Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Ərdoğandan aravuranlara sərt cavab
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
Səyavuş Novruzov: “Rəqiblərimiz” deyilənlər bizdən çox geridə qalır, o dərəcədə geridə ki, biz artıq onları rəqib hesab etmirik
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili, “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Səyavuş Novruzov Lent.az-a müsahibə verib:
- “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınana qədərki fəaliyyəti əsasən nədən ibarət olub?
- Qanunvericiliyin tələblərinə uyğun olaraq referendumla bağlı fəaliyyət proqramımız var. Həmin fəaliyyət planına uyğun olaraq yerlərdə, bölgələrdə referendum üzrə seçki qərargahlarımız formalaşıb. Bu seçki qərargahları 83 rayonda fəaliyyət göstərir. Hər bir seçki qərargahında təbliğat-təşviqat işlərilə məşğul olacaq adamlar da hazırlanıb. Biz imza vərəqələrini qısa müddət - 3 gün ərzində toplayaraq MSK-ya təqdim etmişik. İmza vərəqələrini toplamaq prosesində 1000-ə yaxın şəxs iştirak edib. Onların hər birinə əvvəlcədən treninqlər keçmişdik, onları hazırlamışdıq və bu sahə üzrə mütəxəssis idilər. Hər imza vərəqəsinə 1 nəfər təhkim olunmuşdu. Xatırladım ki, hər imza vərəqəsində 50 imza var.
- Bəs “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupu qeydiyyata alındığı dövrdən - bu gündən təbliğat-təşviqat başlayana qədər əsasən hansı fəaliyyətlə məşğul olacaq?
- Artıq MSK tərəfindən qeydiyyata alındıq. Biz təşəbbüs qrupunun toplantısını keçirəcəyik, vəkillərin qeydə alınması ilə məşğul olacağıq. Həmçinin bir sıra rayon və şəhərlərdə olan dairələr və məntəqələr üzrə məşvərətçi səs hüquqlu üzvlərin, o cümlədən müşahidəçilərin təyin olunmasını həyata keçirəcəyik. Bundan başqa, təbliğat-təşviqat başlayana qədər seçki qərargahlarımızın üzvləri və təbliğatçılara treninq kurslar keçirəcəyik, onların maarifləndirilməsilə məşğul olacağıq. Təbliğat-təşviqatla bağlı artıq bizim müəyyən hazırlıq işlərimiz gedir, müəyyən materiallar hazırlayırıq.
- Qarşıdan gələn referendumda Sizin rəqibləriniz də var. Onlar YAP-ın Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklərin əleyhinə çıxır...
- Biz onları qətiyyən rəqib saymırıq. Bilirsiz, seçki elə bir prosesdir ki, gərək daim bu işdə iştirak edəsən. Bir partiya əgər bu prosesin birində iştirak etmirsə, o həm öz elektoratını itirir, həm də seçki praktikasından geri qalır. Seçki praktikası elədir ki, günü-gündən yeniləşir. Məsələn, Amerikanın seçki praktikasına müraciət edəndə görürük ki, həmin ölkədə seçki indiyədək başqa cür keçirilib, yeni seçki tamam başqa formada gerçəkləşdirildi. Yəni, hər mərhələ əslində təkmilləşdirmə mərhələsidir. Əgər partiya bu seçkilərin birində iştirak etmirsə, deməli bu təkmilləşdirmədən geridə qalır. Bu baxımdan, “rəqiblərimiz” deyilənlər bizdən çox geridə qalır, o dərəcədə geridə ki, biz artıq onları rəqib hesab etmirik. Ona görə ki, onların həm seçki təcrübəsi, həm potensialı çox-çox geridədir. Avropada seçkinin 3 əsas şərti var: zaman, maliyyə vəsaiti və sosial baza. Əgər Avropa psixologiyası ilə yanaşsaq, həmin partiyalar bu 3 şərtin heç birində Yeni Azərbaycan Partiyası ilə ayaqlaşa bilməzlər. Ona görə də biz onları rəqib hesab etmirik.
- Bəzi rayonlarda imzatoplama kampaniyasına süni əngəllər törədilməsilə bağlı iddialar var. Bu barədə nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyasının 83 rayon, şəhər təşkilatı var. Ən kiçik təşkilatımız Xocalı rayon təşkilatıdır, onun da 500 üzvü var. Böyük təşkilatlarda isə 23 min, 25 min üzvümüz var. Başqa sözlə, bizim Azərbaycanın bütün yerlərindən məlumatımız olur. Ona görə də bilirəm ki, deyilənlərin hamısı bəhanədir. Bəhanə ondan ibarətdir ki, imza toplamaq üçün struktur, işləyən insanlar lazımdır. Vətəndaşların, əhalinin onlara gərək dəstəyi olsun ki, imzalarını da versinlər. Bu gün belə bir dəstək olmadığından yerlərdə imza toplaya bilmirlər. Əksinə, yerlərdə aparıb imza vərəqələrini dairə seçki komissiyalarına təhvil veriblər. Bizdə bu barədə dəqiq məlumatlar var. Aparıb təhvil verərək imza toplamaqdan imtina etdiklərini deyirlər. Başqa söz tapmadıqlarından bəhanə kimi deyirlər ki, guya polis birini tutdu, cibinə narkotik maddə qoydu, o birisinə neylədi və sair. Bunlar hamısı bəhanədir, yalan söhbətlərdir. 11-dən artıq təşəbbüs qrupu var. Onların hamısı yerlərdə imza toplayır. Həmin təşəbbüs qruplarını yerlərdə bir-birindən ayırmaq mümkün deyil ki, bu, kimin qrupudur. Nə oldu, başqalarında problem yaranmadı - hansı ki, jurnalistlərin, QHT-lərin təşəbbüs qrupu da var - bircə onlarda yarandı. Bu, onların imza toplamamaq üçün bəhanəsidir. Vaxtilə Sosial Demokrat Partiyası parlament seçkilərinin birində bəyanatla çıxış etdi ki, bəs biz topladığımız imzaları gəlib seyfdən oğurlayıblar. Aydındır ki, həmin imzalar olmamışdı. İndiki də danışdığım məsələnin başqa bir formasıdır.
- Sizin dəstəklədiyiniz dəyişiklikləri “Yeni Azərbaycan”dan başqa, daha neçə təşəbbüs qrupu dəstəkləyəcək?
- Ayrı-ayrı strukturların, ayrı-ayrı sahələrin nümayəndələri - ziyalılar, gənclər, mətbuat işçiləri və s. Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləmək üçün təşəbbüs qrupları yaradıblar. Onlardan eləsi var dəyişikliyin lehinə, eləsi də var ki, əleyhinə yaradıb. Elə təşəbbüs qrupu da var ki, 29 maddəyə təklif olunan 41 dəyişikliyin bəzisi onu qane edir, bəzisi qane etmir. Hələ ki, “Yeni Azərbaycan” təşəbbüs qrupu ilə birləşmək, yaxud birlikdə təbliğat-təşviqat kampaniyası aparmaqla bağlı danışıqlar yoxdur. Bunu gələcək göstərəcək.

Siyasət