Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Türkmənistan Azərbaycanla vahid elektrik enerjisi şəbəkəsinə qoşulacaq
Dünən Bakıda MDB Elektroenergetika Şurasının 35-ci iclası işə başlayıb. “APA-Economics”in məlumatına görə, iclasda Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələri, həmçinin İran heyəti iştirak edir.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev son illər Azərbaycanın elektroenergetika sektorunda həyata keçirilən layihələr barədə məlumat verib. N.Əliyev bildirib ki, artıq iki ildir Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixracını həyata keçirir.
“Azərbaycan yaxın perspektivdə elektrik enerjisi istehsalını 10 min MVt-a qədər artırmaq niyyətindədir. Bu məqsədlə yeni stansiyalar inşa olunur, köhnə stansiyalar yenidən qurulur və təmir işləri nəticəsində mövcud güclər artırılır”, - deyə N.Əliyev vurğulayıb.
Azərbaycan və Rusiya arasında yüksək gərginlikli elektrik xəttinin tikildiyini deyən N.Əliyev Xəzərətrafı dairəvi enerji sisteminin qurulmasının vacibliyini qeyd edib.
Rusiyanın energetika naziri Sergey Şmatko isə iclas çərçivəsində 2008-2009-cu illərin payız-qış mövsümündə MDB enerji sistemlərinin işinin yekunları, enerji sistemlərinin paralel işləməsi barədə müqavilənin icrası, MDB iştirakçı dövlətlərin energetika sahəsində əməkdaşlıq Konsepsiyasının layihələri və onların reallaşdırılması üzrə tədbirlər planının hazırlanmasının gedişi barədə müzakirələrin aparılacağını deyib.
Qeyd edək ki, MDB Elektroenergetika Şurası 1992-ci ildə yaradılıb.

Siyasət