Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Böhranın dünyada tuğyan etdiyi bir vaxtda bu gün Azərbaycanda böyük maliyyə tutumlu layihələrin icrası uğurla davam etdirilir, ölkədə yeni müəssisələr fəaliyyətə başlayır
Qlobal maliyyə və iqtisadi böhranın dünya dövlətlərinə təsirinin hələ də güclü olmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkəmizdə bu beynəlxalq tendensiyaların fəsadları hiss olunmur. Əksinə ölkədə böyük maliyyə tutumlu layihələrin icraatında hər hansısa ləngimələr nəzərə çarpmır. Əlbəttə ki, bu ilk növbədə Azərbaycanda həyata keçirilən davamlı və ardıcıl sosial-iqtisadi islahatlar siyasətinin çevikliyindən, produktivliyindən irəli gəlir.
Bir çox dünya ölkələrində iqtisadi durğunluğun müşahidə olunduğu, ölkələrin strateji cəhətdən möhkəmlənməsinə hesablanmış layihələrin icrasının dayandırıldığı, hətta işğalçı Ermənistanda yaranmış iqtisadi-maliyyə böhranının sosial partlayışa səbəb olduğu bir vaxtda Azərbaycanda yeni salınmış yollar, yeni inşa olunmuş körpülər, yeraltı keçidlər, parklar, sosial əhəmiyyətli binalar istifadəyə verilir. Təbii ki, bu faktlar da ona dəlalət edir ki, ölkəmizdə inkişaf var və bu proses ləngimədən davam edir.
Ölkədəki inkişaf özünü təkcə yol-nəqliyyat infrastrukturunun, tikinti sektorunun tərəqqisində göstərmir. Böhranlı bir şəraitdə, həmçinin, Azərbaycanda sosial sferada da müsbət inkişaf meyilləri müşahidə olunmaqdadır. Təkcə bu ilin ilk rübündə Azərbaycanda 17 416 yeni, o cümlədən 14 197 daimi iş yeri açılıb. Daimi iş yerlərinin 12,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 16,5 faizi mövcud müəssisə və təşkilatlarda, 1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 69,8 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Yeni iş yerlərinin 68,5 faizi regionlarda, əsasən Aran (18,5 faiz), Gəncə-Qazax (12,6 faiz), Abşeron (7,7 faiz), Lənkəran (6,3 faiz), Quba-Xaçmaz (6,3 faiz), Şəki-Zaqatala (5,3 faiz) və Naxçıvan (6,9 faiz) iqtisadi rayonlarında yaradılıb. Cari ilin birinci rübündə yaradılmış yeni iş yerlərinin 93,9 faizi qeyri-dövlət sektorunda, daimi iş yerlərinin isə 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 4,6 faizi emal sənayesi, 5,2 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət və digər sahələr üzrə açılıb.
Ən sevindirici hal ondan ibarətdir ki, qlobal maliyyə böhranının dünyada tuğyan etdiyi bir vaxtda bu gün Azərbaycanda fəaliyyətini dayandırmış müəssisələr yenidən işə başlayır. İnsanların əmək haqları artır, sosial təminatları yüksəlir.
Bir sözlə, Azərbaycanda Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində dövlətimiz inkişaf edir, regional güc olaraq beynəlxalq səviyyəli tədbirlərdə vacib tərəfdaş kimi qəbul edilir.
Ramil VƏLİBƏYOV

Siyasət