Respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilib. Nümayəndələr dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, Ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar. Ulu öndərin Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən 1983-cü ildə çəkilmiş portreti qonaqlarda xüsusi maraq doğurub. Bildirilib ki, Ümummilli lider elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Qonaqlar Fonda “Heydər Əliyev və dövlət qadın siyasəti” kitabını təqdim ediblər. Fondun beş illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və ombudsman Elmira Süleymanova xoş sözlərin və arzuların yazıldığı təbrik məktublarını oxuyublar. Natiqlər əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı təmsil etdikləri qurumların üzvləri adından təbrik edərək, Fondun elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğulayıb, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009