Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Azərbaycanla təşkilat arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
Ötən həftə Strasburqda baş tutan NATO-nun növbəti zirvə toplantısı bir sıra məqamlarla yadda qaldı. Bu məqamların böyük bir qisminin 60 yaşlı qurumun tarixində özünəməxsus yer alacağı şübhəsizdir. Heç uzağa getməyək, NATO-nun yeni baş katibinin seçilməsi zamanı Türkiyənin ortaya qoyduğu etiraz və bundan sonra yaşanan gərginliklər hələ uzun zaman ekspertlər üçün təhlil mövzusu olacaq. Lakin NATO-nun Strasburq sammiti təkcə bu cür gərginliklərlə deyil, bir sıra müsbət məqamlarla da yaddaşlarda dərin iz buraxacaq. Buna misal olaraq, Alyansın yekun Bəyannaməsini göstərmək olar.
Məlumat üçün deyək ki, yekun Bəyannamə ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyi Azərbaycan üçün də müsbət notlarla zəngindir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəklənib. Bəyannamədə deyilir ki, NATO Cənubi Qafqaz və Moldova ərazilərində münaqişələrin mövcudluğundan dərin narahatlıq keçirdiyini bəyan edir: “Tərəflər konstruktiv olaraq münaqişələrin sülh yolu ilə həllinə çalışmalıdır. Biz tərəfləri regionun sabitliyinə və təhlükəsizliyinə zərər verəcək tədbirlərə əl atmamağa dəvət edir və danışıqların hazırkı çərçivələrinə hörmət etməyə çağırırıq”.
Bəyannamədə bildirilir ki, NATO bundan sonra da Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin, həmçinin, Moldova Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcək və bu regional münaqişələrin sülh yolu ilə həllinə nail olmaq üçün göstərilən səyləri dəstəkləməkdə davam edəcək. Onu da vurğulamaq yerinə düşər ki, sammitdə Alyans ölkələri, habelə, ATƏT-in bu regionlarda səy və proseslərindən məmnun qaldıqlarını, bu səylərin faydalı şəkildə Qafqazda Stabillik və Əməkdaşlıq Platforması ilə tamamlana bilməsinin mümkünlüyündən məmnunluq hissi keçirdiklərini ifadə ediblər.
Beləliklə, əksər ekspertlərin də qeyd etdikləri kimi bu, bütün fəaliyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki dünyada öz nüfuzuna və təsir imkanlarına görə ön sıralarda dayanan NATO kimi bir qurum ölkəmizin ərazi bütövlüyünü tanıması barədə bir daha bəyanatla çıxış edib. Yerli və xarici müşahidəçilərin qənaətinə görə, əslində, bu, NATO-nun problemə beynəlxalq hüquq və normalar prinsipindən yanaşması ilə yanaşı, Alyansın ölkəmizin haqlı mövqeyini dəstəkləməsi kimi dəyərləndirilməlidir. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı siyasətin davam etdirilməsi də Azərbaycan və Xəzər regionu üçün önəmli əhəmiyyətə malikdir.
Eyni zamanda, NATO ilə əməkdaşlıq Bakıda da böyük əhəmiyyət verilən istiqamətlərdən biridir. Ümumiyyətlə isə, bu gün NATO-Azərbaycan münasibətlərinin səviyyəsi hər iki tərəfdə yüksək qiymətləndirilir. Doğrudur, bu gün Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. Azərbaycanın Sülhməramlı Qüvvələri NATO-nun tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qoruyub və bu gün Azərbaycan bu missiyasını uğurla davam etdirir. Həmçinin, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün tərəflər arasında yüksək səviyyəli dialoq mövcuddur. Bundan başqa, təşkilatın sammitlərində, konfranslarında Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. Ötən il NATO-nun Buxarestdə keçirilən sammitində iştirak edən Prezident İlham Əliyev həmin tədbir çərçivəsində keçirdiyi görüşlərdə, iclaslardakı çıxışları zamanı Bakının NATO ilə əlaqələrin perspektivinə baxış bucağını, bu əməkdaşlıq barəsindəki fikirlərini ifadə etmişdi. Azərbaycan NATO ilə əməkdaşlığın iki tərəfin də maraqlarına cavab verdiyini düşünür və hesab edir ki, bu əməkdaşlıq gələcəkdə daha geniş istiqamətləri əhatə edə bilər.
O da məlumdur ki, NATO daha çox hərbi təmayüllü təşkilat kimi tanınıb. Və bu günə qədər də Azərbaycanın NATO ilə münasibətlərində bu istiqamət prioritet olub. Qurumla əməkdaşlıq Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir.
Sonda onu da qeyd edək ki, aprelin 9-da Bakıda “NATO- tamtəkmilləşmiş siyasi alyans kimi” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Bakının NATO-nun fəal tərəfdaşı kimi hərbi-siyasi sahədə islahatlar keçirdiyini, sərhəd təhlükəsizliyində pilot ölkə olduğunu söyləyib. Nazir müavini Azərbaycanın NATO ilə əməkdaşlığı genişləndirmək istiqamətində planları olduğunu vurğulayıb. Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku isə tədbirə qatıla bilməyən Rumıniya xarici işlər nazirinin müraciətini oxuyub. Nazir konfransa müraciətində qeyd edib ki, əlaqələndirici dövlət olaraq Rumıniya Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyəcək. NATO-nun ictimai diplomatiya departamentinin müdir müavini Jan Fransis Büro isə bildirib ki, Alyans Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirir. O, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.
Bütün bunlar isə Azərbaycanla NATO arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyir.
Nadir AZƏRİ

Siyasət