalar İnstitutunun enerji məsələləri üzrə aparıcı eksperti Klaudia Kemferd Almaniyanın Rusiyadan təbii qaz idxalından asılılığının daha da artmasını son dərəcə təhlükəli hesab etdiyini açıqlayıb. Onun fikrincə, Qərbi Avropa ölkələrində “mavi yanacaq” ehtiyatları tədricən tükənir. Yaxın gələcəkdə Rusiya qazından asılılıq Almaniya üçün mütləq xarakter kəsb edə bilər. Bu halda inhisarçı-ixracatçı “Qazprom” tərəfindən diktə etmək riski də artacaq. Klaudia Kemferd hesab edir ki, enerji təchizatı sahəsində təcili dönüş edilməlidir. Çıxış yolu kimi ya bərpa edilən enerji mənbələri əsaslı şəkildə inkişaf etdirilməlidir, yaxud da başqa ölkələrdən alternativ qaz satın almaq üçün səylər artırılmalıdır. Almaniyalı mütəxəssis Avropa İttifaqının üzərində dayandığı yeganə etibarlı qaz marşrutu olan NABUCCO-nun çəkilişini ən məqbul variant hesab etdiyini bəyan edib.
Türkiyə “Mavi axın” layihəsindən imtina edəcək
Avropa İttifaqının yüksək rütbəli nümayəndə heyəti artıq mövcud vəziyyəti nəzərə alaraq NABUCCO ilə bağlı işləri intensivləşdirmək üçün Azərbaycan, Türkmənistan və Qazaxıstana səfərə hazırlaşır. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andrieas Piebalqs yaxın günlərdə regiona səfər edəcəyini istisna etməyib. Yeri gəlmişkən, dünən Türkiyədə Qazaxıstan hökumət nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə enerji ehtiyatlarının nəqli, o cümlədən, NABUCCO barədə detallar əsas müzakirə mövzusu olub. Xatırladaq ki, qardaş ölkə hazırda qaz ehtiyatlarının yarısını Rusiyadan alınan yanacaq hesabına təmin edir. Rusiya isə iki gündür ki, Ukraynadan keçən marşrutla bərabər, Bolqarıstan və Türkiyəni qazla təmin edən “Mavi axın” kəmərinin də fəaliyyətini dayandırıb, nəticədə qardaş ölkədə qaz nəqli dayanıb. Türkiyənin təbii ehtiyatlar naziri Hilmi Gülər bildirib ki, Azərbaycandan qaz idxalının həcminin artırılması ilə əlaqədar təkliflər hazırlanır. Ölkənin qaz bazarının təxminən 50 faizi Rusiyanın ixracından asılı olan Türkiyə 30 faizlik qaz ehtiyatlarını İran vasitəsilə ödəyir. Türkiyə, ümumiyyətlə, “Mavi axın” layihəsindən imtina etmək istəyir. Qardaş ölkə öz yanacaq ehtiyaclarını Azərbaycan, Türkmənistan, Qazaxıstan və İrandan yanacaq nəqli ilə həll etmək istəyir. Türkiyənin son günlər İranla da sıx iqtisadi əlaqələri dərinləşdirdiyi müşahidə olunur.
Avropanın qaz konsepsiyası düzgün olmayıb
“Türksam” Siyasi Araşdırmalar Mərkəzinin başçısı Sinan Oğan deyib ki, Ankara alternativ vasitələr axtarışına başlayıb. “Mavi axın”ın dayandırılması Türkiyəni İrandan idxal olunan qazın həcmini artırmağa vadar edir. Türkiyənin başqa alternativinin olduğunu da xatırladan ekspert “Şahdəniz” qazının nəqlinin artırılması ilə bağlı Ankaranın rəsmi Bakıya müraciət edəcəyini istisna etməyib. Sinan Oğanın fikrincə, son hadisələr Avropanın qaz konsepsiyasının düzgün olmadığını ortaya qoydu. Əgər Avropa İttifaqı vaxtında NABUCCO-nu dəstəkləsəydi, indi Rusiyadan bu qədər asılı olmazdı. Avropa İttifaqı anlamalıdır ki, Rusiya ilə uzunmüddətli əməkdaşlıq mümkün deyil. Əks halda, vəziyyət daha da pisləşəcək. Təşkilat dərhal real işə keçməli və vaxt itirmədən özünün enerji təhlükəsizliyini təmin etimək üçün NABUCCO-nun çəkilişinə başlamalıdır. Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, adıçəkilən nəhəng beynəlxalqmiqyaslı layihənin reallaşması Türkiyənin əsas maraq dairəsinə daxildir.
Avropa İttifaqı NABUCCO-nun çəkilişi üçün yaradılmış konsorsiumu kəmərlə bağlı saziş imzalamağa çağırıb. Qurumun bəyanatında bildirilir ki, Azərbaycandan keçən qaz xətti bu regionun gələcək iqtisadi-siyasi təhlükəsizliyinin etibarlı təminatı üçün bir nömrəli enerji şəbəkəsidir. Xatırladaq ki, konsorsiumda Avstriyanın “OMV”, Türkiyənin “Botaş”, Bolqarıstanın “Bulqarqaz”, Rumıniyanın “Transqaz “, Macarıstanın “MOL” şirkətləri təmsil olunub. Proqnozlara görə, NABUCCO kəməri ilə Avropaya il ərzində 30-40 milyard kubmetr qaz ixracı mümkün hesab olunur.
ELBRUS CƏFƏRLİ

Siyasət