Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Mənzil kreditlərinin verilməsi tikinti bazarında fəallığın yüksəlməsinə səbəb olacaq
Azərbaycan İpoteka Fondu həftənin ilk günündən etibarən ipoteka kreditlərinin verilməsinə başlayıb. Artıq kreditləşmənin prosedur qaydaları və ipoteka kreditlərini verəcək müvəkkil bankların, eləcə də, sığorta şirkətlərinin adları da müəyyən olunub. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə kreditlərin verilməsində iştirak edəcək bankların yeni siyahısı təsdiqlənib. Eyni zamanda, Dövlət Kommersiya Şirkəti ipoteka kreditlərinin verilməsində iştirak etmək səlahiyyətlərinə malik olan sığorta qurumlarının siyahısını təsdiq edərək İpoteka Fonduna təqdim edib. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, ipoteka kreditlərinin verilməsi üçün bütün hüquqi və texniki mexanizmlər həll olunub və artıq bu prosesə başlamaq olar.
İyunun 1-dən start götürən ipoteka kreditləşiməsi respublikanın bütün sosial kateqoriyalarının kreditləri əldə etməsinə imkan verir. Yəni, indiyədək vətəndaşlar arasında ipoteka kreditlərinin yalnız sosial kateqoriyalara verilməsi barədə təsəvvürlərin əksinə olaraq kreditlərdən hamının faydalana bilməsinə şərait yaradılıb. Xatırladaq ki, ötən il parlamentdə qəbul olunmuş qanuna görə, 2009-cu ildə ipoteka kreditlərinin yalnız sosial kateqoriyaya daxil olan şəxslərə verilməsi nəzərdə tutulurdu. Bu məqsədlə 2009-cu ilin dövlət büdcəsindən bu istiqamətdə 14 milyon manat vəsait ayrılıb. Sosial ipotekaların verilməsi isə güzəştli kateqoriya hesab olunan qrupların üzvlərinə, yəni, şəhid ailəsinin üzvlərinə, Milli Qəhrəmanlara və yaxud onun ailə üzvlərinə, məcburi köçkünlərə, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlərə, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslərə, idman sahəsində xüsusi xidmətlərə malik olanlara (ölkəmiqyaslı və beynəlxalqmiqyaslı yarışların mükafatçılarına ), üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçulara şamil olunur. Digər kateqoriyalara isə istehlak kreditlərinə uyğun ipotekanın verilməsi nəzərdə tutulurdu. Mərkəzi Bank, eyni zamanda, bu ilin əvvəllərində bəyan etdi ki, güzəştli kateqoriyaya aid olmayan vətəndaşların mənzil problemi də nəzərə alınacaq və onlara da ipoteka kreditlərinin verilməsi üçün müvafiq addımlar atılacaq. Göründüyü kimi, hökumət digər kateqoriyaların da mənafeyini düşünərək onların da ipoteka kreditlərindən yararlanmasına şərait yaratmış oldu. Beləliklə, hər bir vətəndaş 2006-cı ildə olduğu kimi, kredit almaq üçün İpoteka Fondu tərəfindən müəyyən edilmiş şərtləri yerinə yetirməklə mənzil almaq imkanı qazanacaq.
Onu da xatırladaq ki, Azərbaycanda ipoteka kreditləşməsinə 2006-cı ildən başlanılıb. Həmin ildə 5 milyon manatdan çox ipoteka kreditləri verilib. Hökumət vətəndaşların mənzil şəraitinin daha da yaxşılaşdırılmasına stimul vermək məqsədilə 2007-ci ildə kreditləşməni əhəmiyyətli dərəcədə genişləndirdi və həmin il 45 milyon manatdan çox kredit layihələri maliyyələşdirildi. Bu müddətdə 2000 nəfərə yaxın şəxs ipoteka kreditləri əldə edib. 2008-ci ildə isə dövlət büdcəsindən bu istiqamətdə 34 milyon manat vəsait ayrıldı. Ötən il bütün dövlətlərdə maliyyə böhranının baş verməsi və ipoteka bazarlarının böhran nəticəsində müflis olması təbii ki, respublikamıza da təsir edə bilərdi. Buna görə də, Mərkəzi Bank bu müddətdə ipoteka kreditləşməsinin bir sıra problemlərə gətirib çıxaracağını, eyni zamanda, bu istiqamətdə qanunvericilik və texniki prosedurları təkmilləşdirməni nəzərə alaraq prosesə fasilə verməyi qərara aldı. Bu qərar ötən il hökumətin çox doğru və vaxtında addım atdığını şərtləndirmiş oldu. 2008-ci ildə bütün ölkələrin ipoteka və qiymətli kağızlar bazarı sıradan çıxdığı halda Azərbaycan bu meyillərdən tamamilə kənarda qaldı. Dünya böhranının təsirlərinə tab gətirən və iqtisadiyyatı dinamik artım templəri ilə inkişaf edən respublikamızda indiki şəraitdə isə ipoteka kreditlərinin verilməsinə başlanılması əsil fürsət kimi dəyərləndirilə bilər.
Müvəkkil banklar ipoteka kreditlərini 50 min manatdan çox olmamaq şərti ilə 3 ildən 25 ilədək verəcək. Kreditlərin illik faiz dərəcəsi 8 faizdən çox olmayacaq. Kreditin məbləği daşınmaz əmlakın bazar qiymətinin 85 faizindən çox olmamalıdır. Yəni, dəyəri 50 min manat olan mənzilə banklar 42 min 500 manat həcmində ipoteka krediti verəcək. Vətəndaş mənzilin dəyərinin 15 faizini ödəyir, qalan məbləği isə dövlət verir. Mənzil almaq istəyən vətəndaş maaşının təxminən 70 faizi həcmində aylıq ödəniş etmək imkanına malik olmalıdır. Məsələn, hər ay kredit üzrə 280 manat həcmində borc ödəmək üçün vətəndaşın maaşı 400 manatdan az olmamalıdır. Yuxarıda qeyd olunan məbləğdə mənzilin 15 illik müddətə (orta müddətə) borcunun qaytarılması üçün isə vətəndaş hər ay orta hesabla təxminən 265 manat pul ödəməlidir. Təbii ki, burada yaş məsələsi də xüsusi rol oynayır. Pensiya yaşı olanlara kreditin verilməsi mümkün deyil. Dəyişikliklərə görə, əvvəllər yalnız girov qoyulan əmlak sığortalanırdısa, bundan sonra kredit götürən şəxsin əmək qabiliyyəti, həmçinin həyatı da sığorta olunacaq. Nəzərə almaq lazımdır ki, ipoteka krediti yaşayış sahəsinin alınması məqsədilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə müvəkkil kredit təşkilatı tərəfindən verilən borcdur. Buna görə də, bu borcun qaytarılması üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsinə təminat verə biləcək şəxslər ipoteka krediti almaq barədə fikirləşməlidir.
Bəzi dairələrdə belə məlumatlar yayılır ki, kreditlərlə yalnız yeni tikilən binalardan mənzil sahələri almaq mümkün olacaq. Fond girov predmeti kimi köhnə binalardan da istifadə ediləcəyini istisna etmir. Mərkəzi Bankın sədr müavini Avtandil Babayev bildirib ki, ipoteka kreditləri ilə köhnə mənzillərdən də ev almaq mümkün olacaq. Tikinti sektorunu inkişaf etdirmək və iş yerlərini artırmaq üçün kreditlərin daha çox yeni tikilən binalara ayrılması da qərara alınıb. Bunun başlıca səbəbi isə ipotekanın böhran tendensiyasına səbəb olmasına yol verməməkdən ibarətdir. Yəni, MB ipotekanı iqtisadiyyatın o sahələrinə yönəltmək istəyir ki, o həm də anti-böhran alətinə çevrilə bilsin. Belə ki, ipoteka iş yerlərinin qorunması, yeni iş yerlərinin açılması, başqa sahələrin inkişafına şərait yaratmalıdır. Bu isə təbii ki, təminat baxımından yalnız yeni tikilən binalarda mümkündür. Avtandil Babayev bununla yanaşı, kreditlərin tamamilə təzə binalardakı mənzillərə ayrılmasını da düzgün hesab etmir və köhnə binalardan mənzil alınması üçün kredit verilməsinə qadağanın olmadığını xatırladıb.
Mərkəzi Bankın sədr müavini ipoteka bazarının canlandırılması üçün əlavə tədbirlərin də həyata keçiriləcəyini söyləyib. Belə ki, büdcədə ipoteka üçün nəzərdə tutulumuş 14 milyon manatdan əlavə məbləğ də yönəldilə bilər. Buraya 2008-ci ildə dövlət büdcəsindən ipoteka üçün ayrılmış 12 milyon manata qalıq vəsaitin də əlavə olunması güman edilir. Bundan başqa, ipoteka kreditləri ilə yanaşı, ipoteka istiqrazlarının buraxılması da nəzərdə tutulur. Həmin istiqrazların məbləği 55 milyon manat olacaq və ipoteka bazarına yönəldiləcək. Eyni zamanda, sosial kateqoriyaların nümayəndələri üçün güzəştli ipoteka kreditləri də veriləcək. Maliyyə naziri Samir Şərifov bildirib ki, hökumət ipoteka kreditləri ilə ev almaq istəyənlərə şərait yaradacaq. Yaxın müddətdə sosial ipoteka kreditlərinin verilməsi də nəzərdə tutulur. Bu kreditlər daha güzəştli şərtlərlə veriləcək və sosial kateqoriyanın bu prosesdə əlverişli şəkildə faydalanması üçün şərait yaradılacaq.
Məsələ bundadır ki, hökumətin ayırdığı kreditlərdən başqa banklar öz vəsaitləri hesabına istehlak tipli ipoteka kreditləri verməsi də nəzərdə tutulur. Təbii ki, bu zaman kreditlərin faizi artacaq. Amma Mərkəzi Bankın kommersiya bankları üçün uçot dərəcələrini ən aşağı həddə - 2 faizə endirməsi bankların güzəştli şərtlərlə ipoteka kreditləri verməsinə imkan yaradır.
Ümumiyyətlə, ipoteka kreditlərinin verilməsi tikinti bazarında fəallığın xeyli yüksəlməsinə səbəb olacaq. Bütün bunlar isə ölkədə məşğulluğun təmin olunmasına gətirib çıxaracaq.
ELBRUS CƏFƏRLİ

Siyasət