Dünya Bankının sosial missiyası Azərbaycana səfər edəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Aprelin 13-də Dünya Bankının (DB) sosial missiyası Azərbaycana səfər edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, səfərin məqsədi Azərbaycan hökuməti ilə DB-nin birgə həyata keçirdiyi “Sosial müdafiənin inkişafı Layihəsi”nə dair ilkin fəaliyyət planının hazırlanmasıdır.
Martın 17-dən icrasına başlanmış layihənin ilkin fəaliyyət planı 2009-2010-cu illəri əhatə edəcək. Saziş çərçivəsində ilkin olaraq əmək bazarı ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Ümumilikdə, layihə çərçivəsində əmək bazarı institutları modernləşdiriləcək, milli məşğulluq xidmətləri inkişaf etdiriləcək, sosial təminat sistemi və siyasətinə dair proqramlar hazırlanacaq.
Bununla yanaşı, layihə çərçivəsində Əmək Məcəlləsi təkmilləşdiriləcək, əhaliyə sosial xidmət üzrə müasir standartlar hazırlanacaq və tətbiq olunacaq, ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək, elektron əsaslı müraciət mexanizmi yaradılacaq, əlillik meyarları yenidən hazırlanacaq.
İki həftə davam edəcək səfər çərçivəsində DB nümayəndələri aprelin 23-də Bakıda “Sosial yardım, sosial reabilitasiya və davamlı inkişaf” mövzusunda keçiriləcək elmi-praktiki konfransda da iştirak edəcəklər. Bu konfransda DB-nin dəstəyi ilə ölkənin 7 min ev təsərrüfatında aparılan monitorinqin yekunları açıqlanacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009