Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Türkmənistan Azərbaycanla vahid elektrik enerjisi şəbəkəsinə qoşulacaq
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov SİA-ya eksklüziv müsahibə verib:
- Ölkə ərazisində xarici radiostansiyaların FM tezliklərin də bərpa olunması ilə bağlı bir sıra tələblər səsləndirilir. Bu cür fikirlərə münasibətiniz necədir?
- Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq respublikada fəaliyyət göstərən xarici radiostansiyaların FM tezliklərindəki yayımının bərpa olunmasından söz gedə bilməz. Çünki Azərbaycan qanunlarına görə, ölkədə FM tezlikləri yalnız yerli radiolara məxsus olmalıdır. Digər radioların əlavə vasitələrlə yayımına isə Azərbaycan hökuməti heç bir qadağa qoymur. Biz həmin radioların digər kanallar vasitəsi ilə yayımlanmasına etiraz etmirik. Onların öz yayımlarını digər vasitələrlə yaymağa imkanları var. Hesab edirəm ki, həmin radioların Azərbaycana məxsus FM tezliklərində yayımının dayandırılmasına dair Milli Televiziya və Radio Şurası düzgün və qanuna uyğun qərar qəbul edib. Bəzi insanların bununla əlaqədar hər hansı etiraz etməsi onların şəxsi fikirləridir. Amma onların etiraz etməyə heç bir əsasları yoxdur.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa Ermənistan ərazisindən səfər edirlər. Üstəlik də, Xankəndinə “Stepanakert” deyirlər. Bununla əlaqədar həmsədrlərə iradlar tutulurmu?
- Əlbəttə, bununla bağlı biz onlara dəfələrlə öz mövqeyimizi və fikirlərimizi bildiririk. Bilirsiniz ki, Dağlıq Qarabağ əraziləri hələlik Azərbaycanın əlində deyil. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağa Ermənistan ərazisi ilə səfər edirlər. Çünki, həmsədrlərin Dağlıq Qarabağa səfəri zamanı onların təhlükəsizliyini Ermənistan tərəfi təşkil edir. Əgər bu cür səfərlər danışıqlar aparılmasına əsaslandırılırsa, biz belə səfərlə etiraz etmirik. Lazım olanda isə, Azərbaycan tərəfi Xarici İşlər Nazirliyi səviyyəsində beynəlxalq təşkilatlara öz müvafiq bəyanatlarını çatdırır.
- Son vaxtlar Türkiyənin Ermənistanla mövqelərinin yaxınlaşması, Azərbaycan-Türkiyə münasibətlərinə hansısa təsir göstəribmi?
- Biz burada ciddi anlaşılmazlıq görmürük. Çünki, Türkiyə dövləti çalışır ki, Azərbaycanın problemləri tezliklə həll edilsin. Eyni zamanda, Türkiyə hökuməti hər dəfə bəyan edir ki, Azərbaycanın işğal olunan əraziləri geri qaytarılmadığı təqdirdə, Türkiyə heç zaman Ermənistanla diplomatik və rəsmi münasibətlər qurmayacaq. Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu sübut etməyə çalışır.
- Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələyə münasibətiniz necədir, bu fakt iki ölkə arasındakı münasibətlərə hansı təsir gəstərə bilər?
- Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistana silah satması ilə bağlı Bəyanat yayıb. Rusiya tərəfi isə, həmin məlumatı təkzib edib. Hazırda da Azərbaycan tərəfi sözügedən məlumatı ciddi şəkildə araşdırır. Əgər həmin məlumat təsdiq olunarsa, bu Rusiya ilə Azərbaycanın bölgədəki münasibətlərinə çox pis təsir göstərəcək. O cümlədən də, Rusiya ilə Azərbaycan dövlətləri arasında imzalanan sənədlərin etibarlılığına mənfi təsir göstərəcək. Bundan əlavə, Rusiya BMT Təhlükəsizlik Şurasına üzv dövlət ola-ola 4 Qətnaməninin tələblərini açıq-aşkar pozmuş olacaq. Əgər Rusiyanın Ermənistana silah satması tam təsdiq olunarsa, o zaman Rusiya ilə Azərbaycan arasında partnyorluq münasibətləri kölgə altına düşəcək. Biz arzu edirik ki, bütün bu kimi amillər baş verməsin, yoxsa Azərbaycan və Rusiyanın bölgədəki mövqeyində ciddi dəyişikliklər ola bilər. Çünki, bütün bu kimi faktlar təsdiq olunarsa, o zaman Rusiya böyük məsuliyyət daşıyacaq. Güman olunur ki, həmin silahlar Ermənistana Rusiya tərəfindən havayı verilib. Bu isə regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərdən biri Rusiyadır, o zaman bu dövlətə inam heç olur.
- Fevralın 17-də Konstitusiyada əlavə və dəyişikliklərlə bağlı təşviqat kampaniyasına start veriləcək. Buna hazırlıq işlərini necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, ötən ilin sonlarında Milli Məclis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı qərar qəbul olunub. Həmin qərara görə, Azərbaycan Konstitusiyasında mövcud olan 29 maddədə 41 düzəliş və əlavələr olunması göstərilib. Ümumilikdə götürsək bu düzəlişləri bir neçə istiqamətlərə ayırmaq olar. Burada bəzi düzəlişlər var ki, texniki, bəzi düzəlişlər insan hüquq və azadlıqlarının qorunmasını daha da genişləndirmək xarakteri daşıyır. Bir sıra düzəlişlər isə dövlət idarəçiliyi ilə əlaqədardır. Təşviqat-təbliğat kampaniyası fevralın 17-dən mart ayının 17-ə kimi davam edəcək.
- Ötən il “Mətbuata Yardım Fondu”nun yaradılması ilə əlaqədar Mətbuat Şurası tərəfindən Prezidentin İcra Aparatına müraciət göndərilib. Bununla əlaqədar hansı işlər görülür?
- “Mətbuata Yardım Fondu”nun yaradılması ilə əlaqədar Mətbuat Şurası tərəfindən Prezidentin İcra Aparatına göndərilən müraciətlə əlaqədar bir neçə təkliflər mövcuddur. Hazırda təkliflər yoxlanılaraq dəyərləndirilir. Düşünürəm ki, yaxın zamanda belə bir qurumun yaradılması haqqında müvafiq qərar qəbul olunacaq.

Siyasət