Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət və qayğısını hiss edir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Fuad Muradov: Fəaliyyətinin bir hissəsini Azərbaycan dövlətçiliyinin inamlı və parlaq gələcəyi sayılan gənclərə həsr edən Prezident İlham Əliyev dövləti tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir
MM-in deputatı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, qarşıdan Azərbaycan gəncləri üçün əlamətdar hadisə olan 2 Fevral-Gənclər Günü gəlir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısının tərənnümü olan bu gün hər il ölkədə yüksək səviyyədə qeyd edilir. Ümumiyyətlə, əsası ulu öndərimz tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Əlbəttə, dövlətimizin gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bilirsiniz ki, sovetlər ittifaqı dağılan ərəfədə və müstəqilliyimizin ilk illərində respublikada bütün sahələrdə olduğu kimi gənclərlə də iş yox səviyyəsində idi. Dövlətin diqqətindən kənarda qalan gənclər ölkəni ya tərk edir, ya da zərərli vərdişlərə qurşanırdılar. 1993-cü ildə ulu öndərimiz hakimiyyətə gələndən sonra artıq dövlət səviyyəsində gənclər siyasəti həyata keçirilməyə başlandı.
Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi olaraq Azərbaycan gənclərinin inkişafı mərhələsi başladı və müxtəlif gənclər təşkilatları yarandı. Həmçinin, 1994-cü ildə Gənclər və İdman Nazirliyi də təsis olundu.
Xüsusilə qeyd etmək istəyirəm ki, hər zaman fəaliyyətinin bir hissəsini Azərbaycan dövlətçiliyinin inamlı və parlaq gələcəyi sayılan gənclərə həsr edən Prezident İlham Əliyev dövləti tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Ümummilli liderin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümidvaram ki, ölkə gəncləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan diqqət və qayğı Azərbaycan gəncliyinin cəmiyyətin həyatında tutduğu mövqeyin daha da möhkəmləndirilməsinə mühim təkan verməklə yanaşı əbədi müstəqillik, milli mənafe, bərabərhüquqlu sivil cəmiyyət kimi sağlam əqidə ətrafında birləşən gənclərimizin həyatında yeni səhifə açmaqdadır. Görülən işlər onu deməyə əsas verir ki, dövlətin gənclər siyasəti geniş bir sahəni əhatə edir.
- Parlament tərəfindən gənclərin cəmiyyətimizdə rolunun artırılması, onların təhsil almaq, işləmək, sosial pproblemlərinin həll edilməsi istiqamətində qanunlar qəbul edilib. Sizcə, bu qanunvericilik aktları qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərlidirmi?
- Doğrudur, Milli Məclis “Dövlət gənclər siyasəti haqqında” qanun qəbul edib və bu qanun gənclərin hüquqlarını kifayət qədər qoruyur. Eləcə də, digər qanunlarda da müvafiq olaraq gənclərlə əlaqədar müddəalar öz əksini tapıb. Milli Məclisdə təmsil olunan gənc millət vəkilləri də vaxtaşırı olaraq bu qanunların təkmilləşdirilməsi üçün öz təkliflərini verir. Məsələn, bizim təklifimiz əsasında qanunvericiliyə belə bir müddəa əlavə edildi ki, əgər gənc işləyirsə və hərbi xidmətə yollanarsa, xidməti borcunu yerinə yetirəndən sonra öz işinə bərpa olunmalıdır. Ümumiyyətlə, dövlətimiz hər zaman çalışır ki, ölkəmizin gələcəyi olan gənclər barədə düşünülmüş addımlar atılsın.
- Azərbaycanda xeyli sayda gənclər təşkilatları fəaliyyət göstərir. Necə hesab edirsiniz, bu təşkilatlar müstəqil dövlətimizin inkişafına, möhkəmlənməsinə öz töhfələrini verə bilirlərmi?
- 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu üzv, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi Sosial Şurasına müşahidəçi seçilib. Həqiqətən bu məqamlar müstəqil Azərbaycan gəncliyinin formalaşma və inkişaf mərhələsində kuliminasiya nöqtələri hesab olunar. Ümummilli liderimizin “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” cümləsi istedadlı və geniş potensiala sahib gənclərimiz üçün bir növ çağırış rolu oynadı. Bu fikir o zamanlar indi olduğu kimi ölkə gəncləri qarşısında geniş üfüqlər açdı, həyatda öz təsdiqini tapdı. Gənclər Milli Məclisin üzvü, nazir müavini və digər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər. Rəhbərlik etdiyim Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası hazırda öz ətrafında 80-ə yaxın gənclər təşkilatını birləşdirir. Təşkilatlar öz fəaliyyətlərində ali məqsəd kimi dövlətimizin inkişafında rol oynamaq, ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olmağı əsas götürürlər. Gəncəlrimiz həmçinin, xarici ölkələrdə Azərbaycanın təbliğatının aparılması ilə məşğul olur.
Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycan gəncləri öz intellektual səviyyələri ilə digər inkişaf etmiş ölkələrlə rəqabətə girir və tam məsuliyyətlə deyirəm ki, ölkəmizdə gənclərin intellektual bazası bir sıra öncül ölkələrlə bərabər səviyyədədir. Bu gün biz bunu görürük. İstər kütləvi informasiya vasitələrində işləyən, istərsə də dövlət qurumlarında çalışan gənclər, istər parlamentdə təmsil olunan, istərsə də beynəlxalq qurumlarda ölkəmizi təbliğ edən gənclər təbii ki, dövlətin qayğısını öz üzərlərində daim hiss edirlər və onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Bu yöndə Azərbaycanda mövcud olan gənclər təşkilatları dövlətimizə köməklik məqsədi ilə müxtəlif sosial-siyasi-iqtisadi layihələr həyata keçirirlər.
- Azərbaycan Prezidentinin 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı gəncliyə göstərilən diqqətin daha bir parlaq təzahürüdür...
- Ölkə Prezidentinin sərəncamı ilə bu proqram əsasında 5000 gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alacaqdır. Mən deyərdim ki, bu, çox faydalı bir proqramdır. Bunun müsbət nəticələrini biz gələcəkdə görəcəyik. Avropada təhsil alan gənc təbii ki, ölkəsinə qayıdacaq və orda qazandığı bilikləri ölkəmizin inkişafı naminə sərf edəcək. Bütün bunlar təbii ki, Azərbaycanın prioritetlərinin göstəricisidir. Etiraf etməliyik ki, bəzi sahələrdə boşluqlar var. Ona görə də, bizə xaricdə təhsil almış gənclərimiz gərəkdir ki, qayıtdıqdan sonra bu boşluqları doldursunlar. Bizim çalışdığımız odur ki, Azərbaycan gənci hər zaman dövlət qayğısını hiss etsin. Buraya həmçinin, gənclərin asudə vaxtlarının səmərəli təşkili və yeni iş yerlərinin açılması məsələsi də daxildir. Təbii ki, ən vacib məsələlərdən biri də odur ki, Azərbaycan gənci dünyada baş verən qlobal məsələlərdən də kənar qalmasın.
- Bu gün Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsində gənclərimizin mövqeyi qənaətbəxş sayıla bilərmi?
- İlk növbədə qeyd etmək istərdim ki, erməni faşistlərinin törətdiyi bəşəri miqyaslı cinayətlər və soyqırımlar əfsuslar olsun ki, dünya ictimaiyyəti tərəfindən hələ də tanınmayıb. Düşüncəli, vətənpərvər, xalqını və torpağını sevən Azərbaycan gəncliyi də bu faktı anlayır və təbii ki, bu vəhşət dolu cinayətlərin beynəlxalq ,siyasi-hüquqi arenada qiymətsiz qalmasına təəssüflənir. Təəssüf hissi etiraz hissini ucaltmaq istəyi doğurur. Müxtəlif ölkələrdə təhsil alan gənclərimizin bəzən yerli diaspora təşkilatlarıyla, bəzən isi fərd və kiçik bir qrup olaraq səslərini ucaltmaq cəhdlərini müşahidə etmişəm. Rəsmi və qeyri rəsmi qaynaqlardan əldı olunan şəkil və yazı materiallarının kütləvi yayımı, yerli radiolarda soyqırım və işğal günlərində gənc tələbələrimizin etdiyi çıxışlar ilk baxışda dəryada bir damla kimi görünə bilər. Amma bunlar dünya ictimaiyyətinin gözündə mövqelırimizi möhkəmlədəcək, alqışa layiq və bizi zəfərə götürəcək addımlardır. Qarabağ dəhşəti unudulmamalıdır. Bu baxımdan xüsusilə təhsil ocaqlarında işğal günlərinin, soyqırlm tarixlərinin yüksək səviyyədə qeyd olunmasını, Şəhidlər Xiyabanına, Fəxri Xiyabana ziyarətləri, ölkəmizin tarixi abidələrinə, muzeylərə ekskursiyaları, Qarabağ müharibəsi iştirakçıları ilə mütəmadi olaraq görüşlərın təşkilini məqsədəuyğun hesab edirəm.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009