Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
AzərTAc xəbər verir ki, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə inkişaf perspektivləri barədə məlumat verib.
Nazir bildirib ki, bu gün Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə davam etdirilir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verib. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə xüsusi diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan edib. Yaxın 10 il üçün Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) təsdiq olunub. Hazırda təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə İKT-nin geniş tətbiqi də məhz bu proqramın icrası ilə bağlı həyata keçirilən layihələrin real nəticəsidir.
Azərbaycanın ümumi sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsi olaraq İKT sahəsində görülmüş işlər nəticəsində son 5 ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini 4,4 dəfə üstələyərək, hər il üçün orta hesabla 30-35 faiz təşkil edib. Bu, İKT sektorunda inkişafa, rabitə və informasiya xidmətlərinin tərkibinin genişlənməsinə və keyfiyyətinin yüksəlməsinə səbəb olub. Sabit telekommunikasiya şəbəkəsinin inkişafı “100 ailəyə 100 telefon” layihəsi çərçivəsində reallaşır. Sahə üzrə inkişaf göstəricilərinə əsasən, 2003-2008-ci illər ərzində hər 100 nəfər əhaliyə düşən əsas telefon aparatlarının sayı artaraq təxminən 15,3 ədəd təşkil edib. Əhalinin hər 100 nəfərinə düşən mobil abunəçilərin sayı 4 dəfədən çox artaraq 63 nəfər, ATS-lərin elektronlaşma səviyyəsi təqribən 2 dəfə artaraq ölkə üzrə 81,4 faiz, o cümlədən Bakı şəhəri üzrə 85,3 faiz, respublikanın digər əraziləri üzrə isə 3 dəfə artaraq 77,3 faiz təşkil edib. Genişzolaqlı rabitə xidməti istifadəçilərinin sayı isə son iki ildə 11 dəfə artıb. Sektor üzrə əmək haqqı 3 dəfə artıb, 5 mindən çox yeni iş yeri yaradılıb, 612 yeni poçt şöbəsi tikilib. Ən ucqar yaşayış məntəqələrinin peyk texnologiyası vasitəsilə telefonlaşdırılması istiqamətində görülmüş məqsədyönlü işlər nəticəsində ötən il ölkəmizin tam telefonlaşdırılması başa çatıb.
Son illər ölkədə internetdən istifadə və bilavasitə xidmətlərin göstərilməsi səviyyəsi qat-qat yüksəlib. Respublikanın internet provayderlərinin qlobal internet şəbəkəsinə giriş-çıxış həcmi təqribən 40 dəfə artaraq, 6 Cb\s-ni ötüb və nəticədə respublikamızdan beynəlxalq internet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artıb.
Radio-televiziya yayım şəbəkəsinin inkişafı üçün də geniş imkanlar yaranıb. Cənubi Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda rəqəmli TV sistemi sınaqdan keçirilib, yayım keyfiyyətini yüksəltmək üçün Ağsu rayonu ərazisində yeni radio-televiziya yayım kompleksi istismara verilib.
Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti dünyanın aparıcı şirkətlərinin Azərbaycana böyük marağına səbəb olub. Qısa müddət ərzində respublikamızda bir sıra tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılıb, mili şirkətlər region bazarında özlərini tanıda biliblər. Bu günlərdə News Analytics beynəlxalq təşkilatının hazırladığı reytinq cədvəlində dünyanın adları çəkilən 20 ən inkişaf etmiş İKT şirkətindən 10-u Azərbaycanda fəaliyyət göstərir. Bu fakt Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud potensialın yüksək olmasının əyani sübutudur.

Siyasət