İqtisadi İnkişaf Nazirliyində dəyirmi masa keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən İqtisadi İnkişaf Nazirliyində (İİN) beynəlxalq maliyyə institutları və donor təşkilatlarının iştirakı ilə Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə İİN ilə yanaşı, Avropa Komissiyasının, ATƏT-in, BMT-nin, ABŞ-ın USAİD, Almaniyanın GTZ, İsveçrənin SECO, Türkiyənin TİKA təşkilatlarının, Dünya, KfV və Asiya İnkişaf banklarının nümayəndələri iştirak ediblər. Dəyirmi masanın məqsədi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə institutları və donor təşkilatlarının yeni Dövlət Proqramı haqqında məlumatlandırılması və icrasında iştirak imkanlarının müzakirə edilməsi idi. İİN-in şöbə müdiri Əsgər Ələkbərov bundan əvvəlki Proqramın uğurla icra olunduğunu vurğulayıb, yeni Proqramın həyata keçirilməsində beynəlxalq maliyyə institutları və donor təşkilatlarının rolunun əhəmiyyətini qeyd edib.
Nazirliyin şöbə müdiri Sahib Məmmədov yeni Dövlət Proqramı haqqında ətraflı məlumat verib.
Beynəlxalq maliyyə təsisatları və donor təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların dəstəyi ilə Azərbaycanda reallaşdırılan layihələr barədə məlumat verib, yenilərinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Tədbirdə yeni Dövlət Proqramının icrasına beynəlxalq maliyyə təşkilatlarının və donorların dəstəyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009