"Avropada yeni təhlükəsizlik arxitekturası" mövzusunda müzakirələr aparılıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən Vyanadakı "Hofburq" sarayında ATƏT Parlament Assambleyasının 8–ci qış sessiyası öz işini davam etdirib. Qurumun üzvü olan 56 dövlətin 270–dən artıq parlament nümayəndəsi sessiyanın işində iştirak edib. Sessiyada ölkəmizi Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə deputat qrupu təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər daimi komissiyasının sədr müavini Fəttah Heydərov, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, deputatlardan Azay Quliyev və Fazil Mustafayev daxildirlər.
Sessiya çərçivəsində Rusiya və Fransa prezidentlərinin təşəbbüsü ilə Avropada təhlükəsizlik məsələlərinə yenidən baxılması ilə əlaqədar "Avropada yeni təhlükəsizlik arxitekturası" mövzusunda xüsusi müzakirələr aparılıb. Müzakirələrdə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Fransa Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə direktorun müavini Veronik Bujon–Barr xüsusi qonaq qismində məruzə ilə çıxış ediblər.
A.Qruşko bildirib ki, Qafqazdakı son münaqişə bir daha əyani şəkildə göstərdi ki, beynəlxalq qurumlar təhlükəsizliyin təmin edilməsi üçün kifayət qədər imkanlara malik deyillər və bu sahədə fəaliyyəti dərinləşdirmək lazımdır. Bu səbəbdən də Rusiya tərəfi Avropa məkanında təhlükəsizliyin təmin edilməsi məqsədilə yeni formatların tapılmasını və müvafiq strukturun yaradılmasını təklif edir.
Həmçinin qeyd edilmişdir ki, NATO–nun Şərqə doğru genişləndirilməsi cəhdləri "soyuq müharibə" dövrünə məxsus reflekslərin yaranmasına səbəb olur və gələcək münasibətlərə mənfi təsir göstərir. Həmin səbəbdən də silahlanmaya nəzarət və demilitarizasiya məsələlərində ATƏT əhəmiyyətli rol oynaya və eləcə də üç qitəni əhatə edən bu qurum Rusiya–Avropa–ABŞ münasibətlərinin daha effektli müstəvidə inkişaf etməsinə yardım edə bilər.
Veronik Bujon–Barr demişdir ki, yaxın keçmişdə baş vermiş hadisələrdən sonra Avropada etimad böhranı hökm sürür, Gürcüstan münaqişəsi, Cənubi Osetiya və Abxaziyanın birtərəfli tanınması və qaz nəqlindəki problemlər isə həmin böhranı daha da dərinləşdirib. Ona görə də ən önəmli olan Avropada qarşılıqlı etimadın gücləndirilməsinə səy göstərilməli və Avropanın gələcək təhlükəsizliyi barədə birgə düşünülməlidir.
Müzakirə sessiya iştirakçıları arasında böyük marağa səbəb olub və tədbirdə iştirak edən 270 nümayəndədən 47 nəfəri söz alaraq mövzuya öz münasibətini bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan tərəfinin mövqeyini bəyan edib. O bildirib ki, Azərbaycan Avropa məkanında təhlükəsizliyin gücləndirilməsi məqsədilə təklif edilən hər bir təşəbbüsü müzakirə etməyə hazırdır. Lakin bu zaman bir neçə dövlətin maraqlarını təmin etmək üçün digər dövlətlərin maraqları tapdanmamalıdır.
Eyni zamanda, Azərbaycan dövlətlərin öz təhlükəsizliyinin təmin edilməsində sərbəst seçiminin tərəfdarıdır. Həmçinin bu səylər Avropada müxtəlif mövqe və əks blokların yaranmasına gətirib çıxarmamalıdır.
Təbii ki, ölkəmiz heç bir bloka üzv olmayan Azərbaycan kimi ölkələrin təhlükəsizliyinə təminat verəcək mexanizmlərin yaradılmasında maraqlıdır. Bununla belə, Azərbaycan tərəfi hesab edir ki, hansısa bir müqavilə bir dövlətin heç bir bloka qoşulmamaq imkanını əngəlləyən bloklararası münasibətlərin yaranmasına xidmət etməməlidir.
Avropada təhlükəsizliyin təmin edilməsində 1975–ci il Helsinki Yekun Aktında əksini tapmış dövlətlərarası münasibətlərin əhəmiyyətini qeyd edən B.Muradova əlavə edib ki, həmin prinsiplərə yenidən baxılması istiqamətində bütün cəhdlərin qarşısı alınmalıdır. Avropada və beynəlxalq aləmdə təhlükəsizliyin təmin edilməsində Azərbaycanın mövqeyi bundan ibarətdir ki, dövlətlərin ərazi bötüvlüyü gözlənilmək şərti ilə həmin ölkədə yaşayan milli azlıqların hüquqları ən yüksək səviyyədə qorunmalıdır.
Azərbaycan güc tətbiqi ilə dövlətlərin ərazilərinin işğala məruz qalmasını hüquqazidd hesab edir və bunu qətiyyətlə pisləyir.
Təhlükəsizlik məsələlərindən danışılarkən diqqət yetirilməlidir ki, ölkələrin təhlükəsizliyinin təmin edilməsi qonşu dövlətlər üçün təhlükəyə çevrilməsin. Ölkəmiz Ümumavropa məkanında əməkdaşlığın genişləndirilməsi və fəal siyasi dialoqun təşkil edilməsində ATƏT–i əsas və başlıca vasitə kimi görür.
Müzakirələrdən sonra 2010–cu ildə ATƏT–ə sədrliyi qəbul edəcək Qazaxıstan nümayəndə heyəti "Hofburq" sarayında təqdimat keçirib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009