Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Türkmənistan Azərbaycanla vahid elektrik enerjisi şəbəkəsinə qoşulacaq
Ölkəmizdəki iqtisadi inkişafı və maliyyə sabitliyini istəməyən bir sıra qüvvələr yalan və böhtan kampaniyasından əl çəkə bilmirlər
Son günlər ölkəmizin valyuta bazarı ilə bağlı müxtəlif dezinformasiya xarakterli şərhlərin miqyası yenidən böyüyüb və xarici valyutaların mövqeyinin möhkəmlənməsi fonunda Azərbaycanın milli valyutası olan manatın dəyərsizləşməsi barədə heç bir əsası olmayan, konkret arqumentlərə söykənməyən mülahizələr söylənməkdədir. Diqqətlə izləsək görərik ki, bu cür məlumatların intensivləşməsinə heç bir iqtisadi amil səbəb olmayıb. Əvvəlki kimi, valyuta bazarının bütün seqmentləri üzrə gedən proseslərdə heç bir dəyişiklik baş verməyib. Yəni, pul bazarında istər manat-dollar, istər manat-avro, istərsə də digər aparıcı dönərli valyutaların manatla münasibətlərində dəyişkliyə zəmin yarada biləcək faktorlar yoxdur. Belə vəziyyətdə, sözügedən dairələrin cəmiyyətdə ajiotaj yaratmaq niyyətləri, valyuta bazarında vəziyyəti gərginləşdirmək istəkləri təbii ki, müxtəlif xarici qüvvələrin sifarişlərinə uyğun hazırlanmış ssenarilərin tərkib hissəsidir. Yəni, bütün dünyada iqtisadi böhranın davam etdiyi və maliyyə bazarlarında kataklizmlərin səngimədiyi vaxtda respublikamızdakı sabit valyuta bazarı haqqında tamamilə yanlış təbliğat aparmaq qərəz və böhtan xarakterli məlumatları ortaya atmaq həmin qüvvələrin növbəti oyunlarıdır.
Bir çox dövlətlərin milli valyutaları devalvasiyaya uğrasa da, manat bu prosesdən kənarda qalıb
Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi siyasətin ən mühüm nəticələrindən biri kimi dünya maliyyə böhranının təsirlərindən sığortalanmaq və maliyyə sabitliyinin möhkəmlənməsilə bağlı hədəflərə nail olması bəzi dairələri narahat edir və daim yalan və böhtan kampaniyası da onların xəbis niyyətlərindən xəbər verir. Qeyd etdiyimiz kimi, bu cür mülahizələr ilk dəfə deyil ki, ortaya çıxarılır, ötən ilin sonlarında və bu ilin əvvəllərində də valyuta bazarında guya gərginliyin yaranmasına dair fikirlər intensivləşmişdi. Mart ayının əvvəllərində təxminən 15 gün bu cür dezinformasiyalarla gündəmdə qalmağa çalışan həmin dairələr iddia edirdilər ki, maliyyə böhranının ikinci dalğası Azərbaycanın valyuta bazarına sarsıdıcı zərbələr vuracaq. Guya ki, respublikamızın milli valyutası dollar qarşısında dəyərini itirib və əhali manat almaqdan imtina edir. Hətta bu cəfəngiyyatlar seriyasında manatın devalvasiyasının baş verməsi kimi ən çirkin niyyət xəbərlər də yer alırdı. Həmin vaxt bütün region ölkələrinin milli valyutaları dəyərini itirərək devalvasiyaya uğrasa da, Azərbaycan bu prosesdən də kənarda qaldı. Xatırladaq ki, maliyyə böhranı nəticəsində Asiyanın iqtisadi nəhəngləri olan Yaponiya və Çinin valyutaları 10 faizdən çox ucuzlaşdı. Qardaş Türkiyədə lirənin devalvasiyası nəticəsində milli valyuta dollara qarşı 18 faiz dəyərini itirdi. Rusiya rublu 40 faizə yaxın ucuzlaşdı. Qazax tengəsi son bir ayda 25-30 faiz devalvasiyaya uğrayıdı. Ukrayna qrivnası 53, Belarus rublu 28, Böyük Britaniya funt-sterlinqi 38, Norveç kronu 28, Braziliya realı 31, Kanada dolları 26, Avstraliya dolları 27, avro isə 13 faiz dəyərini itirdi. Böhran Ermənistanın valyuta bazarını isə dağıtmağa başladı və erməni dramı 48 faiz ucuzlaşaraq 1 dollara qarşı 390 drama düşdü. Eləcə də, avro 440 drama dəyişdirildi. Göründüyü kimi, region dövlətlərinin milli valyutaları devalvasiyaya uğradı.
Azərbaycan valyutası dayanıqlığını saxlamaqla bərabər dəyər qazanan ən aparıcı pul vasitəsidir
Ölkəmizin iqtisadi inkişafını istəməyən qüvvələrin arqumentlərində əsas iddialar sırasında dolların və avronun bahalaşması ilə bağlı fikirlər yer tutur. Real olaraq valyuta bazarındakı əməliyyatlara, əsasən də Bakı Banklararası Valyuta Birjasında və valyutadəyişmə məntəqələrindəki əməliyyatların strukturuna diqqət yetirsək, manatın deyil, əksinə dolların ucuzlaşmasını görmək olar. ABŞ valyutası son iki həftədə manat qarşısında təxminən 0,5 faiz ucuzlaşıb. Yəni, mayın əvvəllərində 1 dollar 0, 84 qəpik idisə, dünənki birja indekslərində bu rəqəm 0,83 qəpik olub. Yəni, dəyər ifadəsi ilə dollar 1 qəpik ucuzlaşıb. Məsələ ondadır ki, manatın dollar qarşısında 10 faiz, 15 faiz ucuzlaşması da Amerika pulunun strateji valyuta vasitəsi olması anlamını yaratmır. Eləcə də, avronun manat qarşısında 5,10 faiz bahalaşması da həmin tendensiyanın göstəricisi sayıla bilməz. Avronun məzənnəsi son bir ayda manata qarşı cəmi 2 qəpik bahalaşıb. Belə ki, əvvəllər 1 avro 1,10 manat idisə, hazırda bu göstərici 1,11 manat təşkil edir. Göründüyü kimi, avro cəmi 1 faiz bahalaşıb. Manatın avro qarşısında 15-20 faiz ucuzlaşması belə milli valyutamızın dəyər predmeti kimi mövqeyini azaltmış olmur.
Valyuta bazarının öz qanunauyğunluqları və iqtisadi parametrləri var və bu bazar heç kimin istəyi, yaxud qara niyyətləri ilə idarə olunmur. Bu bazarda baş verən bütün prosesləri iqtisadi qanunauyğunluqlar diktə edir. Respublikamızda belə bir meylin baş verməməsi bir daha yürüdülən makroiqtisadi siyasətin qüdrətinin göstəricisini təsdiqləmiş olur. Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi, bank sektorunda tənzimləyici və nəzarət funksiyasının gücləndirilməsi, eləcə də pul-kredit siyasətinin çevik tənzimlənməsi ölkəmizin valyutası olan manatın dəyərinin artmasına səbəb olub. Dünya maliyyə bazarında baş verən meyillərlə əlaqədar Avropa dövlətlərinin valyutalarının ucuzlaşmasına baxmayaraq manat möhkəmlənməkdədir. Azərbaycanın milli valyutası bütün dönərli valyutalarla nisbətdə öz dayanıqlığını saxlamaqla bərabər, dəyər qazanan ən aparıcı tədiyyə, pul vasitəsidir.
Manatın möhkəmlənməsi milli valyutaya tələbi artırıb
Azərbaycanın valyuta bazarı həddindən artıq sağlam və sabit olduğundan bütün xarici təsirləri dəf etmək gücünə malikdir.
Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. 117 ölkə üzrə dünya valyutalarının sabitlik reytinqində isə manat 28-ci yerdə dayanmaqdadır. Rusiyanın “Finmarket” agentliyinin tərtib etdiyi reytinqə əsasən, Azərbaycan manatı sabitliyinə görə bölgədə ikinci yerdə qərarlaşıb. Milli valyutamız MDB-də birinci, bölgədə isə İran rialından sonra ikinci sabit valyuta sayılır.
Manatın ən aktiv tədavül, eləcə də, etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi həm valyuta mübadilələrində, həm əhalinin yığımlarında, həm də onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda meydana çıxır. Əhalinin depozit hesablarının statistikasına nəzər salsaq, manatın böyük üstünlük təşkil etməsinin şahidi ola bilərik. Vətəndaşlar öz vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçirlər. Bütün ölkələr ötən müddət ərzində öz valyutalarının devalvasiyasını həyata keçirmək məcburiyyətində olsalar da, respublikamızda milli valyutanın məzənnəsinin qorunması manatın devalvasiyasının gündəmdə olmadığını şərtləndirir.
Manatın möhkəmlənməsi milli valyutaya bölgədə pul aləti kimi tələbi artırıb, eyni zamanda ticarət əməliyyatlarında daha çox istifadə olunmasına səbəb olub. Azərbaycan valyutası Avropa regionu dövlətlərinin valyutaları içərisində ingilis funt-sterlinqi və avrodan sonra əsas aparıcı yeri tutur. Manatın möhkəmlənməsi əhalinin həm depozitlərində, həm də nağd valyuta alışında avrodan daha çox manata “üz tutmasına” səbəb olub. Vətəndaşlar banklara pul qoyarkən əvvəllər dollar və ya avroya üstünlük verirdilərsə, hazırda manat kütləsi daha böyük yer tutur. Son üç ildə banklarda yerləşdirilmiş depozit portfelinin böyük bir hissəsi manat kütləsindən ibarətdir. Maraqlı cəhət odur ki, Azərbaycandakı qeyri-rezidentlər, yəni, xarici iş adamları və transmilli şirkətlərdə çalışanlar əvvəllər banknotlarında avroya daha çox yer verirdilərsə, hazırda əmanət bazarında manata meyil etməyə başlayıblar. Onların da depozitlərinin bir hissəsi artıq manatdan ibarətdir.
Azərbaycanın 2009-cu il üçün nəzərdə tutulan pul siyasətinin əsas hədəfləri makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilib. Bununla belə, Mərkəzi Bank digər dövlətlərin aparıcı dönərli valyutalarının, məsələn, dollar və avronun həddindən artıq ucuzlaşmasını istəmir. Yəni, hökumət həm avronun, həm də dolların manat qarşısında kəskin şəkildə dəyərini itirməsini də yolverilməz hesab edir. Çünki, bu, idxal-ixrac əməliyyatlarında yerli sahibkarlıq subyektlərinə zərər vura bilər. Buna görə də, hökumət müəyyən mərhələlərdə pul siyasətini yumşaltmağı da nəzərdə tutur. Bu məqsədlə bu il pul siyasətinin makro və mikroiqtisadi diaqnostikası gücləndiriləcək, monetar siyasət balanslaşdırılmış sistem üzrə həyata keçiriləcək.

Siyasət