Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Heydər Əliyev muzey və mərkəzlərinin işinin təşkili və fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş respublika seminar-müşavirəsi keçirib. Seminar-müşavirəni giriş sözü ilə Azərbaycan Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev açaraq müzakirə olunan mövzu ilə əlaqədar geniş məruzə edib.
Qeyd edilib ki, hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş fondlar, müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər yaradır. Bu insanların həyatı və fəaliyyəti ilə bağlı nə varsa ehtiramla tədqiq edilərək, mənəvi dəyərlər kimi qorunub saxlanılır və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində istifadə edilir. Xalqımızın taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən biri də məhz Heydər Əliyevdir. Onun müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs üçün nümunədir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı Ümummilli lider Heydər Əliyevin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədə nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev muzey-mərkəzlərinin yaradılmasıdır. Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Fondu bu gün onu uğurla həyata keçirir. İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, milli mədəniyyətimizin təbliği, ekoloji mühitin təmizliyi, sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və digər sahələrdə ardıcıl layihələr həyata keçirməklə, Fond ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır və inkişaf etdirir. Fondda yaradılmış Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən nəfis ekspozisiya onu seyr edən hər kəsin qəlbində yüksək iz qoyur. Ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Fond nəinki respublikamızda, hətta xaricdə nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinə görə bir çox nüfuzlu beynəlxalq təşkilatların fəxri adlarına və mükafatlarına layiq görülüb.
Zeynal Nağdəliyev daha sonra deyib ki, Heydər Əliyev Fondu bu gün respublikamızda fəaliyyət göstərən Heydər Əliyev muzey və mərkəzləri üçün işin düzgün qurulmasında bir nümunədir. Fondun təcrübəsi əsas götürülərək hər bir şəhər və rayonda bu işlər yüksək səviyyədə böyük həvəslə təşkil edilir. Fond tərəfindən göstərilən qayğının nəticəsidir ki, son illər Bakıda, həmçinin respublikamızın şəhər və rayonlarında 51 Heydər Əliyev muzeyi və mərkəzi yaradılmış, 3 muzey istifadəyə verilmək ərəfəsindədir, daha 3 muzeyin tikintisi isə başa çatmaq üzrədir. Yeni muzeylərin yaradılması prosesi davam edir. Ağstafadakı möhtəşəm Heydər Əliyev mərkəzi, Qazaxdakı Heydər Əliyev elm mərkəzi, Yevlax, Lənkəran, Şəmkir, İsmayıllı, Qax və Zaqatala şəhərlərində yerəşən Heydər Əliyev muzeyləri, bu yaxınlarda Bakının Yasamal rayonunda açılışı olmuş Heydər Əliyev muzey-məktəbi mövcud olduqları qısa müddət ərzində əhalinin böyük ehtiramla ziyarət etdiyi mədəniyyət, elm və maarif mərkəzlərinə çevrilib.
Müşavirədən sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın tanınmış 5 rəssamının əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Rəssamların hərəsi bir əsərini mərkəzə hədiyyə edib.

Siyasət