Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni təkliflər hazırlanacaq?

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Sürix görüşü ilə bağlı birgə bəyanat yayıblar
Xəbər verdiymiz kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar çərçivəsində iki gün öncə İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilib. Görüşdən sonra prezidentlər heç bir açıqlama verməsələr də, iki ölkənin xarici işlər nazirləri görüşün təfərrüatı barədə ictimaiyyəti məlumatlandırıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqların Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində aparıldığını bildirib. Onun sözlərinə görə, hazırda hazırlanan və bundan əvvəl mövcüd olan prinsiplər müzakirə mövzusu olub. “Baza prinsiplərindən bəzi razılaşdırılmayan məsələlər var. Hər bir prezident qarşılıqlı anlayış şəklində öz fikrini bildirdi. Təbii ki, bu, çətin prosesdir. Lakin irəliyə doğru addım atmaq lazımdır. Bundan başqa yol yoxdur”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə danışıqların baza sənədləri əsasında aparıldığını qeyd edib: “Hər iki prezident danışıqların müntəzəm xarakter daşıması nöqteyi-nəzərindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən dinamikliyin olduğunu qeyd etdilər. Görüşdən-görüşə tərəflər bir-birini daha yaxşı başa düşürlər və çətinlikləri, maneələri dəf etməyə çalışırlar. Mən bircə onu qeyd etmək istəyirəm ki, indi söhbət münaqişənin nizama salınması prinsiplərinin işlənib hazırlanmasından gedir. Əsas prinsiplər qarşılıqlı razılaşdırıldıqdan sonra tərəflər baza sənədləri üzərində işləməyə başlayacaqlar”.
Görüşdə iştirak edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə xarici işlər nazirlərinin müzakirəsini dinlədiyini və onların çox müsbət fikirlərinin olduğunu deyib: “Biz eşidirik ki, inkişaf var, dinamiklik artıb. Bu, müsbət elementdir”.
“Əgər prezidentlər özləri bu görüşü müsbət qiymətləndiriblərsə, fikirləşməyin ki,biz onlardan fərqli fikir söyləyəcəyik”. Bu açıqlamanı isə Fransadan olan həmsədr Bernar Fasye verib.
Dünən isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasiye (Fransa) prezidentlərin Sürix görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış ediblər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan son addımlar xronoloji ardıcıllıqla sadalanıb: “ATƏT-in Minsk Qrupunun həmsədrləri yanvarın 19-da Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla, yanvarın 20-də isə İrəvanda bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşüblər. Yanvarın 27-də isə həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb və bir gün sonra prezidentlər İlham Əliyev və Serj Sərkisyanın Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşünü təşkil ediblər.
Görüşdə həmsədrlər prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər.
Həmsədrlər ümid edirlər ki, münaqişənin yaxın gələcəkdə sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər fikir ayrılığı olan məsələlərdə ortaq məxrəcə gələ biləcəklər. Münaqişənin nizamlanması tərəflər üçün indiki “status-kvo” vəziyyətindən daha sərfəlidir. Həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında nəzərdə tutulan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında ədalətli və balanslaşdırılmış həll yolunu tapmaqdır”.
AQŞİN


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009