Vətəndaşların banklara qoyduğu əmanətlər ən etibarlı şəkildə sığorta olunacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
“Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklərin edilməsi vətəndaşların banklara olan inamının daha da artmasına səbəb olacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyevin ötən həftə imzaladığı Sərəncama əsasən  “Əmanətlərin sığortalanması haqqında” Qanuna əlavə və dəyişikliklər olunub. Yeni dəyişikliklərə əsasən, vətəndaşların banklara yerləşdirdiyi əmanətlərin sığorta olunan hissəsi 5 dəfə artırılaraq 30 min manata çatdırılıb. Azərbaycan bu dəyişikliklərdən sonra əmanətlərin sığorta olunan məbləğinin həcminə görə bütün MDB və bir çox Avropa dövlətlərindən irəlidə dayanacaq. Belə ki, digər ölkələrdə sığorta olunan məbləğ 15-20 min dollara bərabərdirsə, respublikamızda bu məbləğ 30 min manat təşkil edir.
Sözügedən sərəncama əsasən, Əmanətlərin Sığortalanması Fondunun qaydalarına dəyişikliklərin edilməsi bank sistemi üçün əlavə imkanların yaranması baxımından mühüm qiymətləndirilə bilər. Belə ki, banklara yerləşdirilən əmanətlərin sığorta olunan məbləğinin artırılması Azərbaycanın bank sistemində mühüm dəyişikliklərin yaranmasına səbəb olacaq. Yeni dəyişikliklər əhalinin banklara olan inamının daha da artmasına və onların öz depozitlərini banklara yerləşdirmək üçün marağının çoxalmasına əsaslı zəmin yaradacaq. Bundan sonra, vətəndaşlar banklara daha çox əmanət qoymağa çalışacaq. Onlar bankdakı pullarının qorunmasına dövlətin verdiyi etibarlı təminatı nəzərə alaraq depozit hesablarının açılması üçün daha maraqlı olacaqlar.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb və vətəndaşların banklara yatırdığı vəsaitlərin təhlükəsizliyi ilə bağlı zəmanət funksiyasını öz üzərinə götürən strukturdur. Kommersiya bankları bu quruma üzv olaraq hər il müəyyən məbləğdə vəsait ödəyir, Fond isə həmin bankların depozitlərinə cavabdehliyi öz üzərinə götürür. Respublikamızın təxminən 35 bankı bu quruma üzv olub.
Onu da xatırladaq ki, indiyədək əmanətlərin sığortalanması ilə bağlı məbləğ 6 min manata bərabər idi və bu, böyük məbləğdə əmanət qoymaq istəyənlərdə müəyyən tərəddüdlər yaradırdı. Yəni, əhalinin banklara yatırdığı vəsaitlərin 6 min manatlıq hissəsi sığortalanırdı. Bundan yuxarı məbləğə isə fond zəmanəti öz üzərinə götürmürdü. Sığorta Fondunun qaydalarına əsasən əgər hər hansı iştirakçı bank iflasa uğrayardısa, həmin bankda 20 min manat məbləğində depoziti olan vətəndaşın 6 min manatı geri qaytarılırdı, qalan məbləğin ödənilməsi isə bankla vətəndaş arasında məhkəmə yolu ilə həll olunurdu. İndi isə belə bir problem yoxdur və böyük məbləğdə əmanətlərin də sığortasını dövlət, yəni, Əmanətlərin Sığortalanması Fondu öz üzərinə götürür. Bu gün əmanətlərin böyük əksəriyyətinin məbləğinin 30 min manatdan aşağı olmasını nəzərə alsaq, bundan sonra, bütün bank depozitlərinin sığorta olunacağı istisna deyil.
Banklardakı əmanətlərin strukturuna diqqət yetirdikdə vətəndaşların daha çox kiçik və orta məbləğli depozitlərə üstünlük verdiyini görmək olar. Yəni, banklardakı əmanətlərin əksəriyyəti 3-5 min və 10-15 min manatlıq depozitlərdir. Az sayda vətəndaşlar 20, 25, 30 min manatlıq depozit hesablarına malikdir. 30 min manatdan artıq depozitlərin sayı isə çox azdır. Bu tendensiya onu göstərir ki, ölkəmizin bank bazarındakı əmanətlərin məbləği 30 min manatdan aşağı olduğundan vətəndaşların bundan sonra depozitlərinin gələcək taleyi barədə heç bir narahatçılıq keçirməsinə əsas qalmır. Hər bir əmanət sahibi tam əmin ola bilər ki, bank bazarında fors-major hal baş verdikdə, hansısa kommersiya bankı müflis olaraq bağlansa, onun pulunu Əmanətlərin Sığortalanması Fondu 90 gün müddətində geri qaytaracaq.
Əmanətlərin sığorta olunan məbləğinin artırılması vətəndaşların banklara olan inam və etibarını artırmaqla bərabər, onların yeni depozit hesabları açmasına zəmin yaradacaq. Eyni zamanda, indiyədək banklara əmanət qoymağa meyil etməyən vətəndaşlar da bankların müştərisi olmaq istəyəcəklər. Onlar aylıq xərclərindən başqa əlavə gəlirlərini banklara qoymağa həvəs göstərəcəklər. Yeri gəlmişkən, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salmasından sonra bankların aktivliyi artıb və onlar vətəndaşların yerləşdirdiyi əmanətlərin illik faiz dərəcələrini qaldırıblar. Yəni, vətəndaşlar banklara qoyduqları əmanətlərdən daha çox divident əldə edə biləcəklər.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009