Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
AzərTAc xəbər verir ki, Dünya İqtisadi Forumunda iştirak edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib: “Mənim Serj Sarkisyanla görüşüm ərəfəsində Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə görüşüm çox önəmli və təbiidir”.
Azərbaycanın dövlət başçısı ilə görüşünün Ermənistanın prezidenti ilə danışıqların çərçivəsini təşkil edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu məsələ bundan sonra da belə davam edəcək və “biz Dağlıq Qarabağ məsələsində heç bir zaman Azərbaycanı yalnız qoymarıq”. Türkiyənin məsələsi bilavasitə Azərbaycanla bağlıdır və Ermənistanın bunu nəzərə alması lazımdır.
Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, Ermənistanla danışıqlarda bir Azərbaycan amili var və bu, Türkiyə üçün çöx mühümdür. “Qarabağ problemi önəmlidir və dəstəyimizi davam etdirəcəyik”, - deyən Baş nazir əlavə edib ki, İrəvanla danışıqlar “ver-itir” prinsipi ilə davam edə bilməz. Bütün addımlar qarşılıqlı olmalıdır. İğdır və Qarsdan baxdıqda Ermənistanın göründüyünü, Türkiyədə 40 min erməni əsilli və bir o qədər də sənədsiz yaşayan erməninin olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan, münasibətlərin normallaşması üçün qarşı tərəfin də adekvat addımlar atmalı oduğunu vurğulayıb.

Siyasət