Azərbaycan kosmik sənaye ölkəsinə çevriləcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bütün ölkələrin beynəlxalq maliyyə böhranından əziyyət çəkməsinə baxmayaraq Azərbaycan öz investisiya layihələrinin həyata keçirilməsini davam etdirir. Xarici ekspertlərin də diqqət mərkəzində olan bu layihələr ölkənin demək olar ki, bütün sahələrini əhatə edir. Diqqətçəkən məqamlardan biri də telekommunikasiya sahəsində atılan addımlardır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib: “Onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub”.
Qeyd etmək lazımdır ki, Azərbaycan rabitəçiləri üçün bu tamamilə yeni sahədir. Bu işdə Azərbaycan qabaqcıl ölkələrin təcrübəsinə arxalanır. Milli peykin yaradılması üçün respublikamızda aprelin 30-da qapalı tender keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tenderdə Rusiya, ABŞ və Fransanın 5 şirkəti iştirak edəcək.
Azərbaycan orbitə birinci peykini 2010-cu ilin birinci yarısında buraxmağı planlaşdırır. İkinci peyk isə 2011-ci ildə buraxılacaq. Peyk ilk növbədə Avropanı və Asiya regionunun yarısını əhatə edəcək.
Nazirin dediyinə görə, peyklərdən birinin yaradılmasın dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, peyklərin hər birinin dəyəri 100-170 milyon dollardır. Milli peykin buraxılmasında Azərbaycanı “İpək yolu peyki” (Silk Sot) proqramı dəstəkləyir. Bu proqramın müəllifi ABŞ-da yaşayan rus akademiki Roald Saqdeyevdir. Milli peykin yaradılması televiziya yayımının, rabitənin keyfiyyətinin artırılmasına və kanalların sayının çoxalmasına imkan yaradacaq. Bu barədə isə “Nezavisimaya qazeta”ya (NQ) rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimaz Məmmədov məlumat verib. O qeyd edib ki, AzərSat bütün Avropanı əhatə edəcək. Azərbaycan Avropa və Asiya kanallarının yayımında tranzit ölkə rolunu oynayacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində hesab edirlər ki, rabitə peykinin buraxılması Azərbaycanı kosmik sənaye ölkəsinə çevirəcək. Peykin hansı ölkənin raketi vasitəsi ilə kosmik orbitə buraxılacağı məlum deyil. Öz köməyini dərhal təqdim edənlər sırasında Ukrayna birinci oldu. Çünki bu dövlətin Azərbaycan bazarına böyük marağı var. Bundan əlavə prezident Viktor Yuşşenkonun Bakıya rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında kosmik sahədə əməkdaşlıq sazişi imzalanıb.
ÜMİDƏ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009