Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
Azərbaycan Diplomatik Akademiyasının binasının inşasına başlanıb. APA-nın məlumatına görə, bunu akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Diplomatik Akademiya 40 hektar ərazisi olan Dədə Qorqud parkının 3 hektarlıq sahəsində inşa edilir. Dünya standartlarına cavab verəcək akademiya şəhərciyi tədris mərkəzi, kitabxana, tələbə mərkəzi, pedaqoji heyət və tələbələr üçün yaşayış binalarından, müxtəlif idman və istirahət guşələrindən ibarət olacaq. Tikintinin 2011-ci ildə tamamlanacağını söyləyən H.Paşayev Diplomatik Akademiyanın fəaliyyət göstərdiyi 2 il ərzində gördüyü işlər və gələcək planları barədə də danışıb. Diplomatik Akademiyanın beynəlxalq münasibətlər institutu olduğunu, burada diplomatlar və dövlət qurumlarının əməkdaşları üçün akademik proqramlar üzrə kurslar keçirildiyini vurğulayan rektor hazırda magistraturaya sənədlərin qəbuluna başladıqlarını, tədrisin bu ilin sentyabrında başlayacağını açıqlayıb. Bu il magistraturaya 25 nəfərin qəbulu nəzərdə tutulur, gələcəkdə isə bu rəqəm 120-yə çatacaq və onların 25 faizini xarici tələbələr təşkil edəcək. Təhsil yalnız ingilis dilində aparılacaq, illik təhsil haqqı 4750 manat olacaq. H.Paşayev əlavə edib ki, akademiyaya qəbul olunmuş qabiliyyətli gənclərin maddi cəhətdən sıxıntısı olarsa, onlara güzəşt ediləcək. Rektor “Dədə Qorqud” və “Heydər Əliyev” stipendiyalarının təsis edildiyini, akademiyanın davamlı inkişafı təmin edən maliyyə fondunun olacağını, bu fonda şirkətlərdən, xeyriyyə təşkilatlarından, xarici fondlardan vəsait köçürüləcəyini bildirib. H.Paşayev bu məqsədlə Qatar, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində görüşlər keçirib. O, məqsədlərinin Azərbaycanda yeni tipli məktəb yaratmaq olduğunu, Azərbaycan Diplomatik Akademiyasını Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu və ondan daha səviyyəli bir təhsil ocağı kimi görmək istədiklərini bəyan edib.






Siyasət


