“Azad söz” təşəbbüs qrupu obyektiv izahları ilə ictimai rəyi düzgün istiqamətləndirməyi düşünür

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bəhruz Quliyev: “Azad Söz” təşəbbüs qrupu öz fəaliyyətini xalqımızın təklif olunan
Konstitusiya təkmilləşdirilməsi ilə bağlı düzgün informasiya alması istiqamətində quracaq
Müsahibimiz “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru, “Azad Söz” referendum təşəbbüs qrupunun səlahiyyətlə nümayəndələrindən biri Bəhruz Quliyevdir.
- Bəhruz müəllim, “Azad Söz” təşəbbüs qrupu hansı zərurətdən yarandı?
- Azərbaycan mediası hər zaman siyasi proseslərin önündə addımlaması və azad fikri ifadə etməsi ilə seçilib. Hətta praktikada da görünür ki, jurnalistlərin fikirləri, məsələyə münasibətləri ictimai rəyə daha tez təsir göstərir.  Azərbaycan Respublikası son 10 ildə olduqca yüksək sürətə malik inkişaf yolu keçib. Qeyd etmək yerinə düşər ki, ölkəmiz iqtisadi yüksəlişlə paralel olaraq siyasi cəhətdən inkişafında da həm region, həm də keçmiş postsovet məkanında seçilir. Təbii ki, bütün bunlar müstəqil Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğuru ilə əlaqədardır. Ölkəmiz Avropaya inteqrasiya siyasəti həyata keçirir. İnkişaf prosesinin tam şəkil alması üçün yenilikləri özündə əks etdirən, təkmilləşdirilmiş  qanunvericilik aktı mühüm amillərdən sayılır. Çünki demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının daha geniş aspektdə qorunması zərurəti ölkənin ali qanunvericilik aktına dəyişiklikləri vacib edir. Azərbaycan hakimiyyəti hər zaman vətəndaşların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Vətəndaşlarımızın da bu prosesdə yer alması, öz təkliflərini irəli sürməsi ölkədə xalq-hakimiyyət, vətəndaş birliyinin hökm sürdüyünü deməyə əsas verir. Bu gün Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər cəmiyyətin hər bir təbəqəsi tərəfindən müzakirə edilir. Hər bir vətəndaşın borcudur ki, bu prosesə öz töhfəsini versin. O baxımdan, mətbuat da martın 18-də keçirilməsi nəzərdə tutulan Konstitusiyanın bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referenduma hazırlıq prosesindən kənarda qalmaq istəmədi. Bu istək “Azad Söz” referendum təşəbbüs qrupunun yaranmasına stimul verdi. Təşəbbüs qrupuna jurnalist təşkilatları və KİV rəhbərləri, jurnalistlər daxildir. Artıq ilkin sənədlər MSK-ya təqdim olunub və imzatoplama kampaniyasına start verilib.
- Referendumla bağlı bir sıra təşəbbüs qrupları yaradılıb və hər bir təşəbbüs qrupu fəaliyyət göstərəcəyi istiqaməti müəyyənləşdirib. “Azad Söz” öz fəaliyyətini hansı aspektdə qurmağı planlaşdırır?
- Təbii ki, bütün yaradılan təşəbbüs qruplarının ilkin borcu cəmiyyəti irəli sürülən əlavə və dəyişikliklər layihəsi ilə bağlı məlumatlandırmaq, maarifləndirməkdir. “Azad Söz” təşəbbüs qrupu da öz fəaliyyətini xalqımızın təklif olunan Konstitusiya təkmilləşdirilməsi ilə bağlı düzgün informasiya alması istiqamətində quracaq. Fikrimcə, təşəbbüs qrupumuz keçirəcəyi görüşlərdə təklif olunan əlavə və dəyişikliyin hər biri ilə bağlı geniş məlumat verməyi özünə borc bilməlidir. Cəmiyyətimizə izah olunmalıdır ki, təklif olunan layihədə yer alan hər bir əlavə və dəyişiklik millətimizin, dövlətçiliyimizin, ən əsası qanunlarımızın daha da təkmilləşməsinə hüquq və azadlıqların artırılmasına, o cümlədən, sağlamlaşdırılmasına xidmət göstərir. Təşəbbüs qrupu tərəfindən seçilən 22 səlahiyyətli nümayəndə, digər qrup üzvləri qarşılarına belə bir məqsəd qoyub ki, layihədə nəzərdə tutulan hər bir maddənin vacibliyini xalqa şərh etsin. Bəzi bədxahlar bir vaxtlar 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn Konstitusiyamız haqqında yalan, iftira dolu fikirlər bildirirdilər. Bu gün onların əksəriyyəti referenduma çıxarılmış təkliflərin əleyhinədir. Zaman özü sübut edir ki, hər bir inkişaf dəyişikliyi, yeniləşməni diktə edir. Bu baxımdan, həm öz dövrünün, həm müasir həyatımızın mükəmməl sənədi kimi ərsəyə gəlmiş Konstitusiyamıza edilməsi təklif olunan əlavə və dəyişikliklər də özündə yeniləşməni, inkişafı ehtiva edir. Həmin bədxahlar bu dəyişikliklərlə bağlı heç bir hüquqi arqument səsləndirə bilmədikləri üçün şəxsi maraqlar çərçivəsində yalan siyasi bəyanat verməklə məşğuldurlar. “Azad Söz” təşəbbüs qrupu məhz bu tip şəxsi maraqlara söykənən siyasi fikirlərin əsassız olduğunu xalqa çatdıracaq. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı prosesi inkişaf etdirildikcə, hüquqi dövlətçilik modernləşdikcə və bütün sahələrin inkişafını özündə əks etdirən iqtisadi yüksəlişimiz proses halını aldıqca Konstitusiyaya yeniliklərin əlavə olunması, zamanın tələbinə uyğun şəkildə hüquq və azadlıqların genişləndirilməsi zərurətə çevrilib. Təbii ki, bütün bu yeniləşmə, dəyişiklik, təkmilləşmə ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızın hüquqi təməl prinsipləri əsasında aparılmalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiyası çox unikal bir sənəddir. Konstitusiyamız bu gün bizə Avropaya inteqrasiya etməyə, demokratiyanın və insan hüquqlarının qorunmasına nə qədər imkan verirsə,  o qədər də özündə milli əxlaq dəyərlərimizi, mentalitetimizi, adət-ənənələrimizi qoruyur. Bununla belə, gələcəkdə də ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində hər hansı bir sosial sifarişin olacağı təqdirdə fikrimcə, bu dəyişiklikləri, təkmilləşməni davam etdirmək lazımdır.
- Jurnalistlərin bu ümumxalq işində yaxından iştirak etməsi xalq - media münasibətlərinin inkişafında hansı rolu oynaya bilər?
- Mən “Azad Söz” təşəbbüs qrupunun yaranmasına jurnalistlərin siyasi proseslərə qatılması kimi baxmıram. Bu, bir ümumxalq işidir. Digər tərəfdən, bu dəyişikliklər Azərbaycanın tarixində önəmli bir hadisədir və gələcək həyatımızda mühüm rola malikdir. Ölkəsinin, millətinin taleyinə biganə qalmayan, gələcək inkişafımızı arzulayan hər bir vətəndaş bu aksiyada rol almalıdır. Müəyyən mənada, ölkədə baş verən siyasi proseslərdən kənarda qalmaq da düzgün olmaz. Çünki hər bir qurumun, təşkilatın olduğu kimi, media orqanının da öz siyasi xətti, istiqaməti var. O baxımdan, yeri gələndə, lazım olanda media orqanları da öz tövsiyəsini cəmiyyətdən əsirgəməməlidrr. Amma bir şərtlə ki, hər bir məsələyə obyektiv qiymət verilsin. Jurnalistlərin bu işdə fəallıq göstərməsi bir daha sübut edir ki, qələm sahibləri dövlət maraqlarını hər şeydən üstün tutur. Paralel olaraq, bu, həm də demokratiyanın inkişafına öz töhfəsini verir. Bu cür təşəbbüslər xalqla mətbuat arasındakı əlaqələri sıxlaşdırır. Mətbuat nümayəndələri ölkənin bir sıra ərazilərində seçicilərlə görüşlər keçirən zaman yeniliklərlə, dəyişikliklərlə yerindəcə tanış olurlar. Beləliklə, xalq - media vəhdəti ölkənin demokratikləşməsinə və inkişafına xidmət göstərir.
- Fəaliyyətinizdə digər təşəbbüs qrupları ilə əlaqələndirmə hansı səviyyədə olacaq?
- Bu gün Konstitusiyaya münasibətdə iki istiqamətli təşəbbüs qrupları yaranmaqdadır. İnanıram ki, bu mütərəqqi dəyişiklikləri dəstəkləyən təşəbbüs qrupları görüşlər zamanı obyektiv izahları ilə xalqı düzgün istiqamətləndirə biləcəklər. Şəxsi maraqlara xidmət göstərən, bir sıra hallarda müəyyən beynəlxalq güclərin sifarişi əsasında yaradılan təşəbbüs qrupları da var ki, bu insanlar fərqli münasibət sərgiləyirlər. Biz dövlətçiliyi, milləti düşünən qüvvələrlə bir yerdəyik və hər zaman insanlara həqiqəti çatdırmağı özümüzə borc bilirik. Təbii ki, dövlətçiliyin, millətin əleyhinə səslənən hər bir əsassız fikir tərəfimizdən təşviqat dövründə arqumentləşdirilmiş şəkildə cavablandırılacaq. Artıq bizim təşəbbüs qrupumuzun yerlərdə imzatoplama kampaniyası başlayıb. Fevralın 1-nə qədər bu kampaniya davam etdiriləcək. Bu işə fəallar cəlb olunub. Xalqımız bu mütərəqqi dəyişiklikləri dəstəkləyir. Həqiqətən də təkliflər sosial sifarişdir və xalqın istəyidir. İmzatoplama kampaniyası zamanı bütün bunların şahidi olmaq mümkündür. İnsanlar böyük həvəslə bu kampaniyaya dəstək verirlər.
Pərviz SADAYOĞLU

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009