Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Qiymət indeksinin aşağı düşməsi əhalinin pul gəlirlərinin artımını daha da sürətləndirmiş olacaq
Ötən ilin ikinci yarısından başlayaraq respublikamızın istehlak bazarında qiymətlərin aşağı düşməsi tendensiyası 2009-cu ildə bir qədər də dərinləşib və inflyasiyanın səviyyəsi azalmaqda davam edir. 2009-cu ilin yanvar ayında istehlak qiymətləri indeksinin ümumi təhlili onu göstərir ki, bütün bölmələr üzrə mal qruplarının qiymətlərində əhəmiyyətli dərəcədə azalma hiss olunmaqdadır. Təkcə ötən ay qiymət indeksi 2 faizə yaxın aşağı düşüb və bu, növbəti aylar üzrə enmə tempinin daha da sürətlənməsinə səbəb olacaq. İndiyədək istehlak bazarı üzrə təhlillər və mövcud təcrübə onu göstərib ki, adətən ilin ilk rübündə qiymətlərdə müəyyən artım nəzərə çarpır və qiymətlər adətən ilin ortalarına yaxın ucuzlaşmağa məruz qalır. Çünki, qış dövründə əsas istehsal mallarının azaldığı dövr olduğundan, həmin vaxt qiymətlərdə artım müşahidə olunur. Bu tendensiya ötən illərin ilk yarısı üzrə qiymət indekslərinin statistikasında da nəzərə çarpıb. Amma bu ilin əvvəllərindən etibarən, respublikamızda əks istiqamət üzrə, yəni qiymətlərin azalmağa doğru getdiyi müşahidə edilir. Demək, 2009-cu ilin ilk aylarında inflyasiyanın aşağı düşməsi növbəti aylarda, xüsusilə də, ilin ikinci yarısında daha geniş xarakter alacaq və ümumi qiymət indeksinin birrəqəmli həddə düşməsinə səbəb olacaq.
İstehlak qiymətləri indeksinin strukturuna nəzər yetirdikdə ucuzlaşmanın qeyri-ərzaq malları, əsasən də tikinti materialları ilə yanaşı, ərzaq məhsulları üzrə də yüksək faizlə nəzərə çarpmasını görmək olar. Yəni, ərzaq malları əhəmiyyətli dərəcədə ucuzlaşmaqda davam edir. Artıq bu mal qrupları üzrə ən yüksək deflyasiya qeydə alınmaqdadır. Məsələ ondadır ki, ərzaq mallarının ucuzlaşmasına xarici faktorlar, yəni dünya maliyyə böhranı ilə əlaqədar respublikamıza idxal olunan məhsulların qiymətlərindəki enmə tendensiyası ilə bərabər, daxili bazar konyukturası da təsir göstərib. Məlum olduğu kimi, dünya böhranı ilə bağlı bütün növ mallara tələb aşağı düşüb. Avropa dövlətlərində, hətta qida sektorunda da əvvəlki kimi fəallıq və alıcılıq qabiliyyəti yoxdur. Bu isə, həmin malların ucuzlaşmasında müəyyən dərəcədə rol oynayır. Amma Azərbaycanda bu ilin yanvar ayında ərzaq məhsullarının satış tempi azalmayıb. Ötən ay ticarət şəbəkələri vasitəsilə əhaliyə 939,5 milyon manat dəyərində geniş çeşidli müxtəlif istehlak malları satılıb ki, bu da 2008-ci ilin yanvar ayındakından 10,3 faiz çoxdur. İstehlak mallarının strukturuna diqqət yetirdikdə, onun 620,9 milyon manatının ərzaq malları olduğunu görmək olar. 318,6 milyon manatlıq mal isə qeyri-ərzaq mallarından ibarətdir.
Ümumiyyətlə, müqayisə olunan dövrlərdə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4 faizi hüquqi şəxslərin, 43,8 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,8 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. Bütün bu göstəricilər onu təsdiqləyir ki, Azərbaycanda ərzaq mallarına olan tələbatın artmasına baxmayaraq, qiymətlər azalmağa doğru getməkdədir. Yəni, malların ucuzlaşması əhalinin yüksək alıcılıq qabiliyyəti fonunda da baş verməkdədir və bu amil inflyasiyanın səviyyəsinin aşağı düşməsinə mühüm təsir göstərir. Bu faktor hökumətin daxili bazarın qorunması istiqamətində apardığı məqsədyönlü tədbirlərin nəticəsi kimi səciyyələndirilə bilər. Hökumətin həyata keçirdiyi makroiqtisadi siyasətin ən mühüm nəticələrindən biri dünya maliyyə böhranının təsirlərindən sığortalanmaqdan və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda inflyasiyanın nəzarətdə saxlanmasından ibarətdir. Ötən müddət ərzində inflyasiya tədbirləri ilə bağlı dövlət strukturlarının fəaliyyətinin səfərbər olunması, xaricdən idxal olunan malların qiymətinin aşağı düşməsi və istehlak bazarına nəzarətin gücləndirilməsi ümumi qiymət indeksinin səviyyəsinə də əhəmiyyətli dərəcədə təsir göstərib. Bu siyasət ümumilikdə, əhalinin real gəlirlərinin artmasını da şərtləndirmiş olur. Əhalinin real gəlirləri hazırda inflyasiya göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Hazırkı proseslər inflyasiyanın aşağı düşərək birrəqəmli səviyyədə olacağını ehtiva edir. Bununla yanaşı, əhalinin real pul gəlirlərinin 30 faizdən az olmayacağı proqnozlaşdırılır. Bu siyasət isə birrəqəmli inflyasiya göstəricisinin müqabilində vətəndaşların real gəlirlərinin qiymət indeksini 3 dəfə üstələməsi ilə nəticələnməsinə stimul vermiş olur.
ELBRUS CƏFƏRLİ

Siyasət