ABŞ-dan Rusiyaya əməkdaşlıq təklifi

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Amerika Birləşmiş Ştatları Mərkəzi Avropada raketdən müdafiə sistemlərinin qurulmasında Rusiyanın iştirakı məsələsini müzakirə edir. Belə ki, Polşa və Çexiya ərazisində yerləşdiriləcək raketdən müdafiə sistemlərinə Rusiyanın iki siqnal qəbuledici peyki qoşula bilər. Bu barədə ABŞ müdafiə nazirinin müavini Uilyam Linn “Vaşinqton post” qəzetinə verdiyi müsahibədə bildirib. Linnin sözlərinə görə, Çexiya və Polşa ərazilərində qurulacaq raketdən müdafiə sistemlərindən Rusiya ilə birgə istifadə hər iki ölkə üçün əlverişlidir. Digər tərəfdən, ABŞ-la Rusiyanın bu sahədə əməkdaşlığı İranın nüvə proqramı siyasətinin düzgün olmadığını bir daha sübut edəcək.
Qeyd edək ki, bu ideya ABŞ Senatının hərbi qüvvələrlə məşğul olan komitəsi tərəfindən irəli sürülüb. Müdafiə nazirinin müavini ABŞ hökumətinin məsələyə müsbət rəy verəcəyinə ümid etdiyini bildirib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009