“Büdcə sistemi haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Samir Şərifov: Dəyişikliklər Milli Məclisin və ölkə ictimaiyyətinin büdcə vəsaitlərinin xərclənməsinə nəzarətinin daha da genişləndirilməsini nəzərdə tutur
“Büdcə sistemi haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Bu dəyişikliklərin əsas məqsədi büdcə qanunvericiliyinin daha da təkmilləşdirilməsidir. Dəyişikliklər Milli Məclisin və ölkə ictimaiyyətinin büdcə vəsaitlərinin xərclənməsinə nəzarətinin daha da genişləndirilməsini nəzərdə tutur. Artıq bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın vaxtlarda Milli Məclisə təqdim edilməlidir. S.Şərifov deyib ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətdə hökumət və Milli Məclis, xüsusilə də, Hesablama Palatası arasındakı konstruktiv əməkdaşlıq gələcəkdə də davam etdirilməlidir. Nazirin sözlərinə görə, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin artırılması məqsədilə Maliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Əvvəllər nazirliyin nəzarətlə məşğul olan əməkdaşları şöbə statusu ilə fəaliyyət göstərirdisə, ölkə Prezidentinin Sərəncamı ilə nazirliyin strukturunda ayrıca Maliyyə Nəzarəti Xidməti yaradılıb. Xidmətin respublikanın müxtəlif bölgələrində zona idarələri formalaşdırılıb.
Büdcə vəsaitlərinin xərclənməsində müəyyən çatışmazlıqların olduğunu etiraf edən S.Şərifov qeyd edib ki, amma Maliyyə Nazirliyi bu çatışmazlıqların aradan qaldırılması üçün iş aparır. Onun sözlərinə görə, nazirlik maliyyə nəzarətinin təmin edilməsi məqsədilə Hesablama Palatası ilə də mütəmadi məsləhətləşmələr aparır. Tərəflər maliyyə nəzarəti məsələsində funksiya və səlahiyyətlərin bölgüsünü aparmağa çalışırlar: “Çünki yoxlamalarda təkrarçılığa yol verilməməlidir. Hesab edirəm ki, biz bu məsələdə müəyyən ortaq məxrəcə gələ biləcəyik”.
S.Şərifov dövlət büdcəsindən regionlara ayrılan dotasiyaların getdikcə azaldığını da bildirib. Belə ki, 2008-ci ildə büdcədən regionlara verilən dotasiya 521 milyon manat olub. Bu, 2007-ci illə müqayisədə cəmi 6 milyon manat çoxdur. Amma yerli xərclərin artması şəraitində mərkəzdən ayrılan dotasiyaların xüsusi çəkisi azalmaqdadır. Əgər 2007-ci ildə regionların büdcəsinin formalaşmasında ayrılan dotasiyaların xüsusi çəkisi 72,3 faiz idisə, 2008-ci ildə bu göstərici 58,9 faizə düşüb. “Yəni, xüsusi çəkidə təqribən 15 faiz azalma var. Bu isə onu göstərir ki, dövlət tərəfindən regionların sosial iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir” - deyən S.Şərifov əlavə edib ki, artıq bəzi rayonların yerli gəlirləri sürətlə artmağa başlayıb. Bəzi rayonlar artıq öz xərclərini öz hesablarına maliyyələşdirməyə başlayıblar. Hökumət də regionların imkan daxilində özünü maliyyələşdirməyə keçməsinə çalışır. Amma bəzi regionlarda bu məqsədə nail olmaq mümkün olmayacaq. Çünki həmin rayonların imkanları xeyli məhduddur. Ona görə də, dövlət büdcəsindən həmin rayonlara dotasiyaların ayrılması gələcək illərdə də davam etdiriləcək.
Maliyyə naziri dövlət zəmanəti ilə alınmış, amma geri qaytarılmamış kreditlərin taleyinin həll edilməsi istiqamətində də araşdırmaların aparılacağını bildirib. Onun sözlərinə görə, bu problem ölkəyə çoxdan miras qalıb. Əvvəlki maliyyə nazirləri bu problemin həllinə girişməyə cəsarət etməyiblər: “Amma biz gec-tez Maliyyə Nazirliyinin balansını təmizləməliyik. Bunun üçün vaxtı keçmiş kreditlərin silinməsi təklifini irəli sürməliyik. Amma bu, o qədər də sadə məsələ deyil”.
Nazir Hesablama Palatasının bu məsələdə Maliyyə Nazirliyinə dəstək verməsini alqışlayıb. Onun sözlərinə görə, nazirlik bu problemin həlli üçün konkret tədbirlər irəli sürməyə çalışacaq.
S.Şərifov deyib ki, 2008-ci ilin büdcəsinin icrası zamanı fiziki şəxslərin gəlir vergisi və büdcədən kənar daxilolmalarda nəzərdə tutulan proqnozlar yerinə yetirilməyib. Hazırda Maliyyə Nazirliyi müvafiq strukturlarla birgə bu məsələni araşdırır. Araşdırmaların ilkin nəticələrinə görə, büdcədən kənar daxilolmaların azalmasının əsas səbəbi keçən il yanvarın 1-dən dövlətə məxsus səhiyyə obyektlərində pullu xidmətin tamamilə ləğv edilməsidir. Bir sıra təşkilatlarda da bu kimi dəyişikliklər olub. Bundan əlavə, Milli Məclis “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, əvvəllər büdcədənkənar daxilolma kimi nəzərdə tutulan bir sıra gəlirlər keçən il büdcəyə dövlət rüsumu kimi daxil olub. Bu da büdcədən kənar daxilolmaların azalmasına təsir edib. Nazirin sözlərinə görə, fiziki şəxslərin gəlir vergisinin azalmasının səbəbləri hələ dəqiq müəyyənləşdirilməyib. Hazırda Vergilər Nazirliyi ilə birgə bunun səbəbləri araşdırılır. İlkin ehtimallara görə, səbəblərdən biri keçən il əhalinin nəzərdə tutulan əməkhaqqı artımı üzrə büdcə proqnozunun reallaşmamasıdır. Yəni, keçən il əmək haqları proqnozlaşdırılandan az artıb və nəticədə fiziki şəxslərin gəlir vergisi azalıb.
S.Şərifov Azərbaycan hökumətinin xarici borclara xüsusi həssaslıqla yanaşdığını da bildirib. Onun sözlərinə görə, hökumət bu sahədə mühafizəkar borclanma siyasəti həyata keçirir. İlk növbədə dövlət zəmanəti ilə verilən borclar müəyyən tənzimlənən səviyyədə saxlanılır. Böhranla əlaqədar dövlət, həmçinin, korporativ borcları da nəzarətdə saxlamağa çalışır.
NARDAR

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009