Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Rusiyanın Yekaterinburq şəhərində Şanxay Əməkdaşlığı Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilib. Braziliya, Rusiya, Hindistan və Çinin əsas iştirakçısı oldugu bu görüşdə bir sıra vacib məsələlər müzakirə edilib, o cümlədən, dünya maliyyə böhranından çıxış yolları axtarılıb. Qeyd edək ki, sammitin gedişi dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olub. “Finansial Times” nəşrinin qənaətincə, hər hansı məsələnin müzakirəsindən asılı olmayaraq, bu sammit ABŞ-ın dünya hegemonluğuna qarşı yönəlib.
Sammit haqqında daha maraqı bir açıqlama isə “The New York Times” qəzetində öz əksini tapıb. Yekaterinburq görüşünə ABŞ-dan və Qərbi Avropa dövlətlərindən heç kimin dəvət edilmədiyini önə çəkən qəzet bunu “Vaşinqtona xəbərdarlıq atəşi” kimi qiymətləndirib. Qəzetin qənaətinə görə, məlum sammit ABŞ-a qarşı yaranan ittifaqı rəsmiləşdirməyə xidmət edir.
“The Wall Street Journal” Şanxay Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərin dolların məzənnəsini aşağı salmaq üçün “baş sındırdığını” yazıb. Nəşr sözügedən ölkələrin valyutalarının məzənnəsini saxlamaq üçün böyük pullar xərcləməsinin heç də təsadüfi olmadığını bildirib. “The Wall Street Journal”ın gəldiyi qənaətə görə, əslində, bu pullar dolların simasında Birləşmiş Ştatlara qarşı mübarizədir: “Əgər dollar dünya bazarındakı yerini itirsə, bu ABŞ-ın məğlubiyyəti demək olacaq”.
BAHAR

Siyasət