Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Barak Obamanın hakimiyyətə gəlişindən sonra xarici siyasətində korrektələr edən ABŞ-ın regional münaqişələrə baxış bucağı da dəyişib
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu ölkəmizin qarşısında yeni imkanlar açır, mövcud problemlərin həlli üçün əlverişli mühit formalaşdırır. Sürətli iqtisadi inkişaf tempinə görə hazırda dünyada lider dövlət olan Azərbaycan bu sahədə əldə etdiyi nailiyyətləri siyasi müstəviyə, o cümlədən, diplomatik cəbhəyə də müvəffəqiyyətlə transfer edə bilib.
Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır
Təsadüfi deyil ki, hazırda Azərbaycan beynəlxalq təşkilatlarla, dünyanın böyük dövlətləri, güc mərkəzləri ilə yüksək səviyyədə əməkdaşlıq, bərabərhüquqlu münasibətlər qura bilib. Və o da xüsusi ilə vurğulanmalıdır ki, bütün bu münasibətlərdə Azərbaycan üçün ən başlıca, ən ümdə şərt ölkəmizin milli maraqlarının qorunmasıdır. Rəsmi Bakı, hətta lazımi məqamda bu maraqların qorunması, onların zərbə altında qalmaması üçün sərt addımlar atmaqdan da çəkinmir. Hər halda bir neçə gün öncə baş verən hadisələr buna bariz nümunədir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı yönündə mətbuatda işıq üzü görən xəbərlərin rəsmi səviyyədə təkzib olunmamasına etiraz edən Prezident İlham Əliyev əvvəlcədən razılıq verməsinə baxmayaraq, İstanbula səfərdən imtina edərək, böyük bir liderlik örnəyi sərgilədi. Türkiyə Prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın, ABŞ dövlət katibi Hillari Klintonun israrlı xahişlərinə, ABŞ prezidenti Barak Obama ilə görüş təklifinə baxmayaraq, Prezident İlham Əliyev fikrindən dönməyərək, Azərbaycanın maraqlarının müzakirə mövzusu olduğu bir məqamda bütün digər məsələlərin elə də böyük əhəmiyyət kəsb etmədiyini hər kəsə bir daha əyani şəkildə göstərmiş oldu. Bu, bir daha onu göstərir ki, xarici dövlətlərlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı və ən əsası, bütün hallarda ölkəmizin milli maraqlarının müdafiəsi rəsmi Bakının xarici siyasətdəki öncüllərindəndir. Azərbaycanın ABŞ-la münasibətləri də bu kriteriyalara söykənir.
ABŞ - Azərbaycan strateji tərəfdaşlığı qarşılıqlı mənafelərə söykənir
Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək münasibətlər mövcuddur. Aprelin 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi və tərəflər arasında yaşanmış dialoqda da bu məqam öz əksini tapır. Yeri gəlmişkən, qeyd edək ki, səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə ediblər.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazandığı tarixdən Birləşmiş Ştatların dövlət başçılarının bu cür xoş davranışlarına dəfələrlə rast gəlmişik. Bunlar müsbət diplomatik jestlər olmaqla yanaşı, əməkdaşlığın perspektivləri baxımından əlverişli mühitin formalaşdırılması, əlaqələrin inkişafına ruhlandırılması üçün də əhəmiyyətli addımlardır. Eyni zamanda, qarşılıqlı səfərlər tərəflər arasında dialoqun inkişafına yardımçı olub. Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafında isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fəaliyyəti danılmazdır. Məhz ulu öndərin səyləri nəticəsində ilk dövrlərdə əsasən enerji sahəsini əhatə edən əməkdaşlıq istiqamətləri genişləndirildi, əlaqələr bütün iqtisadi-siyasi, ictimai-humanitar detalları ilə dərin xarakter aldı. Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə əlaqələrə daha geniş inkişaf perspektivləri açıb. Obamanın məhz belə bir şəraitdə Azərbaycan Prezidentinə zəng etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın sözügedən məsələlərə haqlı etirazlarının gündən-günə ucaldığı bir vaxtda ABŞ prezidenti bu narazılığın həm də Vaşinqtona ünvanlandığını nəzərə alaraq, Bakının könlünü almağa çalışır. ABŞ Azərbaycanı inandırmağa çalışır ki, Ankaranın Ermənistanla sərhədlərin açılmasına verəcəyi qərar bütün Cənubi Qafqaz regionu ölkələri, o cümlədən, Azərbaycanın maraqlarına cavab verir. Söz yox ki, Azərbaycanın dövlət başçısı da bu məsələ ilə bağlı öz arqumentlərini ortaya qoyub və sərhədlərin açılmasının heç də bütün problemlərin həllinə yardımçı olmayacağını qarşı tərəfin diqqətinə çatdırıb.
ABŞ-ın israrlarının kökündə nə dayanır?
İndi maraqlı bir sual ortaya çıxır ki, nəyə görə, ABŞ məhz bu gün sərhədlərin açılması yönündə israrlarını artırıb? Bəllidir ki, Barak Obama vəzifəsinin icrasına başladığı tarixdən Vaşinqton xarici siyasətində müəyyən redaktələr edir. Bunu konkret dövlətlərə münasibətində və problemlərə baxışında açıq-aşkar görmək olar. Ən azından, Obama ABŞ-ın Corc Buş dövründən miras qalan xarici siyasətindəki uçqunların fəsadlarını aradan qaldırmaq üçün müəyyən addımlar atır. Məhz bu yanaşma, Cənubi Qafqaz siyasətini də yenidən dəyişdirməyə stimul verir. Ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələrdən sonra bu ölkədə Rusiyanın mövqeyinin möhkəmlənməsi Vaşinqtonu ciddi narahat edir. ABŞ regionun tamamilə Kremlin nəzarətinə keçməsinin özü üçün böyük problemlər yaradacağının fərqindədir. Odur ki, Cənubi Qafqaz regionunda mövcud olan problemlərin qısa müddət ərzində aradan qaldırılmasına çalışır. Bu mənada Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və işğalçı Ermənistanın izolyasiyadan çıxarılmasına çalışır. Birləşmiş Ştatlarda belə düşünürlər ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Rusiyadan qismən qopmasına zəmin yarada bilər. Digər tərəfdən, bu, həm də prezident seçkilərində Obamaya böyük dəstək verən erməni lobbisi qarşısındakı minnətləri də qismən qarşılayacaq.
Vaşinqton Dağlıq Qarabağ probleminin həllini sürətləndirmək istəyir?
Hər kəsə bəllidir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir və rəsmi Bakı bu problemin həlli üçün bütün mümkün həll üsullarından yararlana biləcəyini bəyan edir. Söz yox ki, Azərbaycan ilk olaraq münaqişənin sülh yolu ilə həllini istəyir və 15 ildir davam edən sülh danışıqlarına göstərdiyi sadiqlik də bunu sübuta yetirir. Amma bu qədər uzunmüddətli danışıqlar prosesinin davam etməsinin məsuliyyəti işğalçı siyasətdən imtina etməyən Ermənistanla yanaşı, həm də bu siyasətin davamına göz yuman beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk Qrupunun həmsədirlərinin, o cümlədən, ABŞ-ın üzərinə düşür. Söz yox ki, ABŞ daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, problemin də bu prinsip çərçivəsində həllini istədiyini bəyan edib. Superdövlət bu problemin tənzimlənməsində həmişə aktiv iştirakı ilə seçilir və rəsmi Vaşinqton mövqeyini bəyan edərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişilməsinin qeyri-mümkünlüyünü vurğulayır. Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Çünki baş verə biləcək müharibə regional təhlükəsizliyə zərbə ola bilər. Ona görə də, bundan sonra Vaşinqtondan bu münaqişənin həllinə yönəlmiş hansısa konkret addımın atıldığını görsək, heç də “sürpriz” olmayacaq.
Aqşin ŞAHİNOĞLU

Siyasət