Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
YAP Gənclər Birliyinin üzvləri Qırğızıstan gəncləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının qərargahında YAP Gənclər Birliyi ilə Qırğızıstandan gələn müxtəlif siyasi partiya və ictimai təşkilatları təmsil edən gənclərdən ibarət nümayəndə heyətinin görüşü keçirilib. YAP-ın yaranması və inkişaf tarixi ilə bağlı qonaqlara məlumat verən partiyanın Gənclər Birliyinin sədri Ramil Həsənov bu görüşün gələcək əməkdaşlıq üçün əhəmiyyətli olduğunu bildirib: “1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Çox qısa zamanda YAP ölkənin iqtidar partiyasına çevrildi. İllər keçdikcə partiya inkişaf etdi, genişləndi. Bu gün 500 min üzvü olan YAP nəinki ölkədə, hətta regionda ən böyük və nüfuzlu siyasi təşkilatdır. Partiyanın Gənclər Birliyinin isə 180 min üzvü var”.
R.Həsənov, həmçinin, Gənclər Birliyinin fəaliyyətindən danışaraq təşkilatın ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiyini vurğulayıb. “YAP Gənclər Birliyi 1995-ci ildə yaranıb. Təşkilatın ilk sədri isə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov olub. Bu gün Gənclər Birliyi 1 sədr, 4 müavin, 11 departament, 6 koordinasiya mərkəzi və regionlardakı təşkilatlardan ibarətdir” deyə YAP Gənclər Birliyinin sədri qeyd edib. Onun sözlərinə görə, təşkilat indiyə kimi bir çox layihələr, tədbirlər həyata keçirib. Həmçinin, 2 ilə yaxındır ki, “Yeni Azərbaycan Gəncləri” qəzeti nəşr edilir və bu mətbu orqan gənclər üçün açıq tribunadır.
Qırğızıstanın iqtidarda olan “Ağ Yol” Partiyası Gənclər Birliyinin sədr müavini Çingiz Abdimomulov isə Azərbaycana səfərdən və keçirdikləri görüşlərdən məmnun olduğunu bildirib. Onun fikrincə, belə görüşlər gənclər arasındakı əlaqələrin daha da yaxşılaşmasına xidmət edir. Qonaq çıxışında YAP Gənclər Birliyinin təcrübəsindən yararlanacaqlarını deyib. Görüşdə gənclər arasında seçki, diaspor fəaliyyəti və s. mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı Ofisinin dəvəti ilə Azərbaycanda səfərdə olan Qırğızıstan gəncləri ölkəmizdə fəaliyyət göstərən bir sıra gənclər təşkilatları ilə də görüşlər keçirəcək.
N.BAYRAMLI

Siyasət