Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Barak Obamanın Ankara gündəmi xeyli qabarıq və zəngin oldu
Avropa turnesi çərçivəsində iki gün öncə Türkiyəyə gələn ABŞ prezidenti Barak Obama rəsmi görüşlərinə dünən start verib. ABŞ və Türkiyə ilə yanaşı, bütün dünyanın diqqət kəsildiyi bu səfərin nəticələrindən böyük gözləntilər var. Xüsusilə, Yaxın Şərqdə və İraqda hadisələrin yeni istiqamətə yönləndirilməsi üçün Obamanın Ankara təmasları böyük önəm daşıyır. Məlum olduğu kimi, Barak Obama hələ prezident seçilməzdən öncə, Yaxın Şərq və İraqla bağlı yürüdəcəyi siyasət haqqında danışarkən İraqdakı ABŞ əsgərlərinin böyük bir qismini bu ölkədən çıxaracağını və onların Əfqanıstanda yerləşdiriləcəyini bəyan etmişdi. Vəzifəsini icra etməyə başlayandan sonra bu istiqamətdə konkret addımlar atmağa başlaması onun bu məsələdəki ciddiyyətini göstərir. İraqdan qoşunların çıxarılması üçün isə ən müvafiq marşrut Türkiyədir. Həmçinin, Birləşmiş Ştatların Türkiyədə hərbi bazalarının mövcudluğu həmin məsələdə bu ölkənin əhəmiyyətini bir daha artırır. Gözləndiyi kimi, Obamanın Ankaradan ilk istəyi də, bu problemin ən qısa müddətdə həll olunması üçün lazımi addımların atılması istiqamətində olacaq.
İstənməyən adam yoxsa, bələdçi?
Hələ bir neçə ay öncə, ABŞ-da prezident seçkiləri ərəfəsində bütün Türkiyə ictimaiyyəti Obamanın seçilməsinə qarşı idi. Səbəbi isə çox bəsit idi. Obama bu posta seçiləcəyi təqdirdə “erməni soyqırımı” iddialarını tanıyacağını bəyan etmişdi. Aradan bu qədər vaxt keçib. Barak Obama hələ ki, verdiyi sözdən dönəcəyinə dair hər hansı siqnal ötürməyib. Amma bu dəfə türk ictimaiyyətinin ABŞ-ın prezidentinə baxış bucağı dəyişib. Bir neçə ay öncənin istənməyən adamına, indi Ankarada ümid elçisi, AB-yə gedən yolun bələdçisi kimi baxırlar. İndi türk mediasının bütün manşetləri bu tendensiyanı özündə daşıyır.
Obamanın barışıq siyasəti
Barak Obama prezident kürsüsündə əyləşdikdən dərhal sonra, əslində, sələfi Corc Buşun dağıntıları üzərində restavrasiya işinə başladı. Bu mənada müttəfiqləri ilə aralarında yaşanmış küsülülüklərin aradan qaldırılması, keçmiş düşmənləri ilə açıq dialoqa getməsi, nüvə başlıqlarının istifadəsinin mümkün qədər azaldılması və dünyada barışın, sülhün təmin olunması onun xarici siyasət konsepsiyasının prioritetlərindəndir. Hər halda İran, Rusiya, Çin və bu kimi əzəli rəqibləri ilə açıq dialoqlara başlaması bunun bariz nümunəsidir. Türkiyə ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olsa da, Buş dövründə Vaşinqtonla Ankara arasındakı ikitərəfli münasibətlərdə böyük çatlar yaranmışdı. Xüsusilə, Buş Administrasiyasının PKK-ya qarşı loyal davranması, Şimali Kipr düyününün açılmasında dəstəyini əsirgəməsi və erməni məsələsinin birdəfəlik gündəmdən çıxarılmasına maraq göstərməməsi kimi bir sıra digər məsələlər də Ankara ilə Vaşinqton arasında çatlar yaratmışdı. Obamanın Ankara səfəri həm də bu çatların aradan qaldırılmasına xidmət edir.
Onu da vurğulayaq ki, cənab Obama təkcə Türkiyə ilə ABŞ-ı barışdırmaq istəmir. O, həm də məşhur Davos hadisəsindən sonra İsraillə Türkiyə arasında yaranmış soyuqluğu da aradan qaldırmaq niyyətindədir. Çünki həm İsrail, həm də Türkiyə ABŞ-ın regiondakı ən yaxın müttəfiqlərindəndir və Vaşinqton iki dostu arasındakı bu küsülülüyü qəbul etmək niyyətində deyil. Obama Ankaradakı təmaslarında bu mövzunu da gündəmə gətirib. Eyni zamanda, “qaradərili” prezident Avropa Birliyi ilə Ankara arasında üzvlük məsələsində yaranmış problemi də tez bir zamanda həll etmək üçün ABŞ-ın ağırlığını ortaya qoymaq niyyətindədir. ABŞ dövlət başçısı Praqada AB yığıncağında iştirakı zamanı qurum rəhbərliyini Ankaranı üzvlüyə qəbul etməyə səsləməklə bu istiqamətdə praktik addım atmış oldu. Türkiyənin AB üzvü olması Vaşinqtona həm də ona görə lazımdır ki, ABŞ-ın AB-dəki sadiq müttəfiqlərindən biri də artsın. Bir sözlə, öz düşmənləri ilə barışmaq məqsədini qarşısına qoyan Barak Obama müttəfiqlərini də barışdırmaq istəyir.
Yurdda barış, dünyada barış!
Mustafa Kamal Paşa Atatürk 1923-cü ildə müasir Türkiyə Cümhuriyyətinin təməllərini atarkən “Yurdda barış, cahanda barış” şüuarı ilə bəşəriyyəti I Dünya Müharibəsinin alovlarını söndürməyə çağırırdı. O zamankı Türkiyənin dünyadakı missiyası da məhz bu idi. Sülhsevər, sabit dünya quruculuğu prosesində yer almaq. Düzdür, obyektiv səbəblərdən dolayı, bu müharibə alovu sönmədi, əksinə, zaman keçdikcə masştabı böyüdü. Və bu gün dünya ABŞ-ın başlatdığı növbəti müharibə alovunun fəsadlarını yaşayır. Bu fəsadların aradan qaldırılması üçün ən əsas məsuliyyət də yenə elə ABŞ-ın üzərinə düşür. Bu missiyanın icrası isə konkret iqtisadi resursların işə salınmasından asılı deyil. Ölkənin bütün siyasi imkanları, diplomatik gücü də bu məsələyə istiqamətləndirilməlidir. Eləcə də, Vaşinqtonun apardığı ideoloji iş də anti-müharibə əhval-ruhiyyəsinin yayılmasına şərait yarada bilər. Barak Obamanın məhz bu məsələlərin həllinə diqqətlə yanaşdığı aşkardır. Bu detal Türkiyə səfərində də xüsusi olaraq izlənilir. Obama Türkiyəyə səfər çərçivəsində hər kəlməsinə diqqət yetirməklə, həm də üzərinə düşən missiyadan xəbərdar olduğunu göstərdi. Atatürkün məzarını ziyarət edərkən Anıtkabirin gündəliyinə yazdığı bu sözlər isə deyilənləri təsdiq edir: “Vizyonu, qərarlılığı və cəsarətiylə Türkiyə Cümhuriyyətini demokratiyaya yönəldən və mirası bütün dünyaya nəsillər boyu ilham verməyə davam edən Mustafa Kamal Atatürkə hörmətlərimi çatdırmaq mənim üçün qürurvericidir. ABŞ-ın 44-cü dövlət başçısı olaraq, türk-amerikan əlaqələrini gücləndirməyi, Atatürkün xalqına ümid verən modern bir demokratik model olan Türkiyə Cümhuriyyətini dəstəkləməyi və “Yurdda barış, dünyada barış” tezisini həyata keçirməyi səbirsizliklə gözləyirəm”.
Obama seçkiöncəsi vədini təkrar etdi
ABŞ prezidentinin Türkiyəyə səfərini maraqlı edən məqamlardan biri də “erməni soyqırımı” ilə bağlıdır. Daha doğrusu, hər kəsi maraqlandıran əsas məsələ “qaradərili” prezidentin “erməni soyqırımı”nı tanıyıb-tanımayacağıdır. Düzdür, Barak Obama Ankarada türkiyəli həmkarı Abdulla Güllə keçirdiyi mətbuat konfransında “erməni soyqırımı” ifadəsini işlətməyib. Bununla belə, onun səfərdən öncə “Ermənilərin iddiaları ilə bağlı mənim mövqeyim bəllidir. Türkiyə ilə Ermənistan arasında atılan addımları izləyirəm. Mən hər iki tərəfin razılaşma yoluna getməsini istəyirəm” sözləri ekspertlərin diqqətindən yayınmayıb.
Daha dəqiq desək, çoxları görməzdən gəlməyə çalışsa da, əslində, Obama bu sözləri ilə təşviqat dövründə verdiyi vədindən dönmədiyini göstərdi. Bu, həm də çoxdandır, müzakirə mövzusu olan sərhədlərin açılması mövzusunda da bir çağırış idi. ABŞ rəsmi şəkildə Türkiyəni sərhədləri açmağa, Ermənistanla buzları əritməyə çağırır. Obama açıq şəkildə “Ya Ermənistanla sərhədləri açın, ya da mən verdiyim vədi tutmağa məcbur olacam” mesajını verdi. Bəllidir ki, Ankara bu çağırışı gözləyirdi. Bundan sonra necə olacağı isə Türkiyənin özü qədər Azərbaycanda böyük maraqla gözlənilir.
Hazırda Türkiyənin önündə 2 yolu var. Birincisi, Ermənistanla sərhədləri açmaq. Bu addım bəlkə də Obamanı vədindən döndərməyə kifayət edəcək. Amma sərhədlərin açılmasından sonra da Ermənistanın Türkiyəyə qarşı iddialarından geri çəkməyəcəyi də bir həqiqətdir. Ermənilər bu iddialarından heç vaxt geri çəkilməyəcəklərini dəfələrlə bəyan ediblər. Bu məsələ onlar üçün artıq milli varlıq, kimlik məsələsidir. Yəni, bu, sərhədlərin açılmasına bağlı deyil. Türkiyə bu addımı atarsa, ən böyük itkisi elə özünün dövlət maraqları sonra isə Azərbaycan olacaq. Yəni, iqtisadi münasibətlərə, siyasi əlaqələrə, hər şeydən əvvəl isə “Bir millət, iki dövlət” tezisinə ciddi zərbə dəyə bilər.
İkincisi isə, Türkiyə Obamanın çağırışına qulaq asmayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı davam etdiyi müddətdə sərhədləri bağlı saxlayacaq. ABŞ-ı neytrallaşdırmaq üçün isə İraq və Əfqanıstan məsələlərində müttəfiqlik təklif edə bilər. Eyni zamanda Azərbaycanla münasibətlər üçün yeni inkişaf pəncərəsi açılar. Qısası, Türkiyə Azərbaycanla bir yerdə olduğunu təsdiqləməli, tarixi qardaşlıq, dostluq əlaqələrinə sədaqət göstərməli və haqsızlıqla barışmamalıdır.
Aqşin ŞAHİNOĞLU

Siyasət