Elşən Əliyev: Erməni diasporundan 100 il sonra formalaşmağa başlasaq da uduzmağa haqqımız yoxdur

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanın iqtisadi-siyasi baxımdan güclənməsi xaricdəki diaspor təşkilatlarımızın işinə də müsbət təsirini göstərib. Azərbaycan bu gün bütün dünyada yetərincə təbliğ olunur. Artıq dünya ölkələrinin əksəriyyətində Ümummilli liderimiz Heydər Əliyevin xatirə-muzeyləri açılır, 20 Yanvar və Xocalı faciələri qeyd olunur.
Qonağımız Elşən Əliyevin rəhbərlik etdiyi “Bulaq” Mədəniyyət Mərkəzi diaspora təşkilatları içərisində öz fəallığı ilə seçilir.
Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən mərkəzin sədri eyni zamanda qubernatorun yanında Milli Məsələlər üzrə komissiyanın üzvüdür. Miqrasiya Masasında da təmsil olunur və bu qurumun sədr müavinidir. “Artıq 10 ilə yaxındır Ryazanda Azərbaycanın “Bulaq” Mədəniyyət Mərkəzi yaratmışıq və təşkilat rəsmi olaraq qeydiyyatdan keçib. 2000-ci ildə səfirlikdə Ümummilli liderimiz Heydər Əliyevlə görüşəndə o, çox gözəl bir söz dedi: “Azərbaycan diasporu ölkəmizin xaricdə uçan qanadlarıdır”. Bu bizə verilən ən böyük stimul, mənəvi dəstək idi”.
- Bu gün ərazilərimiz işğal altındadır, Qarabağ kimi problem yaşayırıq. Diaspora rəhbəri kimi həqiqətlərimizin təbliğ olunması yönümündə hansı işlər görülür?
- Mən bir azərbaycanlı kimi düşünürəm ki, bizim Qarabağ adlı problemimiz yoxdur, Qarabağın ermənilər tərəfindən işğalı var. Biz həqiqətlərin dünyada olduğu kimi qəbul olunmasını istəyiriksə, ilk olaraq tariximizi, mədəniyyətimizi tanıtdırmalıyıq. Ona görə də, fəaliyyət planımızda ilk olaraq Azərbaycan xalqının tanıdılması önəmli yer tutur. Bunun üçün müxtəlif layihələr həyata keçriririk. Rusiyanın ən böyük akademiyalarından biri olan Qanun və İdarəetmə Akademiyasında azərbaycanlı tələbələrin təhsil alması üçün lazımi işlər həyata keçirilib. Hazırda orada 70 nəfər soydaşımız təhsil alır.
Azərbaycan Mədəniyyət Mərkəzi olaraq 16 min müəllim və tələbəsi olan bu akademiyada ulu öndərimiz Heydər Əliyevin adını daşıyan muzeyin, eyni zamanda, Ryazanda onun büstünün açılışına nail olduq. Mərkəzin təşəbbüsü ilə Ryazan Ticarət və Sənaye Palatası ilə müqavilə imzalandı. Eyni zamanda, Bakı Slavyan Universiteti ilə Ryazanda Sergey Yesenin adına universitet arasında əlaqələr yaratdıq. Bu gün Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşmaq haqqında sənədlər üzərində işləyirik. Ryazanda Rusiyanın bütün dövlət bayramlarında Azərbaycanın milli mətbəxinin tanıdılması istiqamətində də müəyyən işlər görürük. Məsələn, 2004-cü ildə Praqada insan hüquqlarına dair konfrans keçirilirdi və biz də Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu kimi təmsil olunurduq. Kofe-breklər zamanı biz iştirakçıları Azərbaycan milli mətbəxinə məxsus şirniyyatlara qonaq etdik. Hamısı heyrətlənmişdi, sonralar konfrans iştirakçılarından kiminləsə qarşılaşanda Azərbaycanı xatırlayırdılar.
Bundan başqa, Ryazan qubernatoruna məxsus telekanalın nümayəndələrini Azərbaycana gətirdik və bir çox məsələləri onlar öz gözləri ilə gördülər. Hətta onları Qubada yerləşən kütləvi məzarlığına da apardıq və oradan çəkilişləri televiziyada yayımladılar.
Tez-tez Rusiyadan yüksək rütbəli qonaqlarımız olur. Onları İvanovka kəndinə qonaq aparırıq. Qonaqları ən çox heyrətləndirən isə Sergey Yeseninin ev muzeyi olur. Bilirsiniz ki, Ryazan şairin vətənidir və onlar Yeseninlə fəxr edirlər.
Yəni böyük işlərdən tutmuş, kiçik detalara qədər fəaliyyətimiz ölkəmizin təbliğinə, Azərbaycanın tanıdılmasına yönəldilib. Eşidirəm, bəzən deyirlər biz erməni diasporasından 100 il sonra formalaşmağa başlamışıq. Mən isə düşünürəm ki, istənilən halda bizim bu müharibəni uduzmağa haqqımız yoxdur.
- Gəlin etiraf edək ki, bizim erməni təbliğatını puça çıxartmaq cəhdlərimiz həmişə faydalı olmur.
- Azərbaycan və erməni diasporu arasındakı mübarizə ağıl və ideya mübarizəsidir. Bu aydındır ki, XXI əsrdə başqa ölkənin ərazisində apardığımız mübarizənin başqa yolu da yoxdur. Yəni bütün milli azlıqlar kimi biz də, ermənilər də Miqrasiya şurasında təmsil olunur, fəaliyyət planımızı hamılıqla müzakirə edirik. Amma sizə kiçik bir epizod danışmaq istəyirəm. Nəticəni özünüz çıxarın. Ryazan şəhərində hər il diasporların musiqi festivalı keçirilir. Orada işləyən azərbaycanlılar arasında çox gözəl sintizator çalan soydaşımız bu festivalda bizi təmsil edirdi. Ermənilər isə xalq rəqsləri ifa edən bir dəstə qızla gəlmişdilər. Baxırıq ki, hamısı rus rəqqasələridi, saçlarını qara boyayıb, bir erməni rəqsi də öyrədib gətiriblər. Biz nə etsək də bunu festivalın təşkilatçılarına sübut edə bilməyəcəkdik. Azərbaycan musiqi nömrəsindən sonra aparıcı erməni xalq rəqsi “Uzundərə” deyə elan etdi. Qızlar səhnəyə çıxıb hazır dayandılar. Amma musiqi səslənmədi. Məlum oldu ki, “Uzundərə” yazılan disk yaxşı işləmir. Münsiflər heyəti təklif etdi ki, qrup başqa bir erməni rəqsi ifa eləsin. Təsəvvür edirsiniz yaranmış vəziyyəti. “Azərbaycan təranələrini” ifa edən musiqiçi isə festivalın qalibi oldu.
Ötən il Fransadan erməni tütəkçalan Ryazana qastrola gəlmişdi. Şəhərdə elə böyük təbliğat gedirdi, bütün binalar onun afişalarına bürünmüşdü. Aydın idi ki, Azərbaycan mahnıları da, tütək də ermənilərin milli-mənəvi sərvəti kimi təqdim ediləcəkdi. Ryazanda beş televiziya fəaliyyət göstərir. Bir günün içində hamısının rəhbərləri ilə görüşdük və konsert günü şəhərdə himayəsiz və kimsəsizlərə xeyriyyə aksiyası keçirəcəyimizi söylədik. Konsert günü bütün televiziyalar xeyriyyə aksiyasını işıqlandırdı, xəbərlər göstərdi. Düşünürəm ki, bununla da tütəyin erməni müsiqi aləti kimi təbliğ edilməsinin qarşısını aldıq.
Ryazanın mərkəzi parkında erməni və rus dostluğunu əks etdirən nəhəng xaç abidəsi qoyulmuşdu. Layihə başa çatmaq üzrə idi. Açılışa bir həftə qalmış qubernator əraziyə baş çəkməyə çıxmışdı. Azərbaycanı sevən, xalqımızla yaxından maraqlanan yerli sakinlər piket keçirib abidənin parkdan götürülməsini tələb etdilər. Ertəsi gün abidə söküldü.
- Günün tələbləri sırasında artıq yaşadığınız ölkələrin ictimai-siyasi həyatında da aktivlik göstərmək önəmli yer tutur.
- Ryazan vilayətində istər rəsmi orqanların, iəsrsə də əhalinin soydaşlarımıza qarşı münasibətləri çox gözəldi. Bir faktı nəzərinizə çatdırım ki, hələ indiyə qədər bu şəhərdən bir azərbaycanlı deportasyia olunmayıb. Ziyalılar arasında həmyerlilərimiz var. İş adamı Yaşar Əliyev və Səxavət Baxşıyev yerli məclisin deputatlarıdı. Onlar eyni zamanda, Azərbaycan diasporunun fəaliyyətinə, xalqımızla bağlı həqiqətlərin təbliğ olunmasına, müxtəlif layihələrin həyata keçirilməsinə yaxından kömək edirlər. 10 illik yubileyini qeyd edən təşkilatımız bu günə kimi çox işlər görüb. Bunların arasında ən önəmlisi Ryazan vilayətində soydaşlarımızın təşkilatlanaraq ictimai-siyasi proseslərə vahid mövqedən qoşulması olub.
- Bu il üçün hansı yeni tədbirlər nəzərdə tutmusunuz?
- Ötən il diaspor təşkilatlarının təşəbbüsü ilə keçirdiyimiz “Qızıl nərd” yarışlarının miqyasını daha da genişləndirəcəyik. Bu yarışlar Azərbaycanın bayrağı altında keçirilir və qaliblərə 50 və 10 qramlıq qızıl zərlər təqdim olunur. Vilayət sakinləri hər gün bu yarış haqqında eşidir, bu oyunun qaydaları ilə maraqlanır. Mənə elə gəlir ki, bu cür kütləvi tədbirlər Azərbaycanın təbliğ olunmasında ən gözəl vasitədir. Ona görə də bu il kütləvi tədbirlərimizi daha çox Ryazanın küçələrində qeyd etmək fikrindəyik. Necə ki, Azərbaycanda Novruz bayramı küçələrədə tonqal qalamaqla, masalar bəzədilməklə qeyd olunur, eləcə də, orada bu bayramı rus cəmiyyətini cəlb etməklə keçirəcəyik.
Yeni bir layihəmizə əsasən kimsəsizlər evində yaşayan uşaqlardan dəstələr yaradacağıq. Və hər azərbaycanlı ailəsində bir uşaq dincəlmək şərti ilə onların Azərbaycana səfərlərini təşkil edəcəyik.
K.HAQVERDİYEVA


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009