Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
Abdulla Salim Əl-Bədri: OPEK hər bir çətinliyin öhdəsindən gəlib, mövcud təcrübə və müdrikliyin olması növbəti sınaqları da dəf etməyə imkan verəcək
Dünya Neft İxracatçısı Ölkələrinin (OPEK) Avstriyanın paytaxtı Vyanada keçirilən 152-ci konfransı başa çatıb. Tədbirdə bu quruma daxil olan dövlətlərin hökumət üzvləri ilə yanaşı, neft ixrac edən aparıcı dövlətlərin nümayəndələri də qatılıb. OPEK-in toplantısında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də iştirak edib. Tədbirdə təmsil olunan nümayəndə heyətinin geniş olması onu göstərir ki, OPEK neftin qiymətinin ucuzlaşmasına qarşı kompleks və bütün ixracatçılar səviyyəsində tədbirlərin görülməsini vacib sayır. Ümumilikdə, həddindən artıq gərgin müzakirələr şəraitində keçən konfransda “qara qızıl”ın qiymətinin və ixracının tənzimlənməsinə dair müxtəlif təkliflər irəli sürülüb.
OPEK-in prezidenti Joze Botelyo de Vaskonselos bildirib ki, əvvəlki toplantılarda quruma üzv olan ölkələrin hasilatı azaltmaq barədə qərarlarına baxmayaraq, yenə də neft bazarında vəziyyət sabitləşmir. Onun fikrincə, son illərdə dünya iqtisadiyyatında ən ağır böhran baş verib və bu özünü neft sənayesində də ağır fəsadları ilə büruzə verməkdədir. Hazırkı qiymət əmsalı isə, bütün ölkələr üçün zərərli təsirini göstərir. OPEK-in prezidenti hesab edir ki, neftin bir barelinin qiymətinin 70 dollardan aşağı olmamalıdır, çünki bundan aşağı qiymət əmsalı heç cür rentabelli sayıla bilməz. OPEK-in prezidenti qiymət zənbilini təhlükəsiz səviyyədə saxlamağı təklif edib və bu rəqəmin ən azı 60-70 dollar olmasını zəruri sayıb. Joze Botelyo neftin hasilatının yenidən azaldılmasını məqsədəuyğun saydığını söyləyib. Belə ki, neftin gündəlik ixrac kvotasının yenidən 1,5 milyon barel azaldılması məqsədəuyğun sayılıb. Səudiyyə Ərəbistanının neft naziri Əli Əl Nuimi isə bəyan edib ki, OPEK-ə üzv ölkələr neft hasilatının həcminin azadılması, qara qızılın qiymətinin artmasına gətirib çıxaracaq. Bu addım dünya iqtisadiyyatına, eləcə də, neft bazarına yeni nəfəs gətirə bilər.
OPEK-in baş direktoru Abdulla Salim Əl-Bədri bildirib ki, neftin qiyməti hazırda elə bir səviyyədədir ki, bu indekslə gəlir əldə etmək qeyri-mümkündür. Bu isə yeni proqramlar həyata keçirməyə imkan vermir. Yeni neft müəssisələrinin salınması, terminalların tikilməsi, tankerlərin alınması indiki şəraitdə mümkün deyil. Onun fikrincə, bu vəziyyətdə həmin layihələri bir neçə il geriyə çəkmək ən effektiv yollardan biridir. Abdulla Salim Əl-Bədri bəyan edib ki, OPEK çox güclü və təmkinli təşkilatdır. Bu qurum 50-ilə yaxındır ki, hər bir çətinliyin öhdəsindən gəlib və mövcud təcrübə və müdrikliyin olması növbəti sınaqları da dəf etməyə imkan verəcək.
Anqolanın neft naziri Joze Mario Botelo isə deyib ki, qiymətlər 90 dollara yüksəlməyincə neft ixracatçıları üçün iqtisadi səmərəlilik aşağı olacaq, bu isə neft sənayesindəki infrastruktur sahələrinə sərmayə qoyuluşlarına mane olacaq. Nəticədə həmin bölmələrdə yeni texnologiyaların tətbiqi mümkün olmayacaq, bu isə bir neçə ildən sonra öz ağır fəsadlarını göstərəcək.
Tədbirdə maraq doğuran məqamlardan biri isə, OPEK-ə üzv olmayan ölkələrin bu təşkilatın strategiyasına uyğun təkliflərlə çıxış etməsi olub. Belə ki, Rusiyanın baş nazirinin müavini İqor Seçin bildirib ki, indiki şəraitdə yalnız daxili bazara olan tələbatı artırmaq lazımdır, xaricə ixracı azaltmaq üçün neftin hasilatını aşağı salmaq çıxış yoludur. İqor Seçinin fikrincə, Rusiya da artıq buna uyğun addımlar atır, bu ilin yanvar-fevral aylarında neftin hasilatı 1,5 milyon ton azaldılıb. Rusiya baş nazirinin müavini OPEK üzvlərini və bütün müstəqil neft ixracatçılarını “qara qızıl”ın qiymətinin sabitləşməsi üçün hasilatı azaltmağa dəvət edib. O, Azərbaycan, Qazaxıstan, Norveç və Braziliya kimi ölkələri də bu prosesdə iştiraka çağırıb. İ.Seçin, həmçinin, tədarükçü ölkələri subkontrakt və fyuçers kontraktlarından uzunmüddətli müqavilələrə keçməyi təklif edib. Rusiyanın hökumət üzvü, hətta ölkəsinin OPEK-də daimi müşahidəçi qismində təmsil olunmaq niyyətini də bəyan edib.
Misirin neft naziri Şamil Hamid bildirib ki, OPEK gündəlik ixracla bağlı qərar qəbul etmək məcburiyyətindədir və hazırkı vəziyyət neft ixrac edən dövlətləri təxirəsalınmaz tədbirlər görməyə vadar edir. O, təklif edib ki, neft hasilatı gündəlik 2-2,5 milyon barel azaldılsın.
Meksikanın enerji sənayesi agentliynin baş direktoru Əlda Flores və Sudanın enerji naziri Əl-Zubair-Əhməd də çıxışlarında neftin hər bir ölkənin daxili kvotasına uyğun tənzimlənməsini bildiriblər.
Toplantıda iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib ki, respublikamızın neft istehsalı ilə bağlı mövqeyi OPEK-in qərarı ilə üst-üstə düşür. Onun fikrincə, OPEK-in qəbul etdiyi qərarlar düzgündür və Azərbaycan bunu dəstəkləyir. Natiq Əliyev bildirib ki, istehsalı artırmaq imkanımız olsa belə, hazırkı qiymətlərlə hasilatı artırmaq ənənəsi düzgün deyil.
Onu da xatırladaq ki, OPEK-in 152-ci toplantısında hasilatın indiki səviyyədə saxlamasına dair qərar çıxarılıb. Bununla yanaşı, neft ixrac edən ölkələr qiymətləri qaldırmaq üçün hər bir ölkənin müəyyən olunmuş kvotaya sadiq qalması barədə qərar qəbul edib. Üzv ölkələr və iştirakçı dövlətlər bildiriblər ki, dünya bazarında neftin qiyməti bir qədər də aşağı düşsə, OPEK neft hasilatının həcmini yenidən azaldacaq. Özü də hasilat kvotası növbəti dəfə daha çox, təxminən 2,5 milyon barel azaldıla bilər.
ELBRUS CƏFƏRLİ

Siyasət