Şahmar Mövsümov: Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun xaricdəki aktivlərinə təsir etmir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünyada müşahidə olunan maliyyə böhranının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə saxlanılan vəsaitlərinə heç bir təsiri yoxdur. “APA-Economics”in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, fondun vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlarda saxlanılır.
“Bizim vəsaitlər qiymətli kağızların elə seqmentində saxlanılır ki, böhranın səhm bazarından fərqli olaraq, bu seqmentə təsiri yoxdur”, - deyə Ş.Mövsümov vurğulayıb.
ARDNF başçısı ötən il fondun 300 mln. dollar mənfəəti olduğunu, maliyyə böhranının yalnız gəlirlərə təsir göstərə biləcəyini qeyd edib.
Qeyd edək ki, ARDNF-in investisiya portfelinin 93,79%-i qiymətli kağızlar, 1,8%-i qısamüddətli kommersiya kağızları, 3,5%-i depozitlər və pul bazarı alətləri, 0,91%-i bank hesablarının payına düşür.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009