Neftin indiki qiyməti Azərbaycan iqtisadiyyatının inkişafı üçün normal hesab edilə bilər

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızda neftin qiymətindən asılı olmamaq imkanını yaradacaqdır
Prezident İlham Əliyev “Reuters” agentliyinə müsahibəsində ölkəmizdə həyata keçirilən davamlı islahatların təfərrüatları, dünya maliyyə böhranı və neftin qiymətinin ucuzlaşması şəraitində respublikamızın inkişaf dinamikasını davam etdirməsi, həmçinin, digər siyasi, sosial-iqtisadi uğurlarımızla bağlı məqamlara toxunub. Dövlət başçısı bildirib ki, neftin indiki qiymət indeksi də Azərbaycanın sabit inkişafı üçün normal sayıla bilər. “Bu gün mövcud olan qiymətlə - 1 barrel 45 dollar qiyməti ilə də bizim iqtisadiyyat uğurla inkişaf edir”.
Azərbaycanda dinamik iqtisadi inkişaf və möhkəm təməllərə əsaslanan strategiya neftin müəyyən müddətdə aşağı qiymətlə satışı dövründə davamlı islahatların həyata keçirilməsini şərtləndirir. Yəni, ölkəmizin həm sosial, həm iqtisadi, həm də investisiya siyasətini, kompleks islahatları həyata keçirmək üçün etibarlı maliyyə imkanları, iqtisadi resursları mövcuddur. Neftin qiymətinin ucuzlaşması bir sıra tədarükçü ölkələrdə iqtisadi islahatların tempini aşağı salsa da, ölkəmizdə belə tendensiya nəzərə çarpmır və bunu ehtimal etmək də mümkün deyil.
Dövlət başçısının vurğuladığı fikirlərdə diqqəti cəlb edən başlıca məqamlardan biri, neft gəlirlərinin istiqamətləri ilə bağlı məqamların konkretləşdirilməsidir. Azərbaycanın milli maraqlarına həmişə xəyanət edən bir sıra QHT-lərin neft gəlirlərinin qeyri-neft sektoruna lazımi səviyyədə yönəldilməməsi barədə ittihamlarını alt-üst edən konkret arqumentlər respublikamızdakı real vəziyyət barədə dolğun rəyin formalaşmasında mühüm rol oynayır. Prezidentin sözlərindən də göründüyü kimi, ölkəmizdə neft hasilatının artması və qiymətlərin yüksək olması sərmayə qoyuluşlarının da miqyasının genişlənməsinə, insan kapitalı kimi humanitar sahələrə sərmayə qoyuluşlarının çoxalmasına baza yaradır. Ümumilikdə, neftdən əldə olunan vəsaitlərin əsas istiqamətləri sosial məsələlərə xidmət etməklə yanaşı, infrastruktur və investisiya bölmələrinə istiqamətlənir. Neft gəlirləri təhsil, səhiyyə və infrastruktur sahələri üzrə xərclərin əsas istiqamətlərini təşkil edir.
Neft sektoru iqtisadiyyatın aparıcı sahəsi olsa da, yaxın illər üçün milli iqtisadiyyatın bazasını təşkil edəcək bölmənin, qeyri-neft sektorunun inkişafı üçün stimul rolunu oynayır. Artıq bu sahədə artım tempi ildən-ilə yüksəlir. Məsələn, ötən il qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin ÜDM-dəki payı proqnozlaşdırılan 12 faizə qarşı 16 faiz olub. Qeyri-neft bölməsinin prioritetlərindən biri sayılan kənd təsərrüfatında istehsal son 5 il ərzində 2,4 dəfə artıb və bu dövr ərzində aqrar sahədə yaradılan əlavə dəyərin və real artımın səviyyəsi 25,1 faiz təşkil edib. Qeyri-neft sektoru 2015-ci ildə elə bir mərhələyə çatacaq ki, real sektorun əsasını təşkil etmiş olacaq və valyuta gəlirlərinin böyük bir hissəsi bu sektordan formalaşmış olacaq. Qeyri-neft bölməsi ÜDM-in əsasını təşkil etməklə neft sektorunun payının xeyli aşağı düşməsinə imkan verəcək. “Biz artıq neft sektoruna böyük sərmayələr qoymuş, dövlət maliyyə vəsaitləri və kreditlər hesabına özəl sektora güclü şəkildə dəstək vermişik. Hazırda biz qeyri-neft sektorunun inkişafının bəhrəsini, iqtisadiyyatımızın şaxələndirilməsinin faydasını görürük. Gələcəkdə bu cür inkişaf bizə neftin qiymətindən asılı olmamaq imkanı yaradacaqdır”.
Prezident İlham Əliyev dünya maliyyə böhranın davam etdiyi şəraitdə Azərbaycanın dünyada ən yüksək artım tempi ilə inkişaf dinamikasını davam etdirəcəyini də əmin edib. İqtisadi islahatların, qeyri-neft sektorunda artımın, iqtisadiyyatın liberallaşdırılmasının təmin edilməsi və əlverişli sərmayə mühitinin yaradılması inkişaf üçün başlıca amillər olacaq. 2009-cu ildə Azərbaycanda iqtisadi artım səviyyəsinin təxminən 10 faiz olacağını xatırladan dövlət başçısı qlobal böhran şəraitində bu rəqəmin kifayətedici səviyyədən də artıq olmasını bəyan edib. ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Yaponiya, Almaniya kimi inkişaf etmiş dövlətlərdə artım tempinin 2-3 faiz proqnozlaşdırıldığını nəzərə alsaq respublikamız üçün həmin göstəricinin inkişaf səviyyəsini davam etdirmək üçün yüksək rəqəm olmasını qeyd etmək olar. Yeri gəlmişkən, 2003-2008-ci illər ərzində dünya ölkələrinin əksəriyyətində artım tempi Azərbaycanla müqayisdə bir neçə dəfə aşağı olub. Məsələn, bu illərdə ABŞ-da artım 13,3 faiz, Avropa İttifaqında 13,7 faiz, MDB ölkələrində 45,4 faiz, Çində 66,5 faiz olduğu halda, Azərbaycan iqtisadiyyatında inkişaf tempi 2,6 dəfə olub. 2008-ci ildə ÜDM-in real həcmi 2003-cü illə müqayisədə 2,6 dəfə artaraq, 38 milyard manata çatıb, o cümlədən, qeyri-neft sektoru 1,8 dəfə, neft sektoru isə 4,1 dəfə yüksəlib. ÜDM-də özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil edib.
Ölkə başçısının müəyyən etdiyi davamlı inkişaf strategiyasının, həyata keçirilən iqtisadi islahatların miqyasının dərinliyi və keyfiyyəti imkan verir ki, respublikamız dünyada yenə də inkişaf tempinə görə, lider mövqe qazansın. Milli maraqlara əsaslanan, hərtərəfli düşünülmüş iqtisadi strategiyanın və iqtisadi siyasətin məntiqi nəticəsi buna dərin inam yaradır.
ELBRUS CƏFƏRLİ


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009